bookmate game
Cabir Novruz

Sağlığında qiymət verin insanlara

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Semra Isayevahas quoted8 years ago
    QİYMƏT VERİN İNSANLARA…
    Bir arzum var, ay adamlar,
    qoyun deyim,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağlığında yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara.
    Yalnız, yalnız sağ olanda,
    Hər kəs əsil qiymətini bilər onda;
    Bu sözlərim düz olmasa
    töhmət edin.
    Sizdən rica eləyirəm milyon
  • Şəlalə Bağışovahas quoted4 years ago
    GÜNƏŞLİ ÖMRÜM…
    Bir tufansan, ey ömrüm
    Çağlar küləklərin sənin.
    Çaxar şimşəklərin sənin.
    Coşar diləklərin sənin.
    Bir ümmansan, ey ömrüm,
    Dönməz dəyanətin sənin.
    Sönməz şeriyyətin sənin,
    Susmaz məhəbbətin sənin.
    Qoy həyat yolu
    Yağış olsun
    Külək olsun.
    Təki qəlbdə Amal olsun,
    Məslək olsun.
    Bu arzular dünyasında
    yaşar insan,
    Bu amallar eşqilə
    coşar insan,
    hər an.
    Bir günəşsən, ey ömrüm,
    Qızıl şəfəqlərin sənin!
    Əngin üfüqlərin sənin!
    Bir atəşsən, ey ömrüm,
    Yanmaq bir adətin sənin,
    Sönməz şeriyyətin sənin
    Qoy həyat yolu
    Yağış olsun,
    boran olsun.
    Təki qəlbdə
    Arzu olsun,
    inam olsun.
    Bu arzular dünyasında
    yaşar insan.
    Bu arzular eşqi ilə coşar
    insan
    o hər an.
    Sevgi əzəl,
    tale şirin,
    ömür gözəl!
  • Azər Əlizadəhas quoted5 years ago
    Rəqiblərim ürəyiniz istədikcə
    yıxın, vurun, sökün
    məni.
    Onda daha möhkəm olur
    köküm mənim...
  • Azər Əlizadəhas quoted5 years ago
    Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
    Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
    Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
    Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
    Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ
  • askerabbaslihas quoted5 years ago
    Yel toxundu yarpaqlara,
    Nəğmə qondu dodaqlara.
    Durub baxdım uzaqlara
    Səni gördüm, ay sevgilim.
  • Azər Əlizadəhas quoted6 years ago
    Belədir bu həyat,
    Belədir bu cahan.
    Səadət axtarır
    Dünyada hər insan.
  • Afiq Aliyevhas quoted7 years ago
    İRAN QADINLARINA HEYRƏT MƏKTUBU
    İran inqilabında kişilərlə, cavanlarla çiyin-çiyinə yüzlərlə qadın da üsyan etmiş və həlak olmuşlar...
    Vuruş kişi peşəsidir,
    döyüş kişi peşəsidir,
    Bütün bəşər yaxşı bilir
    bu iş kişi peşəsidir.
    Barrikada döyüşündə
    kişi kimi siz öldünüz,
    Siz elə bil fağır, sakit
    o qadınlar deyildiniz.
    Yer kürəsi elə bil ki,
    sizi təzə kəşf elədi,
    Çadranızın qabağınd
  • gulanehas quoted3 years ago
    Ay ana, düşürsən tez-tez yadıma,
    Təzədən dönürəm uşaq oluram.
    Dizinə baş qoyub bərk-bərk yatıram,
    Bütün qayğılardan uzaq oluram.
  • Naz Alihas quoted4 years ago
    ə yaxın qonşu olduq
    bu dünyada,
    Ayrı-ayrı doğulduq
    bu dünyada,
    Axır gəlib bir olduq
    bu dünyada
    Ey həyat, sən
    Nə qəribəsən?

    N ə q a r a t:
    Sən ay kimi baxdın mənə,
    Sən gün kimi baxdın mənə,
    Gözlərinin qarasıyla
    Güldü ömrün baxtı mənə.

    Aylar keçir, illər keçir
    axın olur,
    Yadlar gəlir doğma olur,
    yaxın olur.
    Məhəbbətlə keçən ömür
    nağıl olur
    Ey həyat, sən
    Nə qəribəsən?!
  • Naz Alihas quoted4 years ago
    ylar keçir, illər keçir
    axın olur,
    Yadlar gəlir doğma olur,
    yaxın olur
    Məhəbbətlə keçən ömür
    nağıl olur
    Ey həyat, sən
    Nə qəribəsən?!
fb2epub
Drag & drop your files (not more than 5 at once)