Maylis de Kerangal

Diriləri sağaltmaq

Romandakı bütün hadisələr cəmi 24 saat ərzində baş verir. 24 saat — hər dəqiqəsi həyəcan, qorxu, sevinc, kədər, sevgi, ayrılıq və göz yaşlarıyla keçən 24 saat… Gənc sörfinqçi Simon Lembr dəniz macərasını bitirib dostları ilə birgə evinə dönən zaman dəhşətli bir yol qəzasına düşür. 19 yaşlı oğlan aldığı kəllə-beyin travmasından beyin ölümü keçirir. Artıq müasir aparatlar belə beyin ölümü keçirmiş bu oğlanı həyata qaytarmaqda acizdir. Özlərini təcili surətdə xəstəxanaya çatdıran valideynlər oğullarının öldüyünü heç bir şəkildə qəbul etmək istəmir, hələ də döyünən ürəyinin yaratdığı illüziyaya qapılaraq, Simonun yenidən gözlərini açacağına inanırlar. Və belə bir anda xəstəxananın baş həkimi onlara oğullarının orqanlarını ehtiyacı olan xəstələrə bağışlamağı təklif edir. Axı bir valideyn övladının orqanlarını heç tanımadığı insanlara necə bağışlaya bilər? Yəni buna necə qərar verə bilər? Dünyalar qədər sevdikləri oğullarının ürəyi bir başqa insanın köksündə döyünəcək və onlar həmin insanın kim olduğunu heç bir vaxt bilməyəcəklər. Bəs Simonun valideynləri bu təklifi necə qarşılayırlar? Onlar nəyə qərar verirlər — Simonun öz bədənində yaşamasınamı, yoxsa onu başqa bir bədəndə yaşatmağamı?
284 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Zaur MMtəəssüratları paylaş10 ay öncə
    💤Darixdirici

    Kitab maraqlıdı amma bəzi yerleri sıxıcı idi. Tibb oxuyanlar üçün daha maraqlı gələ bilər

    b7104914902təəssüratları paylaş2 ay öncə
    👍Tövsiyə edirəm

    b2590817392təəssüratları paylaş2 ay öncə
    🎯Faydalı kitabdır

Sitatlar

    Zaur MMsitat gətirir10 ay öncə
    “bu gün dünəndən daha yaxşı, amma sabahdan daha pisdir”
    Zaur MMsitat gətirir10 ay öncə
    “– Nə etməliyik, Nikolay?

    –Ölüləri basdırıb, diriləri təmir etmək”.
    Sevasitat gətirirkeçən il
    Onlar bu qorxunc xəbəri duyduqdan, onlar üçün tamamilə yeni olan psixoloji bir təcrübəylə qarşılaşdıqdan sonra neçə dəqiqə stullarının üzərində donmuş vəziyyətdə oturub qalmışdılar? Ölümün həqiqi üzünü görmək üçün görəsən onların nə qədər zamana ehtiyacları vardı? Həmin an onların hiss etdiklərini heç bir söz, heç bir cümləylə ifadə etmək mümkün deyildi, onların duyğularını bizim bildiyimiz dillərin lüğət tərkibində olan sözlərlə, həmin dillərin qrammatik qaydalarına əsasən qurulmuş cümlələrlə ifadə etmək, həqiqətən də qeyri-mümkündü. Çünki heç bir dildə həmin an onların duyduğu ağrını, əzabı dəqiq şəkildə təsvir edə biləcək bir söz, bir ifadə yox idi.

Rəflərdə

    Nurcan Rzayeva Qurbanlı
    Azərbaycanca kitablar
    • 567
    • 546
    Fərid Məmmədov
    Fəridin kitabxanası
    • 154
    b4148388539
    🖤✨
    • 9
    b3366117572
    Kitablarım
    • 4
    b0132796168
    Kitabxana
    • 2
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl