Ölmək istəyən xəstəni isə heç bir həkim sağalda bilməz. Həm də Fira yorulurdu, hiss edirdi ki, yorulur. Hansısa bir fəryad içində boğulur, heç cür heç bir qərara gələ bilmirdi. Günləri öz axarına buraxmışdı. Qadının ən ağır əzabı da elə qərarsızlıqdır. Ona məsləhət verən, kömək edən, əmr verən yox idi. Sükanı onun əlinə verib yolu da göstərmirdilər. Evdar qadın kimi ömür boyu bircə məqsədi vardı. Ərinə elə baxsın ki, o evdə daha rahat dincəlsin. Daha