Etel Voyniç

Ovod

    muradrustemsitat gətirir6 il öncə
    Yolun ortasında atılıb-qalmış bir daşın çox yaxşı niyyətləri ola bilər, lakin onu yoldan kənar etmək lazımdı...
    Təbəssüm Babaşovasitat gətirir6 il öncə
    «Keçmiş — ölümündür, gələcək – sənin!» Nə qədər ki, gələcək sizindir – ondan istifadə edin: keçmişdə tutduğunuz pis bir iş haqqında deyil, gələcəkdə görə biləcəyiniz yaxşı işlər haqqında düşünün
    Gunduz Memmedovsitat gətirir7 il öncə
    Heç bircə dəqiqə də ciddi olmaq istəmirəm, dostum! Nə həyat, nə də ölüm ciddi olmağa dəyməz.
    Türkeşsitat gətirir6 il öncə
    Məlum şeydir ki, cilovu həmişə dartsan, dinc at belə şaxə qalxar.
    Gunduz Memmedovsitat gətirir7 il öncə
    — Siz öz yalanınızla məni şəkər plantasiyalarında kölə vəziyyətinə salanda mənə çox yazığınız gəlmişdi? Bunu sizə deyəndə siz dəhşətdən titrəyirsiniz... Ay yumşaq ürəkli müqəddəs adam! Sizin vur-tut bir oğlunuz olub! Deyirsiniz ki, səni sevirəm...
    Yaman da sevirsiniz! Sizin məhəbbətiniz mənə çox baha oturdu. Yoxsa siz elə zənn edirsiniz ki, hər şeyi yenə də yoluna qoyarsınız, məni də əvvəlki Artur eləyə bilərsiniz? Elə bir adamı ki, çirkli vayxanalarda qab-qacaq yumuş, saxladıqları heyvanlardan da pis olan fermerlərin tövlələrini təmizləyib. Elə bir adamı ki, köçəri sirkdə qalpaqlı, zınqırovlu oyunbaz, öküz, döyüşdürülən meydanda matadorların96 xidmətçisi və köləsi olub. Elə bir adamı ki, onu yəhərləyib minmək həvəsində olan hər heyvanın arzusunu yerinə yetirib! Elə bir adamı ki, aclıq çəkib, onu ayaq altına alıb tapdalayıblar, onun üzünə tüpürüblər, o əl açıb dilənib, kif basmış yemək törtöküntüsünü istəyib, lakin bunu da verməyiblər, çünki bu şeyləri yemək itlərin haqqı idi! Ah, mən nə üçün bunları sizə deyirəm! Sizin sayənizdə başıma gələn müsibətləri saymaqla qurtarmaz. İndi də durub mənə məhəbbətinizdən dəm vurursunuz! Bu çox böyük bir məhəbbətdirmi? Bu məhəbbətdə elə qüvvə varmı ki, ondan ötrü öz etiqadınızdan əl çəkə biləsiniz? İsa sizdən ötrü nə eləyib, hə? O sizdən ötrü nə olmazın əziyyətlər çəkib ki, siz onu məndən çox istəyirsiniz? Siz onu yaralanmış qolları üçünmü sevirsiniz? Onda mənim qollarıma baxın! Buna da baxın, buna da, buna da..
    Mara Resulzadesitat gətirir6 il öncə
    Yaxşı məqsəd üçün dalaşmaq – həyatın cövhəridir
    b8234558246sitat gətirir6 il öncə
    Mənim fikrimcə, bizim düşdüyümüz bəlanın və səhvlərimizin başlıca səbəbi – din adlandırılan fikri xəstəlikdədir.
    Qabriellasitat gətirirkeçən il
    Mən onun təcrübəli olduğuna paxıllıq etdim: hamı ona, təcrübəli olduğu üçün çox əhəmiyyət verir.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    onun səbrə ehtiyacı yoxdur... əksinə! İtaliya öz mənafeyini müdafiə etmək üçün üsyan qaldırmalıdır!
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Bizi sevirlərmi, ya bizə nifrətmi edirlər – öz hərəkətimizdə gərək bunu əsas tutmayaq.
    Şəfiqə Babayevasitat gətirir5 il öncə
    Şiddətli ağrılar hər gün axşamçağı, hava qaralanda başlayırdı. Günortadan sonra yerimə uzanıb günün get-gedə əyilməsinə dəhşətlə baxırdım... Siz bunu başa düşə bilməzsiniz! Mən indi də günün batmasına sakit baxa bilmirəm.
    b8234558246sitat gətirir6 il öncə
    Gəncləri tərbiyə etməkdə mənim böyük təcrübəm var. Lazımi əsas olmadan, gənclərə heç bir işdə mane olmamalı; mənim əldə bayraq etdiyim qayda budur! Elə düşünürəm ki, dünyada öz təbiətləri etibarilə intizamsızlığa meyl edən gənclər çox deyil və mənə elə gəlir ki, böyüklər gənclərin şəxsiyyətinə hörmət etsələr, bu gənclər onlara çox da başağrısı verməzlər. Məlum şeydir ki, cilovu həmişə dartsan, dinc at belə şaxə qalxar.
    Elmin Seyfəddinlisitat gətirir6 il öncə
    Ah, heç bir başqa əzab buna tay ola bilməzdi: əfv etmək istəyəsən, əfv etməyə çalışasan, lakin biləsən ki, bu mümkün deyil, əfv edə bilməzsən, buna cəsarət etməzsən...
    Elmin Seyfəddinlisitat gətirir6 il öncə
    Bütün dalğalar, fırtınalar mənim üstümdən keçdi
    Elmin Seyfəddinlisitat gətirir6 il öncə
    İndi mən məsələni başa düşməyə başlayıram. Nə qədər ki, mən partiyanın pis münasibətdə olduğu ruhanilərə hücum edirəm, onda istəsəm, bütün həqiqəti deyə bilərəm, amma partiyanın xoşladığı keşişlərə toxunanda, o saat aydın olur ki: «Həqiqət – zəncirdə saxlanmalı köpəkdir»
    heyransitat gətirir6 il öncə
    cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı nə qədər təmizdirsə, ata olmağa o daha artıq layiqdir
    Elmin Seyfəddinlisitat gətirir6 il öncə
    hər kəs ayrılıqda və elə bu saat öz hisslərini həyata keçirməlidir, daha bu barədə xəyala dalmamalıdır;
    Gunduz Memmedovsitat gətirir7 il öncə
    Montanelli başını qaldıranda gün batmışdı: onun son şəfəqi qərb üfüqlərində sönürdü. Ata ilə oğul zaman və məkan, həyat və ölüm məfhumunu unutmuşdu; onlar hətta düşmən olduqlarını da yaddan çıxarmışdı.
    Gunduz Memmedovsitat gətirir7 il öncə
    Bununla bərabər kardinalla da hesablaşmalı idi: o kardinal ki, adyutantla olan şəxsi söhbətdə rəis onu: «eşşək inadkarlığını müqəddəscəsinə özündə təcəssüm etdirən» bir sima adlandırmışdı
    Gunduz Memmedovsitat gətirir7 il öncə
    — Rənginiz görün necə qaçıb! Bu ona görədir ki, siz həyata ciddi bir şey kimi baxırsınız, şokoladı xoşlamırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl