Əziz Rzazadə

Şəbəkə

“Şəbəkə” – işinin qulu olan peşəkar tərcüməçinin həyat hekayətidir. Ömrünü hisslərin buxovunda keçirmiş insan. Uğursuz eşqinin qisasını alan evli kişi. Naməlum, İstəkli və Arzulanan qadın axtarışı ilə şəhvətpərəstə dönmüş daşürəkli, həm də istedadlı əclaf. Vicdan, dostluq, mərhəmət və səmimilik kimi anlayışları tapdamış bu insan yalnız gerçək eşqlə üzləşdikdə insani simasına geri qaytarmağa başlayır. Həqiqətə doğru yürüşdə o, öz uydurmasının, yalanının qurbanı olur və tarixin saxta qəhrəmanlarından birinə çevrilir.
120 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Intizar Sübhantəəssüratları paylaş5 il öncə
    🙈Heç nə anlamadım
    💞Romantik kitabdır

    İlk dəfədi "belə " bir əsər oxuyuram bizim yazıçılardan . " Belə " dedikdə nəzərdə tutduğum biraz ( birazdan artıq ) "açıq-saçıq" hissələrin olmasıdır . Nə isə sözüm ona deyil ,başlamışkən bitirim dedim və heç vaxt düşünmədiyim bir sonluqla qarşılaşdım . Bilmirəm niyə elə oldu , yazıçını tapsam özündən soruşardım 😀

    b2971235841təəssüratları paylaş4 il öncə
    👎Tövsiyə etmirəm

    Darixdirici.Boş ve menasiz...

    Tural Yunusovtəəssüratları paylaş6 il öncə
    👍Tövsiyə edirəm

    Ayrı ayrı hadisələri ümumiləşdirilmiş halidi ama pis sayılmaz oxumağa dəyər

Sitatlar

    Tural Yunusovsitat gətirir6 il öncə
    – İslamçılar?
    – İlk və son dəfə müxalifətin bir mitinqində gördüm. Aksiyadan yüz metr kənarda dayanmışdılar. Soruşdum ki, niyə etirazçılara qoşulmursuz? Dedilər, onsuz da Sahibəz-zamanın zühuruna qədər ədalətli lider hakimiyyətə gəlməyəcək. Müxalifətə isə heç inanmırıq. Dedim, onda gedin evlərinizə, zühuru gözləyin, burda camaatın əl-ayağına niyə dolaşırsız...
    Firuzsitat gətirir2 il öncə
    Arxasınca boş konserv bankaları bağlanmış maşın. Sən keçmişindən uzaqlaşdıqca, sürəti artırdıqca metal qutuların səsi daha bərk gəlir. Sanki barmağını silkələyib insana: “Məndən qaça bilməzsən” demək istəyir keçmiş.
    Intizar Sübhansitat gətirir5 il öncə
    – bir dəfə bir dostumdan soruşdular ki,
    qismət nədir?
    stolun üstündə xurma vardı.
    atdı ağzına, yedi və dedi ki, gördün, qismət bax budur...
    yəni qarşına çıxan imkandan istifadə elə,
    yoxsa həyatda daim uduzarsan.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl