Vladimir Nabokov

Lolita

Böyük sənət əsərləri hər zaman orijinallığı ilə seçilir; onların mahiyyəti insanı sarsıtmalı, təəccübləndirməli, hətta şoka salmalıdır. Humbert Humberti tərifləməyə heç bir əsas yoxdur. Şübhəsiz ki, o iyrənc və alçaqdır, əxlaqsızlığa ən parlaq misaldır. Ancaq onda azğınlıq və yüngüllük çulğaşaraq şiddətli əzablara səbəb olur, onun bəzi duyğularını cəlbedici edir. Onun qəribəlikləri, əlbəttə, çətin həzm olunur. Amerika təbiəti və sakinləri barədə dedikləri gülməlidir. Etiraflarındakı səmimiyyət və doğruluq onu heç də iblisanə hərəkətlərinin məsuliyyətindən azad etmir. Ancaq onun inləyən kamanı bizdə Lolitaya qarşı incə mərhəmət oyadır, müəllifə nifrətimizə baxmayaraq, kitabdan ayrıla bilmirik!
Tərbiyəsiz qız uşağı, başı özünə qarışmış ana və ehtiraslarının əsiri olan manyak yalnız bu əsərin parlaq qəhrə­manları deyil; onlar həm də bizə təhlükəli meyillər barədə xəbərdarlıq edir, mümkün bəlaları göstərirlər. «Lolita» bizim hamımızı — valideynləri, müəllimləri, bütün yetkin insanları ayıq-sayıq olmağa, etibarlı mühit yaratmağa və sağlam nəsil yetişdirməyə sövq etməlidir.
426 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

    Nunu Mammedzadetəəssüratları paylaş3 il öncə
    👎Tövsiyə etmirəm

    OXuyarkən çox sıxıldım.Dəfələrlə bitirmədən bağlamaq istədim.Ama sonda nə olacaq marağı güc gəldi və bölüm-bölüm keçməyə başladım.Arada oxumadığım çox bölüm oldu ama bununla belə düşünürəm heç nə itirmədim.

    b5919303990təəssüratları paylaş3 il öncə
    💤Darixdirici

    indiyə qeder oxuduğum ən mənasız kitab idi. sadece söz yığını başqa heç nə

    Gunel beylerovatəəssüratları paylaş6 il öncə

    Axira qeder oxumadim sixicidir hələ qohum evliliyi dəhşət

Sitatlar

    Zulfiyya Zeynallisitat gətirir6 il öncə
    Lolita həyatımın işığı, ehtiraslarımın odu-alovu.. Günah­la­rım, ruhum. Lo-li-ta: dilimin ucu dişlərimə toxunmaq üçün aşağı damağıma doğru üç dəfə hərəkət edir. Lo. Li. Ta.
    Rovshan İsayevsitat gətirir4 il öncə
    Köpək (hansısa yarımteryer) yaş, qırmızı, quttaperça (kauçukaoxşar elastik maddə) topu yerə salaraq, yenidən dişləriylə götürür və hələ necəsə ağzına da salırdı; qabaq pəncələri ilə möhkəm qazonun üzərində çevik akkordlar tutaraq ora-bura qaçırdı.
    Leyla Khalil Rzasitat gətirir6 il öncə
    ölümüm qədər dəqiq bilirdim ki, onu bu dünyada haçansa gördüyüm və

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl