bookmate game

Həftənin kitabı

Bookmate
48Books243.1KFollowers
Hər həftə bir gözəl kitab.
    Bookmateadded a book to the bookshelfHəftənin kitabılast year
    Müzəffərli Azad Müzəffər oğlu 1962-ci ildə Bakıda doğulub. İxtisasca telejurnalistdir. 1990-cı ildən Azərbaycan Televiziyasında çalışır. Əməkdar jurnalistdir. 2015-ci ildə hekayələrdən ibarət “İdrak süzgəcindən keçirdiklərim”, 2017-ci ildə isə “Bir qəlbin nəqəratsız nəğməsi” adlı kitabları çapdan çıxıb. Mütəmadi olaraq respublikamızın müxtəlif kütləvi informasiya vasitələrində hekayələri çap olunur. “Türk ilahəsi” adlı hekayəsi Avrasiya Yazarlar Birliyinin nüfuzlu “Kardeş kalemler” dərgisində (2020-ci il) “Azərbaycan, səninləyik” şüarı altında çap olunan xüsusi nömrəsində dərc edilib. Əminik ki, yazıçının yeni kitabı oxucular tərəfindən maraqla qarşılanacaq.
    Bookmateadded a book to the bookshelfHəftənin kitabılast year
    Bu roman, ünvan kitabçasını itirmiş bir yazıçı olan Jan Daraqanın hekayətidir. O, kitabçanı tapmış olduğunu söyləyən Gill Ottolini ilə tanış olur. Görüş zamanı, Gill, ünvan kitabçasında adı çəkilən bir şəxsdən söz açır. O, əvvəldən haqqında təhqiqat apardığı bu adam barəsində Jandan məlumat istəyir, lakin yazıçı yadında heç nə qalmadığını söyləyir. Gill və rəfiqəsi Şantal Grippay ona “Dosye”nin fotosurətini verirlər. Onu oxuyarkən, Jan, Anni Astrandın adına rast gəlir. Bu onu, indiyə qədər unutduğu, uzun xatirələr zəncirinə dalmağa sövq edir…
    Bookmateadded a book to the bookshelfHəftənin kitabılast year
    Roman avtobioqrafik sayõlõr. Yazõçõ birinci Dünya Müharibəsində italyan cəbhəsində Qõzõl Xaçõn könüllüsü kimi iştirak edib. Milanda yaralanõb hospitala düşən Heminquey tibb bacõsõna aşiq olub.
    "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхõmõndan Heminqueyin ən yaхşõ əsəri sayõlõr. Romanõn adlarõna gəlincə, yazõçõ onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandõrmaq istəyib. Ən sonda, «Əlvida, silah! » (1929) adõnõn üstündə dayanõb.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabılast year
    Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903–1950) ya­ra­dıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüz­illikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər ya­ran­dıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi po­le­mika doğurmuşlar. Oruell nəsrinin mühüm, diq­qətəlayiq nümunələrindən sayılan “Heyvanıstan” po­ves­ti Azərbaycan dilində ilk dəfə, həm də orijinal­dan tər­cümədə çap olunur. Kitab geniş oxucu kütlələri, bə­dii ədəbiyyat həvəskarları üçün nəzərdə tutulur.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabılast year
    Nobel mükafatçısı Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır. Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə — doktor Xuvenal Urbinoya ərə gedir. Bu evlilikdə Ferminanın atasının da böyük rolu olur. O, kasıb teleqrafçının yox, tanınmış həkimin qayınatası olmağı üstün tutur. Bunun üçün bir çox əziyyətlərə qatlaşaraq xoşluqla olmasa da qızını yolundan döndərə bilir.
    Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir.
    Ağrı-acılar, təsadüfi eşqlərlə dolu zaman keçir və Florentina da varlı, cəmiyyətin hörmət etdiyi şəxs olur. Və düz 51 il 9 ay 4 gündən sonra sevgisinə — illərlə həsrətini çəkdiyi Ferminasına qovuşur. Bununçün o, səbirlə doktorun ölümünü gözləyir.
    Bookmateadded a book to the bookshelfHəftənin kitabı2 years ago
    20-ci əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi. Hətta siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmasanız belə, “Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız. Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri, tələb olunanları deyirlər. Onlar heç bir istəyə və seçim hüququna malik ola bilməzlər. Qadınlar doğulandan ölənə qədər onlar üçün əvvəlcədən müəyyən olunmuş yolla irəliləyirlər, bu yoldan sapma ehtimalı çox cüzidir. Onlar mövcuddurlar, ancaq demək olmaz ki, yaşayırlar. Ona görə ki, yalnız tənhalıqda özləri kimi ola bilirlər,
    ancaq bu hüquqdan da məhrumdurlar.
    Geyşalıq işi — gözəllik və incəsənətdir. Bu ancaq kənardan belə görünür. Daxildən isə yalnız ağır, üzücü əmək, riyakar bir peşədir. Bundan savayı, heç nə yoxdur. Tamamilə heç nə.
    Bookmateadded a book to the bookshelfHəftənin kitabı2 years ago
    “Çovdarlıqda uçurumdan qoruyan” romanı amerikalı yazıçı Cerom Devid Selincer tərəfindən 1951-ci ildə qələmə alınmışdır. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanmış və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində doqquz il işləmişdir. Amarika yazıçısı Cerom Devid Selincer (1919 — 2010) hələ gənc yaşlarından, Pensilvaniyada hərbi məktəbdə təhsil aldığı illərdə məktəb qəzetlərində köşə yazarı kimi çalışmış, bir müddət sonra isə o, hekayələr yazmağa başlamışdır. Yazıçının ilk əsəri “Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb. Ona dünya şöhrətini qazandıran əsəri isə 1951-ci ildə yazdığı yeganə romanı “Çovdarlıqda uçurumdan qoruyan” olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdır.
    Bookmateadded a book to the bookshelfHəftənin kitabı2 years ago
    Çağdaş alman yazıçısı Bernhard Şlinkin «Qiraətçi» romanının (1995) fenomenal uğurunu Patrik Züskindin ondan on il qabaq nəşr edilmiş "Ətriyyatçı" romanı ilə müqayisə eləmək olar. «Qiraətçi» dünyanın qırxdan çox dilinə çevrilərək beynəlxalq bestseller olub, Avropa və Amerikanın ən sayılıb-seçilən mükafatlarını qazanıb.
    Professor ailəsindən olan on beş yaşlı oğlanla yaşlı qadın arasında qəfildən tutuşan eşq romanı elə qəfildən də həmin qadının şəhərdən xəbər-ətərsiz yoxa çıxmasıyla qırılır. Səkkiz il sonra, hüquq fakültəsinin sonunju kursunda oxuyan oğlan onu yenidən — nasist jinayətkarlarına qarşı keçirilən məhkəmə prosesində qadın konslagerinin keçmiş nəzarətçiləri arasında görür.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı2 years ago
    Tanınmış alman yazıçısı Erix Maria Remarkın “Zəfər tağı” romanı antifaşist mövzuda yazılmış ən yaxşı əsərlərindəndir. Müəllif cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir. Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı2 years ago
    Con Maksvell Kutzeenin «Rüsvayçılıq» romanının baş qəhrəmanı Devid Louri azadlığa doğru uzun bir yol gedir. O öz təbiətinin qəribəlikləri, bütün intellektuallara xas olan yaradıcılığa meyilliliyi ilə mübarizə aparmalı olur. Lakin Devid Louri bu yolu axıra qədər gedərək, bütün bəraətlərdən, ümidlərdən, axtarışlardan imtina edir. CAR-ın 1990-cı illərin sonuna təsadüf edən tarixindən silinmək mümkün olmasa da, tarixi təbiətlə bərabər tutmaq, onu həyatın bir hissəsi kimi qəbul etmək olar. Bu işdə Devidə qızı Lüsi kömək edir. Devid Louri öz rüsvayçılığını rasional düşüncə ilə dərk etməyə, bu və ya digər fikirlə əlaqələndirməyə çalışırsa, qızı ona, sadəcə, bu hadisə ilə barışıb yaşamağı öyrədir…
    Kutzee ikinci dəfə Buker mükafatına «Rüsvayçılıq» romanına görə layiq görüldü.
    Bookmateadded a book to the bookshelfHəftənin kitabı4 years ago
    Ulduz Universiteti Azərbaycanın öndə gedən universitetlərindən biridir. Burada ölkənin ən yüksək nailiyyətlərinə sahib tələbələr təhsil alırlar. Maria, Ömər və Elina da onlardan biridir. Bir-birlərinə çox bağlı olan bu üç dost zəngin həyatı, geyim tərzi, bacarığı və xarici görünüşləri ilə hər kəsin diqqət mərkəzindədir.

    Novruz bayramı gecəsi əfqanıstanlı professor Ramez Afridinin mükəmməl bir planla qətlə yetirilməsi universitetdəki bütün dincliyi pozur. Cinayətin açılması üzərində istintaq gedərkən, Ulduz universitetində demək olar ki, digər üç tələbə ilə eyni yaşda olan mühafizə işçisi Elmir də burada təhsil alma şansı qazanır. Ömər, Maria və Elina isə özlərinin də günahı olduğu bu qətlin onların üzərinə qalmasından qorxur və bunu gizlətməyə çalışırlar. Amma aralarına sızan Elmirin onların həyatını tamamilə dəyişəcək tək insan olacağının fərqində belə deyillər.
    Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazan­dı­racaq qüdrətə sahib romandır.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Spartak — mübarizə, mətanət, cəsarət simvoludur. Bu ad azadlıq uğrunda mübarizənin rəmzi kimi bütün bəşəriyyətin inqilabi rəşadət tarixinə düşmüşdür.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Edqar Allan Po-nun ən dəhşətli detektivlərindən biri, noir stilində yazılmış "Qara pişik" əsərinin Azərbaycan dilində təzə tərcüməsi. Klassik detektiv heç vaxt moddan çıxmır.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Basketbolçu Harri Enqstromun həyatından bəhs edən kitab. İdmançı karyeranın aktual problemlərini və ümümiyyəltə gənclərin problemlərini bu kitabda Con Apdayk çox səmimi göstərdi. Bu problemlərlə hər kəs rastlaşır, ona görə də kitabı hər yaşda oxumaq ləzzət edir.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Borxesın nə əvvəli, nə axırı olmayan kitabı. Bu hekayə topluntusu çox fəlsəfi olsa da, dili çox rahatdır. Bu kitabda Borxes ədəbi güzgü, yuxu və labirint effektlərindən tez-tez istifadə etmişdir.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Azərbaycan dilində ilk dəfə çap olunur. Qurban Səid tək Bakı və neft bumu barədə yazmırdı. Onun ikincı əsəri osmanlı şahzadəsinin qəmli hekayətini danışır. Bu kitab Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Günel Anarqızının yazdığı “Altıncı” povesti atasının bir növ «Beşmərtəbəli evin altıncı mərtəbəsi» əsərin davamı kimi görünsə də, bu mövzuları tamamilə yeni, gözlənilməz və çağdaş bucaqdan işıqlandırır…
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Bir kommunist xanımın Avropa və ABŞda baş verən macəraları. Sadəlövhlük onun yolunu Avropaya, isə və Nyu-Yorka çıxarır.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfHəftənin kitabı7 years ago
    Kədərli və parlaq kitab — Tənha qalan və hayatını yenidən qurmağa çalışan həssas, bacarıqlı insanın hekayəsi.
fb2epub
Drag & drop your files (not more than 5 at once)