bookmate game
Xalid Hüseyni

Və dağlardan səda gəldi

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Elə isə, razılaşdıq. Nağıl istəyirsiniz, danışaram…

1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar.

Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur.

Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımızı, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.
This book is currently unavailable
403 printed pages
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Sahileshared an impression7 years ago
    🎯Worthwhile

    Həqiqət
    budur ki, bu həyatda hər birimiz gözləmə vəziyyətindəyik, bütün qəribəliklərə, heç vaxt dəyişməyəcək həqiqətlərə rəğmən hamımız həyatımızda qeyri-adi bir şeyin baş verəcəyini gözləməkdəyik.

  • Emil Azizovshared an impression6 years ago

    - Xalid Hüseyni " Və dağlardan səda gəldi "

    Və nəhayət bu gün bu kitabı bitirdim. Abdulla və bacısı Pəri Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər.Çarəsizlik və kasıbçılıq üzündən bacı – qardaşı həyat bir-birindən ayırır. Bütün bu hadisənin arxasında baş verən müxtəlif insanların maraqlı həyatları sizi kitabdan ayırmayacaq. Romanda bir-birinə uzaqdan bağlı olan bir çox hekayələr var. Kitabda həm bir-birlərindən qoparılan ailə üzvlərinin bir ömür boyu yaşadıqları əksiklik, həm də bir ömür boyu yan-yana olsalar da bir-birlərinə aid ola bilməmə duyğusu var. Əminəm ki sizin üçün unutmaq istəmədiyiniz və oxuyarkən hiss etdiklərinizi təkrar-təkrar xatırlamaq istədiyiniz bir kitab olacaq.

  • Gulsure Qaraciyevashared an impression7 years ago
    👎Give This a Miss

    Vaxtınızı boşa xərclərsiniz! Hüseyin Xalidinin şah əsəri "Min möhtəşəm günəşdi". Bu əsərin heç bəyənmədim.

Quotes

  • Aytac Nazhas quoted8 years ago
    Günahı keç, savabı keç,
    Keçdin, bir yer görəcəksən,
    Səninlə orda görüşək.
    – Cəlaləddin Rumi, XIII əsr
  • Aytac Nazhas quoted8 years ago
    Əli xilas edə bilmək üçün barmağı kəsmək
  • Aytac Nazhas quoted8 years ago
    – Biz qocalana qədər.
    – Qocalana qədər.
    – Lap qocalana qədər.
    – Həmişəlik.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)