Franz Kafka

Məhkəmə

Zavallı bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, həmişə onların qurbanına çevrilməsi Frans Kafkanın “Məhkəmə” (1914) romanının əsas ideyasını təşkil edir.
…Otuz yaşı tamam olan günü, heç bir günah işlətməsə də, vicdanlı, işgüzar bank məmuru Yozef K. həbs olunur və iş gedib məhkəməyə çıxır. Yozef K. günahsız olduğunu bilsə də, baş verənlərə soyuqqanlılıqla yanaşmağa çalışsa da, bu xəbərdən sonra nə yaşadığı evdə, nə də işdə rahatlıq tapa bilmir, daim bu gizli, qeyri-adi məhkəmə barədə düşünür. Sirli məhkəmə çoxmərtəbəli bir binanın çardağında yerləşir, işçilərinin, eləcə də mühakimə etdiyi adamların sayı-hesabı yoxdur. Burada hamı günahkardır və heç kəsin günahı üzünə oxunmasa da, hamı cəzasını çəkməlidir. İlk günlər bu məhkəmədən lap tezliklə canını qurtaracağına əmin olan Yozef yalnız özünü müdafiə etməklə kifayətlənmir, oradakıları cəsarətlə tənqid edir, “qanun keşikçilərini” qanunsuzluqda günahlandırır. Lakin daxilində baş qaldırmış etiraz hissləri tədricən zəifləməyə başlayır və o da axırda bu müəmmalı məhkəmənin sehrinə düşür, sakit, rahat həyatı öz məcrasından çıxır, daxilində baş qaldırmış narahatçılıq, günah hissləri onu hətta çağırılmayanda da ora aparır, çünki bu gözəgörünməz məhkəmə artıq onun iradəsini, ağlını əlindən alıb, sehrləyib, öz əsirinə çevirib…
243 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Bəhlul Vəliyevtəəssüratları paylaş5 il öncə
    👎Tövsiyə etmirəm
    💤Darixdirici

    Bir çox tərifə görə oxumağa başladım ama çox sıxıcı oldu.

    L.Atəəssüratları paylaş6 il öncə
    🙈Heç nə anlamadım
    💤Darixdirici

    Çox darıxdırıcıdı, ya da tercume sıxıcıdı

    Oxuyucu_101təəssüratları paylaş4 il öncə
    🙈Heç nə anlamadım

    Sonu niyə elə oldusa başa düşmədim. Bəs məhkəmə nə yerdə qaldı?🤔🤔🤔

Sitatlar

    aygulsitat gətirir5 il öncə
    Lap it kimi öldüm! — Bu sözləri elə dedi ki, sanki utancaqlığı özündən çox yaşamalı idi...

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl