Hiyləsiz və sadəlövh adamın əxlaqı başlıca olaraq ondan asılı olmayan təsirlər nəticəsində pozulur. Dalğalanan səslər, həyatın qulaqbatırıcı gurultusu, nəhəng arı pətəyinə oxşayan insan toplantısı – bunların hamısı insanı heyrətləndirir, onun hisslərində bir qarmaqarışıqlıq və həyəcan törədir. Adamın yanında vaxtında izahat və ağıllı məsləhət verən adam olmadıqda bütün bunlar müdafiəsiz qulaqlara nə qədər yalan şeylər pıçıldayır! Bu təsirlər (onları düzgün qiymətləndirmək o qədər də asan deyildir) öz xarici gözəllikləri ilə musiqi kimi çox vaxt adamda ehtiyat hissini kütləşdirir, onu zəiflədir, sonra isə ən sadə təsəvvürlərini alt-üst edir.