Ərlə arvadın torpağı bir yerdən
götürülüb, yoxsa?
Uzun müddət bir yerdə yaşayan və yaxşı münasibətdə
olan adamlar bir-birinə bənzəməyə başlayırlar. Məsələ
burasındadır ki, bu adamlar daim bir-birini təqlid edir, bir-
birinin mimikalarını o qədər təkrarlayırlar ki, bir müddət
sonra onların üz əzələləri eyni şəkildə formalaşmağa
başlayır. Hətta bir-birinə bənzəməyən cütlük şəkil
çəkdirəndə eyni təbəssümlə baxa, beləliklə oxşar görünə
bilər.
Sietldəki Vaşinqton Universitetindən psixoloq Con
Qotman və onun həmkarları 2000-ci ildə aşkar ediblər ki,cütlüklərdən biri o birinin üzündəki xoşbəxtliyi təqlid
etmirsə, üstəlik, nifrət və həqarəti ifadə edirsə, nikah çox
vaxt uğursuzluqla nəticələnir. Nə baş verdiyini anlamasa
belə, həyat yoldaşının əks hərəkəti gülümsəyən adama yer
eləyir.