Süheyl Seçkinoğlu

  • Gulshan Jabihas quotedlast year
    Padşahın işdən çıxartdığı vəzir dərvişlərə qoşulmuşdu. Ürəyi sınıq, ağlı qarışıq idi. Allahın dostlarının qəlb zənginliyi bu hisslərini yox etdi, könlündəki sis dağıldı.

    Bir müddət keçəndən sonra padşahın rəğbətini yenidən qazandı. Vəzifəsinə geri çağırıldı. Amma o qəbul etmədi:

    – Ağıllı insanların arasında vəzifədən kənarlaşdırılmış olmaq işləməkdən yaxşıdır.

    ­– Əgər vəzifəni qəbul etmirsinizsə, onda öz yerinizə dövlət məsələlərindən baş çıxaran və işlərin öhdəsindən gələ bilən bir nəfəri təklif edin, – padşah dedi.

    Vəzir cavab verdi:

    – Ağıllı adam bu işə girişməz.

    O belə bir hekayə nəql etdi:

    – Eşşəkdən soruşublar: “Niyə aslanın dalınca gəzirsən?” O da belə cavab verib: “Həm onun qabağından qalanları yeyirəm, həm də gücünün kölgəsinə sığınır, özümü düşmən təhlükəsindən amanda hiss edirəm”. “Bəs niyə ona çox yaxınlaşmırsan?” – deyə ­soruşanda da belə deyib: “Yanında özümü təhlükəsiz hiss etsəm də, onun qəzəblənib-qəzəblənməyəcəyindən əmin ­deyiləm”.

    Vəzir bu hekayəni danışdıqdan sonra əlavə etdi:

    – Atəşə ibadət edən onu yüz il yandıra bilər, amma onun içinə düşsə, özü də yanar.
  • Gulshan Jabihas quotedlast year
    Hz.Peyğəmbər o xəstəyə dedi:

    – Sən belə de: “Ey Allahım, Sən bizim üçün çətinlikləri asanlaşdır. Dünyada da, axirətdə də işimizi avand et. Yolumuzu gül bağçası kimi lətafətli et, ey Uca Allah, son mənzilimiz onsuz da Sənsən”.
  • Gulshan Jabihas quotedlast year
    Sevgilinin yurdu

    Leyliyə olan məhəbbəti üzündən səhralara düşərək vəhşi heyvanlarla, ceyranlarla, qum dənələri ilə yoldaşlıq edən Məcnun iti görən kimi tanımışdı. Bu o idi, Leylinin məhəlləsində dolaşan it...

    Həmin it Leylinin izini, kölgəsini, ətrini daşıyırdı. Məcnun heyvanı öpür, iyləyir, bağrına basırdı:

    – Üstündə sevgilimdən nişanə daşıyan müqəddəs məxluq, – deyə ağlayırdı.

    Oradan ötüb-keçən bir nəfər özünü saxlaya bilmədi:

    – Nə edirsən? Çirkli küçə itini niyə qucaqlayırsan?

    Məcnun cavab verdi:

    – Sən gəl bu itə mənim gözümdən bax. Onda sevgilimin ətri var, Leylinin məhəlləsində gözətçilik edərək şərəflənib. Bu itin qəlbinə, ruhuna və ədəbinə diqqət et, gör haranı seçib, harada yurd salıb. Sevgilimin məhəlləsində yurd salmış itin hətta ayaq basdığı torpaq da mənim üçün müqəddəsdir.
  • Gulshan Jabihas quotedlast year
    Tovuz quşunun lələkləri

    Bir nəfər tovuz quşunun öz rəngbərəng gözəl lələklərini yolduğunu görəndə dedi:

    – Ay gözəl quş, heyif deyilmi? Gül kimi lələklərini yolub tökürsən. Hamı elə lələklərə sahib olmağa can atır.

    Tovuz quşu dedi:

    – Haqlısan.

    – Əgər haqlıyamsa, bunun bir izahatı olmalıdır.

    – Amma mən də haqlıyam.

    – Necə yəni?

    – Lələk canımdan qiymətli deyil ki, – tovuz quşu sözlərinə davam etdi, – onlara görə canıma qəsd edirlər. Lələklərimdən canımı qurtarmalıyam.

    Adam cavab verdi:

    – Nə deyim?! Haqlısan!
  • Gulshan Jabihas quotedlast year
    Bələdçi

    Qışın oğlan çağı idi. Qar yağır, güclü boran qarı sovurur, kəskin şaxta aləmi dondururdu.

    Allah dostlarından biri boranda gedəndə bir qula rast gəldi. Əynində təkcə cırıq bir köynək var idi. Dişlərini bir-birinə vurur, soyuqdan tir-tir titrəyirdi.

    – Niyə ağana demirsən ki, sənə qalın paltar alsın?

    Qul dedi:

    – Nə üçün deyim ki? Mənim halımı görmür? Məni məndən daha yaxşı tanıyan birindən nə istəyim?

    Dərviş bu sözləri eşidəndə qıyya çəkib özündən getdi. Ürəyindən yüksələn alov onu qarsaladı. Bir müddətdən sonra ayılandan sonra öz-özünə dedi:

    – Budur, bir bələdçi göründü. Ey həqiqətə çatmaq istəyənlər! Yolu quldan öyrənin!
  • Gulshan Jabihas quotedlast year
    Allah səxavətli insana yoxsulluq göstərməsin, xəsisi də var-dövlət sahibi etməsin. Ürəyi geniş olanın istəyi heç vaxt həyata keçməz. Selin suyu yuxarıda qalmadığı kimi, xeyirxah məqsədlər də gözəl ürəklərdən qaçır.
  • Gulshan Jabihas quotedlast year
    Torpaq altında bədəni ölü, könlü diri adam qəlbən ölmüş, cismən diri adamdan daha xeyirlidir.
  • Azərhas quoted2 years ago
    Torpaq altında bədəni ölü, könlü diri adam qəlbən ölmüş, cismən diri adamdan daha xeyirlidir.
  • Azərhas quoted2 years ago
    ir oğru ilanoynadanın ilanını oğurladı. O, o qədər axmaq idi ki, oğurladığının çox qiymətli olduğunu zənn edirdi. İlan oğrunu zəhərləyərək öldürdü.
    Bu vaxt ilanoynadan da oğrunu tapıb ilanını qaytarmaq üçün dayanmadan dua edirdi. Nəhayət, bir gün ilanını oğurlayanın cəsədinə rast gəldi. Oğrunun ilan tərəfindən zəhərlənib öldürüldüyünü başa düşəndə ilanını tapmaq üçün hər gün etdiyi duaların qəbul olunmamasına çox sevindi və Allaha şükür etdi.
  • Gulshan Jabihas quotedlast year
    Bir tülkü dərin quyuya düşərək çırpınırdı. Əlacsız halda gözləməyə başladı. Bir azdan yuxarıdan səs gəldi. Tülkü səs gələn tərəfə baxıb keçini gördü.

    – Dostum, aşağıda su çoxdur? Dadı yaxşıdır? – keçi susadığı üçün soruşdu.

    Tülkünün gözləri işıldadı:

    – Gəl, düş bax! Dadından doymayacaqsan.

    Keçi aşağıya doğru bir ip uzatdı, ondan tutaraq aşağı düşdü. O, aşağı düşəndə tülkü də yuxarı çıxırdı. Bir az keçəndən sonra tülkü keçinin bağlandığı ipi yuxarıya çəkdi və nuşcanlıqla onu yedi. Keçi tülküyə inanmağının cəzasını öz həyatı ilə ödəməli oldu.
fb2epub
Drag & drop your files (not more than 5 at once)