Bir-birinə hörülmüş nazik iplərdən qalın bir kanat əmələ gəldiyi kimi, bəzən böyük bir axmaqlıq da bir çox xırda axmaqlıqların yekunundan başqa bir şey deyildir.
Gunel Dunyamsitat gətirirkeçən il
. Elə kişilər var ki, arvadları onları həmişə aldadır, məşuqələri aldatmır, çünki onlar çox pis ər, amma çox mehriban oynaş olurlar – cənab Jilnorman da gəncliyində belə kişilərdəndi
b3508151632sitat gətirirkeçən il
Cənab Mirielin yeparxiyaya gəlməsi ilə doğan bütün dedi-qoduların danışacağımız əhvalat üçün heç bir cəhətdən əhəmiyyəti olmasa da, hər şeyi dürüst anlamaq üçün bunları qeyd etmək, bəlkə də, faydasız deyildir.
Firuzsitat gətirir8 ay öncə
“Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir, cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır”
Turkan Velibeylisitat gətirir9 ay öncə
Sonsuzluğun öz “mənliyi” olmasaydı, mənim “mənliyim” onun son həddi olardı və o, sonsuzluq olmazdı: başqa sözlə – sonsuzluq mövcud olmazdı. Lakin o mövcuddur
Turkan Velibeylisitat gətirir9 ay öncə
Deməli, onun öz “mənliyi” vardır. Bu “mənlik” də Allahdır
Turkan Velibeylisitat gətirir9 ay öncə
Gələcəyi axtaranlar indiki gözəl zamanın ətrafında qasırğa kimi hərlənirlər
Turkan Velibeylisitat gətirir9 ay öncə
Onlar ördək ayaqlarının yumşaq palçıq üzərində buraxdığı ulduza bənzər izləri göyün dibsiz dərinliklərində ulduzlar topası hesab edirlər
Turkan Velibeylisitat gətirir9 ay öncə
Adam var ki, zəhmət çəkib yerin altından qızıl çıxardır, o isə qəlblərdən mərhəmət çıxarmaq üçün zəhmət çəkirdi
Turkan Velibeylisitat gətirir9 ay öncə
Lükretsi, Manu, müqəddəs Pavel və Dantenin sonsuzluğa dikilərək, orada, sanki, ulduzlar əmələ gətirə biləcək qədər parlaq nəzərlə seyr etdikləri böyük uçurumları özündən uzaqlaşdırırdı
fb2epub
Faylları buraya köçürün,
bir dəfəyə 5-ə qədər fayl