Ralf Epperson

Gözəgörünməz əl

Siyasi elmlər üzrə mütəxəssis Ralf Epperson tarixi kor təsadüflərin ağılsız oyunu kimi yox, əvvəlcədən planlaşdırılan və məqsədyönlü təşkil olunan hadisələr kimi görür. Tarixi o, konspirasiya olunmuş insan qrupunun idarə etdiyi proses kimi göstərir. Kitabda Rotşildlər ailəsinin çoxəsrlik siyasi fəaliyyətindən az məlum olan faktlar, Rusiyada inqilabın və XX əsrdəki hər iki dünya müharibəsinin pərdəarxası tərəfi, ABŞ Federal Ehtiyat Sisteminin yaradılmasının real məqsədləri və FES-dən istifadə praktikası haqqında təfərrüatı ilə danışılır. Epperson 1960-cı illərin əvvəllərində fövqəladə məxfilik şəraitində hazırlanan hansısa, “Dəmir Dağdan Məruzə” haqqında bəhs edir. Məruzəni sifariş edənləri narahat edən, yalnız uzunmüddətli sülhün davamlı nəticələri deyildi, onlar eləcə də müharibənin həm görünən, həm də görünməyən funksiyalarını öyrənmək istəyirdilər… Demə, müharibələr cəmiyyətimizin dayanıqlı olması üçün əhəmiyyət kəsb edən müəyyən funksiyaları yerinə yetirir; bunun üçün başqa üsullar yaradılmayana qədər, hərbi sistem saxlanmalı və onun effektivliyi təkmilləşdirilməlidir.
714 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Bənzər kitablar

Təəssüratlar

    Ağa Əzizovtəəssüratları paylaş3 il öncə
    👍Tövsiyə edirəm

    Maraqlı kitabdı. Düzdü bəzi fəsillərdə xırdalıqlar çoxdu və bu adama darıxdırıcı və ya sıxıcı gələ bilər. Amma mövzular maraqlı gəldiyi üçün həvəslə oxudum.

    Elsen Zeynallitəəssüratları paylaş5 il öncə
    💤Darixdirici

Sitatlar

    Elsen Zeynallisitat gətirir5 il öncə
    James Warburg “The West In Crisis” (“Qərb Böhranda”) kitabında “Tarixə təsadüf kimi baxış”ı belə izah edir: “Tarix düşünülmüş hadisələrdən çox, təsadüfün iradəsi, çox vaxt da ağılsızların tamamilə irrasional hərəkətləri üzrə yazılır”
    b1801455728sitat gətirirkeçən il
    gər hökumətin rəsmi şəxslərinin belə hadisələrin qarşısını alacağı gözlənirsə və bununla belə, həmin hadisələr hər halda baş verirsə, onda, deməli, rəsmi şəxslər vəzifə borclarının öhdəsindən gəlməyib. Onların uğursuzluqlarının yalnız iki izahı ola bilər:
    1. Hadisələr daha güclü idi və onların qarşısını almaq mümkün deyildi; ya da
    2. Rəsmi şəxslər bu hadisələrin baş verməsini istəyirdi və məhz buna görə onlara baş vermək imkanı verilib.
    Firuz Esgerovsitat gətirir2 il öncə
    Biz bütün insanların bərabər yaradıldığı həqiqətini öz-özlüyündə aşkar məsələ hesab edirik. Yaradan onlara ayrılmaz bəzi hüquqlar verib və bunların arasında həyat, azadlıq və xoşbəxtliyə can atmaq hüququ var; insanlar arasında bu hüquqları təmin etmək üçün hökumətlər yaradılır.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl