Hər necə olsa da bu cür sadəliyə və təbii surətdə azad baxışa, sözə, hərəkətə malik bir qıza nadir təsadüf etmək olar. Onun gözlərində heç bir zaman: «İndi mən dodaqlarımı bir qədər sıxıb, fikrə gedərəm – belə edəndə mən qəşəng oluram. Oraya baxıb qorxacaq, yüngülcə qışqıracağam, bu saat qaçıb, yanıma gələcəklər. Fortepianonun yanında oturub, ayağımın ucunu azacıq irəli qoyaram...» ifadəsini oxuya bilməzsən.