bookmate game

KitabiDədə Qorquddastan)

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Sevahas quoted4 years ago
    Ozan deyir: “Arvadlar dörd cürdür: birisi soy soldurandır; birisi toy doldurandır; birisi evin dayağıdır; birisi necə desən, bayağıdır”.
  • Sevahas quoted4 years ago
    Məhəmməd peyğəmbərin zamanına yaxın Bayat boyunda “Qorqud ata” deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi…
  • b4622044662has quoted2 years ago
    «Kitabi-Dәdә Qorqud» elm alәminә 1815-çi ildә bәlli olmuşdur.
  • Sevahas quoted4 years ago
    Qanlı qoca bu başları və heyvanları görəndə başındakı bit ayağına daraşdı. Dedi: “Gedim, oğluma düzünü deyim, hünəri varsa, gəlib alsın, yoxdursa, kimi alsaq, razı olsun”.
  • Sevahas quoted4 years ago
    aslandı; biri qara buğa, biri də buğra idi.
  • Sevahas quoted4 years ago
    Qanlı Qoca sevincək, fərəhlə ayağa durdu. Ağ saqqallı pirani qocaları da yanına saldı. İç Oğuzu axtardı, qız tapmadı. Dolandı, Daş Oğuza gəldi, tapa bilmədi. Dolandı, Trabzona gəldi. Sən demə, Trabzon təkurunun bir gözəl-göyçək, yaraşıqlı qızı varmış. Sağına-soluna iki qoşa yay çəkərdi. Atdığı ox yerə düşməzdi. O qızın “qalınlığı-qaftanlığı” üçün üç heyvan saxlanırdı. Atası vəd etmişdi ki, hər kim o üç heyvanı basıb qalib gəlsə, öldürsə, qızımı ona verəcəyəm. Basa bilməyənin başını kəsirdi. Beləliklə, otuz iki kafir bəyinin oğlanlarının başı kəsilib qala bürcündən asılmışdı.
  • Sevahas quoted4 years ago
    Oğul, səhər vaxtı gedib günorta gəlmək olmaz. Günorta gedib axşam gəlmək olmaz. Oğul, sən tələs, mal yığ, mən sənə gedim qız axtarım!”.
  • Sevahas quoted4 years ago
    Oğuzların vaxtında Qanlı qoca deyilən bir müdrik kişi vardı. Bir yetişmiş igid oğlu vardı. Adına Qanturalı deyirdilər. Qanlı qoca deyir: “Dostlar, atam öldü, mən qaldım. Yerini-yurdunu tutdum. Sabahkı gün mən ölərəm, oğlum qalar. Bundan yaxşı nə ola bilər ki, oğul, nə qədər ki, sağam, gəl səni evləndirim!”. Oğlan deyir: “Ata, məni evləndirmək istəyirsənsə, bilirsənmi mənə layiq qız necə olmalıdır?.. Mən yerimdən durmadan o durmuş olsun! Mən Qaracıq atıma minmədən o minmiş olsun!
  • Sevahas quoted4 years ago
    igid xəstələnmişdi. Allahın əmri ilə o igid öldü. Kimi “oğul” deyə, kimi “qardaş” deyə ağladı. O igidin üstündə bərk qara şivən qopdu. Gözlənilmədən Dəli Domrul çaparaq yetişdi, dedi: “Ay əbləhlər, nə ağlayırsız? Mənim körpümün yanında bu hay-küy nədir, niyə şivən salmısız?”. “Xan, bir yaxşı igidimiz öldü, ona ağlayırıq”, – dedilər. Dəli Domrul deyir: “Aya, igidinizi kimi öldürdü?”. Dedilər: “Vallah, igid bəy, Allah-taaladan buyruq oldu. Al qanadlı Əzrayıl o igidin canını aldı”. Dəli Domrul deyir: “Eh, Əzrayıl dediyiniz nə kişidir ki, adamın canını alır? Ya qadir Allah, birliyin, varlığın xatirinə, Əzrayılı mənim gözümə göstər, vuruşum, güləşim, döyüşüm yaxşı igidlərin canını qurtarım. Bir daha yaxşı igidlərin canını almasın”.
  • Sevahas quoted4 years ago
    oğuzların arasında Duxa qoca oğlu Dəli Domrul deyilən bir igid vardı. Quru bir çayın üzərində bir körpü saldırmışdı. Körpüdən keçəndən otuz üç axça, keçmək istəməyəndən qırx axça alırdı. Bunu niyə belə edirdi? Ona görə ki, “Məndən cəsur, məndən güclü bir igid varmı ki, çıxıb mənimlə savaşsın?” – deyirdi; “mənim cəsurluğumun pəhləvanlıq və igidliyimin şöhrəti Ruma, Şama gedib çatmışdır
fb2epub
Drag & drop your files (not more than 5 at once)