Barbara de Anjelis

Hər bir kişinin qadınlar haqqında bilməli olduğu vacib sirlər

Fira Alizade
Fira Alizadesitat gətirir4 il öncə
Yaxınlığımızda ərzaq seçən kişi dayanmışdı. Rəfiqəmin iradlarını eşidən kişi bizi dəhşətli baxışla süzdü, sanki demək istədi: “Siz qadınlar həmişə kişiləri alçaltmağı sevmisiniz!” O, narazı halda başını yellədə-yellədə uzaqlaşdı, biz isə təbəssümlə bir-birimizə baxdıq. Onun bizi qətiyyən başa düşmədiyini anladıq.
Novruz
Novruzsitat gətirir2 il öncə
Kişilər, unutmayın, açıq, sevən, həssas ürəyi olan qadın sizə qiymətsiz hədiyyə verər. O sizdən qarşılıq olaraq bir şey istəməyə çalışmayacaq. Əksinə, o sizə öz sevgisini, sədaqətini, sevincini bəxş edəcək. Heç də bütün qadınlar bunlara qadir deyil. Əgər bəxtiniz gətirib belə bir qadına rast
Tural İsmayılov
Tural İsmayılovsitat gətirir2 il öncə
Qadınların sizi idarə etdiklərini hiss edəndə, özünüzdən soruşun:
“Onun əsl məqsədi nədir?”
Tural İsmayılov
Tural İsmayılovsitat gətirir2 il öncə
Qadın sizin münasibətləriniz çərçivəsində nəsə planlaşdıranda və ya təklif edəndə, o heç də sizi idarə etməyə çalışmır – o nəsə təklif etmək, sevgi və xoşbəxtlik yaratmaq istəyir
Tural İsmayılov
Tural İsmayılovsitat gətirir2 il öncə
Kişilər tez-tez qadınların yaradıcı şövqünü üstün olmaq cəhdi, şövqünün gücünü isə birbaşa əmr kimi qəbul edir.
Novruz
Novruzsitat gətirir2 il öncə
Hər bir qadının üç gizli tələbi
● Qadınlar özlərini əmin-amanlıqda hiss etmək ­istəyirlər.
● Qadınlar yaxınlığı hiss etmək istəyirlər.
● Qadınlar onlara dəyər verilməsini istəyirlər.
Novruz
Novruzsitat gətirir2 il öncə
Niyə qadınlar və kişilər vaxtı fərqli dərk edirlər? Mənə elə gəlir ki, kişilər bu günlə yaşayır, problemlər ortaya çıxdıqca, aradan qaldırmağa üstünlük verirlər. Qadınlar isə məsələyə o biri tərəfdən baxır, daim gələcək haqqında düşünür və orada yaşayırlar.
Novruz
Novruzsitat gətirir2 il öncə
qadınlar zamana və ritmə diqqət yetirirlər
Novruz
Novruzsitat gətirir2 il öncə
Qadınlar təbiətən təcavüzkar deyillər – sadəcə, onlar olduqca fəaldırlar. Onlar sizə nəzarət etməyə can atmırlar – o, sadəcə, sizin qeydinizə qalır.
Novruz
Novruzsitat gətirir2 il öncə
Qadınlardan fərqli olaraq, kişilərdə təkmilləşməyə və irəliləməyə daimi həvəs hissi yoxdur. Bundan başqa, istənilən məsləhət və ya təklif kişi tərəfindən onun şəxsi həyatına xoşagəlməz və həyasızcasına müdaxilə kimi qəbul edilir.
Novruz
Novruzsitat gətirir2 il öncə
Qadınlar sevmək və ünsiyyət saxlamaq sahəsində müvəffəqiyyətinə görə özünü müəyyənləşdirir və dəyərləndirir.
Kişilər isə əldə etmək və həyata keçirmək işindəki müvəffəqiyyətinə görə özünü müəyyənləşdirir və dəyərləndirir.
Əli
Əlisitat gətirir3 il öncə
Mən heç nə istəmirəm, sadəcə, onun mənə qarşı diqqətli olmasını və nəhayət, mənim kim olduğumu anlamasını istəyirəm
Murad
Muradsitat gətirir3 il öncə
Ürəyimizi verəcəyimiz kişini seçmirik – biz, sadəcə, ürəyimizi veririk. Bu kişi haqqında düşünüb-düşünməməyi seçmirik – biz, sadəcə, düşünürük. Məhəbbətin bizim üçün əsas olmasına qərar vermirik. O, sadəcə, bizim üçün əsasdır, vəssalam.
Tural İsmayılov
Tural İsmayılovsitat gətirir3 il öncə
Əgər siz qadınları olduqları kimi anlamağa cəhd göstərməsəniz, özünüz də bilmədən onu sizin xoşunuza gəlməyən hərəkəti etməyə itələyəcəksiniz.
b9849238851
b9849238851sitat gətirir4 il öncə
İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, ancaq kişi sizə qulaq asır, o sizə emosiya ilə deyil, ağılla qulaq asır. Davranışınızı məntiqi cəhətdən izah edə bilməsəniz hərəkətlərinizin və istəklərinizin qeyri-mümkün olduğunu düşünməyə vadar edəcəksiniz.
b9849238851
b9849238851sitat gətirir4 il öncə
Həqiqətən də qadınlar heç də həmişə şəxsi arzularını və tələblərini dərindən və dəqiq bilmirlər, bu da öz növbəsində ciddi özünətənqid, öz gücünə şübhə ilə yanaşma və özünə daha az dəyər vermə kimi hallara səbəb olur.
Murad
Muradsitat gətirir4 il öncə
Sevimli kişi bizə “Səni istəyirəm!” dedikdə, bu ifadədə sözlə deyiləsi mümkün olmayan bir cazibə var. Bu sözlər bizə olmazın ləzzəti yaşadır. Bədənimizin ən incə yerlərində xoş qızışma hiss edirik. Bu sözlər gizli qapıları açır və kişini bizi istədiyindən də çox sevməyə vadar edir.
Murad
Muradsitat gətirir4 il öncə
Kişilər vizual və toxunaraq həyəcanlanır, qadını isə fikir və hisslər həyəcanlandırır
Fira Alizade
Fira Alizadesitat gətirir4 il öncə
Acı həqiqət aşağıdakından ibarətdir: kişilərin bizi sevməsi heç də bizi anlamaları demək deyildir. Kişilər tamamilə fərqli dünyada yaşayırlar.
b7269870870
b7269870870sitat gətirir18 gün öncə
Sual: Kişi və qadın arasında nə kimi ümumi cəhət var?
Cavab: Onların hər ikisi vaxtını kişini necə xoşbəxt etmək haqqında düşünərək keçirir.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl