Mən hələ on altı yaşda ikən, göz açıb özümü şəhərdə tək-tənha gördüyüm vaxtdan, şeylərin qiymətini bilməyə məcbur olmuşdum, çünki bu şeylərin heç birini almağa mənim pulum yox idi; aclıq mənə hər şeyin dəyərini öyrətmişdi, dükanlardakı təzə çörək ağlımı başımdan çıxarırdı.