Qarşına əngəl çıxacaqdır, tufan, duman, qar olacaqdır, bunlarsız ötüşmək mümkün deyil. Amma sən belə düşün: başqaları uçmuşlar, onlar bu həngamələrdən keçmişlər, deməli, mən də keçəcəyəm.
b7751540629sitat gətirirkeçən il
Sənin qayırıldığın palçıq qurumuş, daşa dönmüşdür, bəlkə də bir zaman səndə yaşamış olan, indi isə dərin yuxuya getmiş musiqiçini, şairi, yaxud astronomu artıq dünyada heç bir şey oyada bilməz.
Tutu Babaxanovasitat gətirir2 il öncə
Onda öz-özünü mühakimə et. Bu ən çətin məsələdir. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat ağırdır. Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli, sən həqiqətən müdrik adamsan.