İstər şkafımızdakı dağınıqlıq, avtomobilimizdəki cızıq, çatdıra bilmədiyimiz iş, bir neçə kilo arıqlama kimi özümüzə aid mövzular, istərsə də başqasının hərəkətləri, görünüşü və ya həyat tərzi kimi xoşumuza gəlməyən detallar olsun, diqqətimizi təkcə qüsurlara yönəltməyimiz bizi əsas hədəfimizdən — mehriban və mülayim insan olmaqdan uzaqlaşdıracaq. Bu strategiya əlinizdən gələnin ən yaxşısını etməməyiniz mənasını vermir; sadəcə, həy atdakı səhvlərə çox fikir verib, bütün diqqətinizi ora yönəltməkdən əl çəkməyinizi məsləhət görür. Hansısa işi daha yaxşı etməyin mütləq başqa bir yolu vardır; amma bu, hal-hazırkı vəziyyətdən zövq almayıb, yaxşı cəhətlərini görməməzlikdən gəlmək demək deyil. Məsələ bunun fərqinə varmaqdır.