Bu kitab barədə təəssüratlar: «Mənim payım», Pərinuş Sənii

Leman Abbasova
Leman Abbasovatəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
💞Romantik kitabdır

It is such a book that during reading i couldn't breath, couldn't stop my tears... if you haven't read, read then... it worths

Faduniya
Faduniyatəəssüratları paylaş3 il öncə
🚀Ayrılmaq olmur
💧Gözdən yaş gələnədək

Kitabın qısa özəti 2 sözdür : "Qadın olmaq".
Bu əsərdəki olaylar indi də aktualldır. Hətta bəzən düşünürdüm ki, Məsumənin bəxti həqiqətən də çox şeydə də gətirmişdi.
Fədakar bir qız övladın, bacının , həyat yoldaşın və nəhayət ananın hekayəsi...

Sabina
Sabinatəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
🔮Müdrik kitabdır
🚀Ayrılmaq olmur
💧Gözdən yaş gələnədək

Çoox super idi..Sadəcə möhtəşəm..ağladığım səhfələridə oldu..Yaxşıki oxumuşam📖👌👍

Elvin Yusifoğlu
Elvin Yusifoğlutəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
🔮Müdrik kitabdır
💡Idraki kitabdır

Çox təsirləndim,Stefan Zveyqin "Sabırsız Yürek" romanını oxuyandan sonra inanmırdım ondan daha təsirli bir roman qabağıma çıxsın.Həqiqətən başqa bir dünya imiş.İçərisində həyatın hər anına dair epizodlarla qarşılaşdım.1979-cu il İslam İnqilabından əvvəl və sonrakı ictimai-siyasi vəziyyətə də işıq tutmuşdu.Diqqətimi cəlb edən əsas məqam insanın mənəvi dünyasını,insanlara və özünə qarşı münasibətini belə ustalıqla təsvir etməyi idi.Məncə buna görə Dosteyevskinin əsərlərindən geri qalmır,hətda bir çoxunu belə üstələyir.Kitabın sonuna doğru qaranlıq qalan o idi ki,Səid evlilik zamanı çıxsaydı görəsən nə edərdi Məsumə?ancaq sondakı davranışı yazılmamış hissəni mənə aydın etdi.Mən əminliklə deyə bilərəm ki bu romanda mənə aid çox şey var idi,verdiyim qərarlarımın doğruluğuna bir daha əmin oldum,eyni zamanda da həyata dair çox ama çox şey öyrəndim.Başlıca nəticəm insanın necə böyük hərisliklə dəyərlərinə qiymət verdiyi,hətda buna görə xoşbəxtliyi özünə və başqalarına çox görə bildiyi idi.Uşaqlarının etdiyi,ərinin Məsuməyə etdiyi,qardaşlarının ona etdiyi bunun ən gözəl nümunəsiydi.Naqislik,nadanlıq,eqoist davranış və düşüncələr insan xislətinin ayrılmaz bir parçasıdı.Anası üçün belə keçilə bilməyəcək qədər ayrılmaz bir parçası...Və qadının kişidən nə qədər güclü olduğuna şahid oldum...
OXUYUN.

#Paradise☆Woman
#Paradise☆Womantəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
🔮Müdrik kitabdır
💡Idraki kitabdır
🚀Ayrılmaq olmur
💧Gözdən yaş gələnədək

Möhteşem ötesi eserdi. Burada İran insanlarının qüsurlu düşüncesi eks olunub. Oxuduqca anlayacaqsınız ki,burada yaşanan hadiselerin demek olar,90%i Azerbaycanda tekrarlanır. Eser 50 il qadağa olunmuş eser kimi tanınır,lakin üze çıxan kimi bestsellere çevrilir. Çox sade dille yazılıb. İranda qız dünyaya getiren, baş bağlamayan,tehsilli qadınlara xor baxılır. Eserde son derece ağır müsibetler yaşanır. 16 yaşda zorla ere verilen bir "uşağın" acı taleyinden behs edir.
Mence, her kes oxumalıdır.Men her sehifesi maraqla ve göz yaşları ile oxumuşam ...

Sevana Rahimli
Sevana Rahimlitəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
💞Romantik kitabdır

Cox tesirlendim. Qadinlarin heqiqeten de cox guclu olduqlarini bir daha anladim..!

alekberovaatlas
alekberovaatlastəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
🚀Ayrılmaq olmur
💧Gözdən yaş gələnədək

Çox gözəl, sadə dildə yazılmış kitabdır.Hər kəsə məsləhət görüləcək əsərdir

Besik Osetin
Besik Osetintəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
💧Gözdən yaş gələnədək

Bezen oz yaxinlarnin xowbextliyi namine oz heyatini qurban bele vermeli olursan bu ozu de bir intihardir.Eser superdi oxumaga deyer

Günəş İsmayıl
Günəş İsmayıltəəssüratları paylaş4 ay öncə
👍Tövsiyə edirəm
🔮Müdrik kitabdır
🚀Ayrılmaq olmur

Yaşadığı ölkələr fərqli olsa da yaşayış tərzləri eyni olan minlərcə qadının hekayəsi sadəcə bir romana sığışdırılıb və sonda fasiləsiz oxuyacağınız bir kitab nəşr olunub:-)

Çeşmə Əli
Çeşmə Əlitəəssüratları paylaş2 il öncə
👍Tövsiyə edirəm

bir insan bu qədər şeylərə necə dözə bilər axı bu qədər çətinliklər inanılmaz və güclü qadın.başqa ölkələrdə yaşayan qadınların həyatı həmişə mənə maraqlı olub.afrika,bosniya əfqanıstanan sonra indide bir iran qadınının həyatını oxmaq çox maraqlı oldu

b2821991787
b2821991787təəssüratları paylaş4 il öncə

Maraqlıdı.Keçən əsrə aid olsa da bu günün qadınından heç fərqi yox.Müsəlman qadını əvvəl kiminsə qızı,bacısıdı.Sonra kiminsə həyat yoldaşı.Ən əsası da kiminsə ANAsı.Qız, bacı,həyat yoldaşı üsyan edə bilər.Amma ana yox.Həyatını yaşamaq istəyən dünyaya övlad gətirməsin.Anaysan həyatın övladlarındı.Mənim şəxsi fikrim belədi.

Zarifa Quliyeva
Zarifa Quliyevatəəssüratları paylaş3 ay öncə
💧Gözdən yaş gələnədək

Gecə saat 3de bitirdim əsəri. Çox təsirlidir doğurdan da. Bir qadının çiyinlərinə həyat nə qədər də ağır yüklər mindirermis ...

Naila Eva
Naila Evatəəssüratları paylaş19 gün öncə

Çox gözəl kitab idi...Uzun müddət idi ki belə təsir edən bir kitab oxumamışdim. sözlər bəs etməz ifadə etməyə.
İçimdə bir boşluq yarandı və uzun müddət getməyəcək ağlımdan bu kitab....

Lacivərd Məmmədova
Lacivərd Məmmədovatəəssüratları paylaş2 il öncə
💀Dəhşət
💞Romantik kitabdır
🚀Ayrılmaq olmur
💧Gözdən yaş gələnədək

Kitabi bitirəndən sonra adını oxuyub mənasını anlamaq bitirir adamı. O dövrün İranı, Əfqanıstanı, inqilabları, əziyyətləri barədə çox yazılıb, çox da oxunulub. Bu oxuduğum ən yaxşısıdır. Bəlkə də çox qadınsayağı yazılıb, amma belə də gözəldir, təsirlidir və həqiqidir. Oxuyun :)
Cəmiyyətin təsiri olmadığını nə qədər desəz də, #followyourdreams eləsəz belə, bunu danmaq olmur.
Hə bir də tərcümə çox əladır, qanundan çıxmayan iş

Xuraman Memmedova
Xuraman Memmedovatəəssüratları paylaş4 il öncə
💞Romantik kitabdır

Hədsiz təsirləndirici hekayə.. Bir neçə dəfə ağladan roman. Asılılıq və inqilabın sintezi.. Dəhşət bir şeydir

Aygül Aliyeva
Aygül Aliyevatəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm
💡Idraki kitabdır
🚀Ayrılmaq olmur

Bu mövzuda oxuduğum ən gözəl əsərlərdən biri idi. O qədər gözəl idi ki, hər bir hissi; həm sevinci,həm kədəri Məsumə ilə birlikdə yaşadım. Tövsiyəlidir.

Mirələm Əkbərli
Mirələm Əkbərlitəəssüratları paylaş2 il öncə
👍Tövsiyə edirəm
🔮Müdrik kitabdır
💡Idraki kitabdır
🎯Faydalı kitabdır
🚀Ayrılmaq olmur

Kitabın sonunda özümü bütün həyatı boyunca əlləşən,vuruşan,bəzən qələbə çalan Məsumənin bütün hisslərimi onunla birgə yaşadığımı hiss etdim.Hansı ki,ən əzizləri onu anlamadı,onun payının olduğunu anlamadı

Kamran Əliyev
Kamran Əliyevtəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
🎯Faydalı kitabdır
💞Romantik kitabdır
🚀Ayrılmaq olmur
💧Gözdən yaş gələnədək

Cox tesiredici roman....hamiya meslehet gorurem...

Sevil Məmmədli
Sevil Məmmədlitəəssüratları paylaş15 gün öncə
👍Tövsiyə edirəm

Dili olduqca sadə və axıcı idi. Məzmununa gəldikdə isə qadının mübarizəsini alqışladım,lakin övladlarının sözü ilə ona aid olan ən böyük səadətdən vaz keçir. Əgər ortada həyati məsələ yoxdursa, insan xoşbəxtliyini heç kəsə qurban verməməlidir, hətta öz övladına belə.

Lamiyə Aydın
Lamiyə Aydıntəəssüratları paylaş8 ay öncə
👍Tövsiyə edirəm
💡Idraki kitabdır

Əsərdə göstərilir ki, bir qadın özü tək başına da hətta 3 uşağı ilə birlikdədə də yaşaya bilər.Eyni bir qadın kimi hər şeyi tək də edə bilər.

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl