«Altay və Umay» 68 yaşlı professor Niyazi Mehdinin birinci və özünün dediyinə görə, bəlkə də axırıncı romanıdır. O bu melodramı qəsdən çağdaş «şirin nağıl» janrında yazıb. Müəllif əsəri ilə çox istəyərdi, indiki gəncliyə hansı ideallarla, hansı dəyərlərlə yaşamaq, necə və nədən söhbət etmək üzrə örnəklər göstərsin. Romanda ədəbsizliklə oynayan gənclərin, ateist və dini düşüncəli, millətçi və kosmopolit oğlan və qızların aralarındakı gərginlik göstərilib.