İnsanlar yaşayıb-yaşayıb bir-birilə razılığa gəlirlər: “Bax, bu cür daha yaxşıdır, biz bunu özümüzə adət edək, bunu özümüzə qanun-qayda götürək!” Məsələn, uşaqlar yığışıb oynamaq istəyəndə, əvvəlcə oyunu nə cür başlamaq, nə qaydada aparmaq barədə sözləşirlər. Həmən bu sözləşmə elə qanun deməkdir.
– Bəs məmurlar?
– Məmur dəcəl uşaq kimidir, gəlib çıxan kimi, bütün qanunları pozacaqdır.