Bu gün Atabəyin qasidi Gəncəyə gəlmişdi. Eyni zamanda illər uzunu cəbhələrdə yaşayan Aran ordusu Arana qayıdırdı. Gəncə hakimi Əmir İnanc bu qələbənin böyük bir şadlıqla qarşılanması üçün Gəncə xalqına qəti fərman vermişdi. Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarmı qalib qayıdan ordunun cərgəsində görmürdü. Mizraqdan, nizə və qılıncdan salamat qurtaranların bir çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və «Yaşasın Atabəy Məhəmməd! Yaşasın zəfər!» – deyə qışqırmaq icazəsi verilmişdi.
Təəssüratlar
Geray Sadiqovtəəssüratları paylaş10 ay öncə
👍Tövsiyə edirəm
Əsər Atabəylər dovləti dovrundən bəhs edir.Əsərdə Nizami. Gəncəvi vəonun usaqliq dostu doyucu Fəxrəddindən dəgenis bəhs edir.Kitabin adi ona gorə Qilinc və Qələmdir