KQÖS — Körpələrin Qəfil Ölüm Sindromu. Hər il yeddi min südəmər uşaq heç bir aşkar səbəb olmadan ölür — sadəcə, yuxuya gedir və daha ayılmır.
“Beşikdə ölüm” sindromumu?
Yoxsa layla sədası altında ölümmü?
O layla ki, deyilənə görə, onu bəzi qədim mədəniyyətlərdə aclıq və quraqlıq zamanı körpələrə oxuyarmışlar. Yaxud tayfalar artıb-törəyəndə, əhalini öz torpağında yedizdirmək mümkün olmayanda…
O layla ki, onu döyüşdə şikəst olanlara və ölümcül xəstəliyə tutulanlara — ölməkdən başqa çıxış yolu olmayanlara oxuyarmışlar.
Sakitcə. Ağrısız. Əzab-əziyyətsiz…
Bu, həmin “Layla”dır.