bookmate game
az
Per Petterson

Atları oğurlamaq vaxtıdır

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Vusala Mammadovahas quoted4 years ago
    Tək yaşayırsansa, gərək lazım qaydada və vaxtında şam yeməyinin qeydinə qalasan. Belə asan olur, çünki ayrıca, tək özünə tələsik yemək hazırlamaq adamı bezdirir.
  • Vusala Mammadovahas quoted4 years ago
    Adamların xoşu gəlir ki, həyatını onlara danışasan, amma müəyyən əndazədə və yaxından etibar edərək. Düşünürlər ki, səni yaxşı tanıyırlar. Amma səhv eləyirlər. Onlar sənin haqqında yalnız bəzi faktları bilir. Sənin hisslərini nə fikirləşdiyini, hər hansı məsələ ilə bağlı nə düşündüyünü onlar bilmir. Eləcə də həyatında nə və necə baş verib, bugünkü günə qədər nələrdən keçmisən, nələri və necə həll etmisən – bütün bunları onlar hiss eləyə bilmir. Əvəzində onlar öz düşüncələrini, fikir və gümanlarını işə salır, həyatına zərrə qədər də dəxli olmayan yeni bir həyat tarixçəsi düzəldirlər sənə. Amma onların qarmağında heç nə yoxdur, sakit ola bilərsən, sən özün istəməsən, kimsə qəlbinə girə bilməz. Sənin işin nəzakətli olmaq, gülümsəmək və sərsəm fikirlərini özündən uzağa qovmaqdır. Çünki onsuz da haqqında danışacaqlar – nə qədər gözdən yayınmaq istəsən də. Bundan qaçmaq mümkün deyil, çünki özün də belə eləyərdin.
  • Vusala Mammadovahas quoted7 years ago
    Cinayət adamı dəyişir, onun baxışları, yerişi, hərəkətləri başqa cür olur.
  • Vusala Mammadovahas quoted4 years ago
    Bu həyatdır. Baş verənlər adama həyat təcrübəsi olur. Xüsusən sənin yaşında. Sadəcə, olanları qəlbində saxla — sonra xatırlamaq üçün. Unutma, amma qüssə də eləmə özünə.
  • Vusala Mammadovahas quoted4 years ago
    Radionu açıram. Səhər xəbərləri verilir. Ruslar Qroznını mərmi atəşinə tutublar. Onlar yenə hücum edirlər. Amma heç vaxt qalib gələ bilməyəcəklər. Qalib gəlsələr də, çox çəkməyəcək. Tolstoy da bunu o vaxt “Hacı Murad” əsərində təsdiq edirdi. Yüz il bundan qabaq. Adam mat qalır bu böyük dövlətlər tarixdən niyə dərs almırlar, onsuz da axırda özləri parçalanır. Amma əlbəttə, Çeçenistanı yerlə-yeksan etmək mümkündür. Həm də indi daha asan mümkündür, nəinki yüz il qabaq.
  • Vusala Mammadovahas quoted4 years ago
    Yox, nə deyirsən de, həyatın ağırlıq mərkəzi dəyişmişdi, elə bil, azman qayaların kölgəsində sakitcə durmuş bir nəhəng, bir ayağı yorulduğundan ağırlığını o biri ayağının üzərinə keçirmişdi. Yəni bu mən idim? Səhər özümü insan kimi hiss etdiyim hara, indiki mən hara? Buna görə peşmançılıq çəkirdimmi onu da bilmirdim.
  • Vusala Mammadovahas quoted4 years ago
    Mən özümü tərk olunmuş hesab etmirdim, əksinə, seçilmiş birisi hiss edirdim. Sanki bir ümid lövbəri idim, hər şey ətrafımda fırlanırdı.
  • Vusala Mammadovahas quoted4 years ago
    Fikrimə gəldi ki, bu gecəyə qədər mənim çox yaxşı həyatım olub, heç vaxt tək qalmamışam, sözün əsl mənasında, məni yalqız qoymayıblar, bəzən atam uzun müddət olmayanda belə mən bunu inamla, etibarla qəbul etmişəm. Amma onu bu iyul günündə bir andaca dağıtdılar.
  • Vusala Mammadovahas quoted4 years ago
    Bizim günlərdə hər şey gülüş, əyləncə üçündü.
  • Ирина Осипенкоhas quoted3 years ago
    Ömrüm boyu bax belə bir yerdə təkcə yaşamaq istəmişəm. Hətta ən xoşbəxt günlərimdə bunu arzulamışam.
fb2epub
Drag & drop your files (not more than 5 at once)