az

Con Qrey

  • deep weebhas quoted2 years ago
    Biz heç vaxt, heç yerə getmirik
  • Lale Neceflihas quoted2 years ago
    sevgi əvəz gözləmədən vermək, sənə həqiqətən ehtiyac olanda yanında olmaqdır.
  • Lale Neceflihas quoted2 years ago
    Mənim yerimdə qadın olsaydı bunu sövq-təbii anlayardı. Lakin mən – kişi bunun, sevdiyin adamın əlinin sənin əlinə toxunmasını hiss etməyin, səni qucaqlamağının, səni dinləməyinin nə dərəcədə mühüm olduğunu bilmirdim.
  • Lale Neceflihas quoted2 years ago
    Biz əks cinsdən özümüzdən gözlədiyimiz davranış və reaksiyanı gözləyirik. Biz istəyirik ki, «o» da bizim istədiyimizi istəysin və bizim hiss etdiyimizi hiss etsin.
  • Lale Neceflihas quoted2 years ago
    Biz yanlış olaraq belə möqedən çıxış edirik ki, tərəfdaşımız bizi sevirsə, özünü mütləq biz kimisə sevəndə etdiyimiz kimi aparacaq. Belə mövqe bizə bir məyusluğun ardınca digərini gətirir, biz bir dəqiqə vaxt ayırıb sakit, səbrlə, iki sevən şəxs kimi fərqlərimizi aydınlaşdırmaq əvəzinə özümüz əzab çəkir, tərəfdaşımıza da əzab veririk.

    Biz yanlış olaraq belə möqedən çıxış edirik ki, tərəfdaşımız bizi sevirsə mütləq özünü biz kimisə sevəndə etdiyimiz kimi aparacaq.
  • Lale Neceflihas quoted2 years ago
    Lakin sehrlər buxarlandıqca onların dumanı arasından gerçək, gündəlik həyat özünü daha qabarıq göstərməyə başlayır, heç də hər şeyin sadə olmadığı üzə çıxır: kişilər qadınlardan kişiyə xas düşünmə tərzi gözləyir, qadınlar isə onlarda hiss və qadınlara xas davranış axtarırlar. Özümüzə nə dərəcədə fərqli olduğumuz haqqında hesabat verməyərək, bir-birimizi başa düşməyə vaxt ayırmırıq. Biz tərfdaşımızı qiymətləndirməkdə tələbkar, əsəbi, sərt və dözümsüz olmağa başlayırıq.
  • Lale Neceflihas quoted2 years ago
    Kişi qadından şikayət edəndə ən çox «o məni öz zövqünə uyğun dəyişdirmək istəyir» deyir. Qadın kişini sevirsə özünü kişiyə karyera etməkdə, daha yüksək mərtəbələrə qalxmaqda yardım göstərməyə borclu hesab edir və bunun nəticəsi kimi çalışır ki, o, hər şeydə daha yaxşı və daha təkmil olsun. Qadın öz simasında evdə təkmilləşdirmə komitəsi kimi bir şey yaradır, bunun fokusuna isə ilk növbədə kişisi düşür. Kişi istənilməmiş hamilik və məsləhətlərə nə qədər müqavimət göstərsə də, sadiq rəfiqəsi məqam gözləyir ki, köməyə gəlsin, nəyi necə
  • Lale Neceflihas quoted2 years ago
    eləmək lazım olduğu haqqında dəyərli məsləhətlər versin. Qadın hesab edir ki, bu yolla sevdiyi insanı həyatın çətinliklərindən qoruyur, kişi isə özünü qalpağın (gecə yatanda geyinilən toxuma papaq) altında hiss edir. Kişini qadının onu olduğu kimi qəbul etməsi daha çox təmin edərdi.
  • Lale Neceflihas quoted2 years ago
    Nəticə əldə etmək marslı üçün çox vacibdir: bu onun üçün bir şeyə dəydiyini sübut etmək üsuludur və ona mənəvi məmnunluq hissi verir. Lakin onlar bu məmnunluğu yalnız istədiyi nəticəni başqalarının köməyi olmadan, öz qüvvəsinə əldə edəndə hiss edir. Marslılar hər şeyi özləri etmələrindən qürur duyurlar. Belə «özünüidarə» onlar üçün işgüzar keyfiyyətlərin, hakimiyyətin, qalib gəlmək qabiliyyətinin rəmzidir
  • Lale Neceflihas quoted2 years ago
    adınlar marslıların bu özəl xüsusiyyətini özləri üçün aydınlaşdırdıqdan sonra kişilərin onlara düzəliş verilməsini, və ya nə etməli olduqlarını kənardan kiminsə deməsini niyə xoşlamadıqlarını başa düşə bilərlər. İstəmədiyi halda kişiyə məsləhət vermək, onun müstəqil olaraq qərar qəbul etmək və fəaliyyət göstərmək qabiliyyətini şübhə altına almaq deməkdir. Ona görə kişilər işlərinə qarışılmasını bu dərəcədə ağrılı qəbul edirlər: həmişə, hər bir işi özlərinin həll edə bildiklərini anlamaq onlar üçün çox vacibdir.
fb2epub
Drag & drop your files (not more than 5 at once)