"New York Times" bestsellerləri

Bookmate
Bookmate
12Kitablar

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

Bookmate – bu, oxumaq istəyəcəyiniz tətbiqdir
Hər həftə "New York Times" qəzetin kritikləri ən yaxşı əsərləri seçirlər. Bu rəfdə biz müxtəlif illərdə bu siyahıya düşən kitabları yığmışıq.
Bu siyasi detektivdə hadisələr ABŞ-da baş verir. Hadisələrin dinamikliyi, dramatizmi çox gözəl işlənib hazırlanmışdır.
Nabokovun şah əsəri, çox illər qadağa olunan "Lolita". Humbert Humberti tərifləməyə heç bir əsas yoxdur. Şübhəsiz ki, o iyrənc və alçaqdır, əxlaqsızlığa ən parlaq misaldır. Ancaq onda azğınlıq və yüngüllük çulğaşaraq şiddətli əzablara səbəb olur, onun bəzi duyğularını cəlbedici edir...
Lolita, Vladimir Nabokov
Vladimir Nabokov
Lolita
  • 714
  • 7
  • 5
  • 27
Kitablar
Anasını itirmiş yeniyetmə Sesil atasıyla yaşamağa başlayır. Sesil həyatdan zövq almağa çalışır. Onun hiss və həyəcanları, daxili dünyası, atası və atasının əhatəsində olan qadınlarla o qədər də sadə olmayan münasibətləri təsvir olunub. Axırı tragik olsa da, çox cəlbedici əsərdir.
SALAM KƏDƏR, Fransuaza Saqan
2016-ci ilin ən gözəl ekranizasiyalarından biri olan, "Səndən öncə mən" kitabı. Sevgi həmişə çətinliklərlə üzləşir...Bu sevgi hekayətində də belədir: onların ortaq heç nəyi yoxdur. Luiza Klark adi bir həyat yaşayan qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir.
Səndən öncə mən, Jojo Moyes
Sirlərlə dolu psixoloji detektiv. Burada personajlar çoxdur və hər birinin də öz sirləri və günahları var...
Qatardakı qız, Pola Hokins
Pola Hokins
Qatardakı qız
  • 1.7K
  • 75
  • 57
  • 132
Kitablar
Bu kitabı Patrik Züskindin "Ətriyyatçı" romanına tez-tez oxşadırlar.
Bernand Şlinkın "Qiraətçi" romanı 15 yaşlı məktəbliylə 36 yaşlı qadının münasibətlərdən bəhs edir. Burada adətən müzakirə olunmayan, etik şəkildən qadağa olunan mövzular qaldırılır: günahkarlıq problemi, savadsızlıq və nasizm.
Qiraətçi, Bernhard Şlink
Bernhard Şlink
Qiraətçi
  • 282
  • 18
  • 10
  • 15
Kitablar
Hamıya məşhur, britan yazıçının sadizm və mazoxizm, tələbə qız Anasteyşa və biznesmen Kristian Qrey sevgisi barədə bəhs edən kitab.
Brazil yazıçı Paulo Koelhodan bestseller. Hər insanın öz Yolu, Qisməti var. Bu yolu necə anlamalı və tapmalı? Çox gözəl, simvolik bir kitab.
Kimyagər, Paulo Koelho
Paulo Koelho
Kimyagər
  • 1.2K
  • 305
  • 51
  • 66
Kitablar
Hər il 12 bölgədən bir oğlan və bir qız iştirakçı olmaqla qladiator döyüşləri – aclıq oyunları baş tutur. Katnis Everden döyüşlərin könüllü iştirakçısıdır: o, püşkə əsasən oyunlara qoşulmalı olan kiçik bacısını əvəz edir...
Aclıq oyunları, Suzanne Collins
Xalid Hüseynin üçüncü əsəri onun əvvəlki kitablarına heç oxşamır. Bu kitabda ailə problemləri, valideyinlər və uşaqlar problemlərini üzə çıxardır. Çox emosional və mürəkkəb bir əsərdir.
İki cavan insan - Hazel Qreys və Aqust Vaters ikisi də xərçəng xəstəliyindən əzab çəkən. Bir-birlərinin həyatını tamamilə başqa istiqamətə yönəlirlər...
Eyni ulduzun altinda, Con Qrin
Con Qrin
Eyni ulduzun altinda
  • 1.3K
  • 154
  • 43
  • 64
Kitablar
ikinci dünya müharibəsi zamanı, Fransa. Ravik - cərrahdır, öz Vətənini -Almaniyanı tərk edib Parijdə yaşamağa məcburdur. Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır...
Zəfər Tağı, Erix Maria Remark
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl