bookmate game
az

Robin Şarma

Robin Şarma — kanadalı yazıçı. Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri «USA Today», «National Post» və «The Globe and mail» kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının «Sən öləndə kim ağlayacaq?», «Superhəyat! 30 günlük həqiqi həyata səyahət», «Titulsuz lider» və «Ferrarisini satmış rahib» kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo — Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir. «Robin Şarma Uşaq Fondu» kasıb ailələrin uşaqlarına təhsil almaları üçün yardımlar edir.
həyatı: 18 mart 1965 hazırda

Kitablar

Sitatlar

b0573173747sitat gətirir10 ay öncə
Həyat səni yıxmasaydı, özünü yenidən yaratmaq şansın olmayacaqdı.
Nazila Guliyevasitat gətirirkeçən il
ir vaxtlar eşitmişdim ki, başqalarının həyatını öyrənənlər müdrikdir, özlərini öyrənənlər isə maarifçidir.
Paxrudinsitat gətirir2 il öncə
Dahilərin heykəlləri tənqidçilərin onlara atdığı daşlardan yonulur.

Təəssüratlar

Tamerlantəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm

Əla kitabdır. Həyatını müsbətə doğru dəyişmək istəyənlər üçün yaxşı motivasiya olacaq.

  • əlçatan deyil
    Robin Şarma
    Ferrarisini satan rahib
    • 2.5K
    • 2.6K
    • 66
    • 129
  • Zaur MMtəəssüratları paylaş5 ay öncə
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır
    👍Tövsiyə edirəm

    Şəxsi həyatında və işində özünü inkişaf etdirərək xoş günlərlə dolu, səmərəli, səliqəli, pozitivlərlə dolu həyat yaşamaq üçün oxuyacağınız kitablardan biridir. Robin Sharma yenə öz tərzində gözəl bir iş görüb👌💙

  • əlçatan deyil
  • Zaur MMtəəssüratları paylaş7 ay öncə
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır
    👍Tövsiyə edirəm

    Həyatınızda yeniliklər etmək və düzgün həyat tərzi qurmaq üçün oxuya biləcəyiniz Robin Sharma kitablarından birini oxudum. Özünü kəşf edib, həyatını xoş sürmək istəyənlərin oxuyacağı kitabdır. Növbəti neçə belə xoş mütaliələrə💟.

  • əlçatan deyil
    Robin Şarma
    Ferrarisini satmish rahible
    • 300
    • 197
    • 6
    • 10
  • fb2epub
    Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl