Nyu York Trilogiyası, Paul Auster
Kitablar
Paul Auster

Nyu York Trilogiyası

Oxu
413 kağız səhifələr
  • 👎1
  • 👍1
Çağdaş Amerika ədəbiyyatının ən nəzərə çarpan yazıçılarından biri olan Paul Austerin “Nyu York Trilogiyası” “Ölümdən əvvəl oxunmalı 1001 əsər” siyahısındakı əsərlərdəndir. Bu kitab – “Şüşə Şəhər”, “Qarabasmalar” və “Qıfıllı Otaq” romanlarından ibarətdir. Detektiv romanla postmodern strukturun sintezindən ibarət olan və Kafka yaradıcılığına uyğun bir üslubla yazılmış üç romanda yazıçı öz oxucusunu qıfıllı otaqlarda, keçmişdə və gələcəkdə, təhlükəli küçələrdə, xaotik və qarışıq xarakterə bürüdüyü qəhrəmanının arxasınca gəzdirdiyi ərəfədə, romanın hər səhifəsinə səpələdiyi kiçik işarələrə məna verməyi oxucunun öhdəsinə buraxır. O, qəhrəmanlarını həqiqi və ya xəyali qıfıllanmış otaqlara salır, azadlığı ancaq oradan qaçıb xilas olaraq əldə edə biləcəkləri bir dünya qurur, xilas üçün açarlar da verir. “Nyu York Trilogiyası” adi oxucu üçün sadəcə qıfıllı bir otaq və ya güzgülərlə doldurulmuş dəhlizdir, peşəkar oxucu üçün isə bu trilogiya, dünyanı tamamilə başqa prizmadan gözlərimizin qabağında nümayiş etdirərək ruhumuzdakı yaraları göstərən bir ümmandır.
Təəssürat
Rəfə
  • 👎Tövsiyə etmirəm1
  • 👍Tövsiyə edirəm1
Giriş və ya qeydiyyat
aygul
aygultəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm

Bir az sıxıcı amma oxumağa dəyəcək qədər yaxşı bir əsər👍

Nebi Nebizade
Nebi Nebizadetəəssüratları paylaş2 il öncə

Bir-birinden maraqlı üç hekayə.

Adil Huseynzade
Adil Huseynzadetəəssüratları paylaş4 il öncə
👎Tövsiyə etmirəm

Çox cansığıcı oldu, 55%-ə çatanda artıq səbrim tükəndi və oxumaqı dayandırdım.

Yaxşı dedektiv romanda mənasız heç bir şey yoxdu. Artıq cümlə və ya söz görməzsən. Əhəmiyyətsiz olsa da, nə vaxtsa əhəmiyyətli olacaq; bu da eyni şey deməkdir.
aygul
aygulsitat gətirirkeçən il
O mövcud idi, ancaq həm də əlçatmazdı
Məqsədsiz gəzintilərdə hər yer eyniydi, harada olmağının da əhəmiyyəti yoxdu. Heç yerdə olmadığını hiss etdiyi gəzintilər ən əhəmiyyətliləriydi.
Həftənin kitabı, Bookmate
Bookmate
Həftənin kitabı
  • 38
  • 242.9K
Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 537
  • 411
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 348
  • 145
Ən çox oğrulanan kitablar, Sayalı Bahar
ümumi, Nurlan Xanlarov
Nurlan Xanlarov
ümumi
  • 96
  • 13
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl