bookmate game
az
M.Y. Lermontov

ZƏMANƏMİZİN QƏHRƏMANI

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • b4331856056has quoted3 years ago
    Bağışlayın. Bəsdir insanlara şirin şeylər yedirtdiniz, bu şirin onların mədəsini pozmuşdur: onlara acı dərmanlar, acı həqiqətlər lazımdır.
  • Misir Məmmədlihas quoted7 years ago
    Mən hər şeydən şübhələnməyi sevirəm: belə bir hal xarakterin qətiyyətinə mane olmur, əksinə, mən başıma nə gələcəyini bilmədiyim zaman daha cəsarətlə irəliləyirəm. Axı, başıma gələn hadisələrin ən qorxulusu ölüm deyilmi? Ölümdən də yaxa qurtarmaq olarmı?
  • Misir Məmmədlihas quoted7 years ago
    Tutqun-mavi göy qübbəsində ulduzlar sakit-sakit parıldaşırdı; bir zamanlar bir parça torpaq, yaxud uydurma haqq uğrunda bizim elədiyimiz mənasız mübahisələrdə ulduzların da iştirak etdiyini güman edən zəkalı adamlar olduğunu xatırladıqda, məni gülmək tutdu. Heyhat! O adamların rəyincə, onların vuruş və təntənələrini işıqlandırmaq üçün yandırılmış bu ulduzlar indi yenə də əvvəlki parıltı ilə yanmaqdadır. Halbuki bu adamların ümid və ehtirasları qayğısız bir səyyahın meşə kənarında yandırdığı ocaq kimi onların özləri ilə birlikdə çoxdan sönüb getmişdir! Lakin saysız-hesabsız cisimləri olan bütöv bir səmanın, dilsiz də olsa, onlara sədaqətlə baxdığına, bəslədikləri inam bu adamlara nə qədər iradə verirmiş! Onların labüd olan əcali xatırladıqda qəlblərimizi sıxan bu qeyri-ixtiyari qorxudan başqa heç bir etiqad və qüruru, heç bir zövq və qorxusu olmadan dünyanı sərgərdan dolaşan biz xələfələri isə nə bəşəriyyətin xeyir, nə də öz səadətimiz üçün böyük qurbanlar verməyə artıq qabiliyyətli deyilik, çünki bu səadətin qeyri-mümkün olduğunu bilirik və babalarımız bir aldanışdan başqa bir aldanışa keçdikləri kimi biz də soyuqqanlılıqla bir şübhədən digərinə keçirik; onlar kimi bizim də nə bir ümidimiz, nə də, hətta qüvvətli olsa da, insanlar, yaxud tale ilə hər cür mübarizədə insan ruhunu çulğalayan qeyri-müəyyən bir zövqümüz olmadığı üçün edirik
  • Misir Məmmədlihas quoted7 years ago
    O bizə stolun dövrəsində oturmaq işarəsi verdi. Dinmədən ona itaət elədik: bu dəqiqədə o bizim üzərimizdə əsrarəngiz bir hökmə malik idi. Mən diqqətlə onun gözlərinin içinə baxdım, lakin o mənim sınayıcı baxışıma arxayın və soyuq cavab verdi, solğun dodaqları ilə gülümsədi, lakin onun soyuqqanlılığına baxmayaraq, mənə elə gəldi ki, Vuliçin solğun çöhrəsində ölüm damğası sezirəm. Mən müşahidə etmişəm, məndən başqa bir çox köhnə əsgərlər də mənim müşahidəmi təsdiq edirdilər ki, bir neçə saatdan sonra öləcək adamın üzündə çox vaxt əcəlin qəribə əlaməti olur və bu məsələdə belə vəziyyəti təyin etməyə alışan göz çətin səhv edir.
  • Misir Məmmədlihas quoted7 years ago
    darıxdıran bu qalada keçmişi xatırladıqca özümdən tez-tez soruşuram: tale mənimçün açmış olduğu yola mən nə üçün qədəm qoymaq istəmədim? Axı o yolda məni sakit bir sevinc və ruhi rahatlıq gözləməkdə idi... Yox, mən belə bir qiymətə tab gətirə bilməzdim! Mən quldurlar gəmisində doğulmuş və oradaca böyümüş bir matros kimiyəm, onun ruhu fırtınalara, çarpışmalara alışmışdır; fırtına onu sahilə tulladığı vaxt kölgəli meşələr onu nə qədər cəzb etsə və ilıq günəş ona nə qədər işıq saçsa, yenə də qüssələnəcək, sıxıntı çəkəcək, o bütün günü sahilin qumları üzərində gəzərək, çırpınan dalğaların yeknəsəq xışıltısını dinləyəcək, dumanlı uzaqları diqqətlə seyr edəcəkdir: orada, o mavi dərinlikləri bozumtul buludlardan ayıran cizgi üzərində, həsrətin çəkdiyi, əvvəlcə dəniz qağayısı qanadına bənzəyən, sonra isə yavaş-yavaş dalğaların köpüyündən ayrılaraq, hamar hərəkətlə xəlvət bir körpüyə yanaşan yelkəni görməyə çalışacaqdır...
  • Misir Məmmədlihas quoted7 years ago
    İnsanlara bir bax! Bunların hamısı belədir, bir əməlin bütün pis cəhətlərini qabaqcadan bildikləri halda ona yardım göstərir, tövsiyə edir, başqa bir vasitənin mümkün olmadığını görərək onu hətta təqdir belə edirlər, – sonra kənara çəkilir və məsuliyyətin bütün ağırlığını öz üzərinə almağa cürət edəndə, səndən nifrətlə üz çevirirlər. Onların hamısı belədir, hətta ən mərhəmətliləri, ən ağıllıları da belədir!..
  • Misir Məmmədlihas quoted7 years ago
    Mən son ümidimi itirərək çöldə tək qaldım; piyada getmək fikrinə düşdüm – qılçalarım büküldü, bütün günü keçirdiyim təşvişdən, yuxusuzluqdan tabsız bir halda yaş otun üzərinə yıxılaraq uşaq kimi ağladım.
    Uzun bir müddət qımıldanmadan uzanaraq hönkürtü və göz yaşlarımı saxlamağa çalışmadan acı-acı ağladım. Sinəmin partlayacağını zənn edirdim; bütün soyuqqanlılığım, bütün səbatım tüstü kimi qeyb olmuşdu, taqətim qalmamışdı, dərrakəm susmuşdu, əgər bu dəqiqə məni biri görsəydi, nifrətlə məndən üz döndərərdi.
    Gecənin şehi və dağ küləyi mənim alovlu başımı sərinlətdi və fikirlərim həmişəki intizamına düşdüyü vaxt, mən məhv olmuş bəxtin dalınca qaçmağın həm faydasız bir iş, həm dəlilik olduğunu anladım. Daha mənə nə lazımdır? – Onu görməkmi? – nə üçün? Bizim aramızda hər şey bitməmişdirmi? Bir acı vidalaşma öpüşü xatiratımı zənginləşdirə bilməz; həm də bu öpüşmədən sonra bizim ayrılmamız daha da çətin olar.
  • Misir Məmmədlihas quoted7 years ago
    Mən səbirsizlikdən boğula-boğula çapırdım. Onu Pyatiqorskda tuta bilməyəcəyim fikri qəlbimi sızıldadırdı. Bircə dəqiqə, bir dəqiqə daha onu görsəydim, vidalaşsaydım, əlini sıxsaydım... Mən dua edir, lənət oxuyur, ağlayır, gülürdüm... Yox, mənim əndişəmi, ümidsizliyimi heç bir şey ifadə edə bilməz!.. Onu əbədi olaraq itirmək ehtimalı qarşımda durunca, Vera mənim üçün dünyada hər şeydən – həyatdan, namusdan, bəxtiyarlıqdan da qiymətli oldu. Mənim başımda necə qəribə, necə çılğın fikirlər gəzdiyini yalnız Allah bilir..
  • Misir Məmmədlihas quoted7 years ago
    Sənə bu məktubu bizim bir daha heç bir zaman görüşməyəcəyimizə əmin olduğum bir halda yazıram. Bir neçə il bundan əvvəl səndən ayrılırkən də belə düşünürdüm, lakin məni ikinci dəfə sınamaq yəqin fələyə xoş gəlmişdir, mən bu sınağa tab gətirə bilmədim; mənim zəif qəlbim tanış səsə yenidən tabe oldu... Sən bunun üçün mənə nifrət etməyəcəksən, deyilmi? Bu məktub eyni vaxtda həm vidalaşma, həm də bir tövbə olacaqdır. Səni sevdiyim zamandan bəri qəlbimdə yığılmış olan dərdi açıb sənə demək mənim üçün bir vəzifədir. Mən səni təqsirləndirməyəcəyəm – sən mənimlə hər hansı bir kişinin rəftar edəcəyi kimi rəftar etdin: sən məni öz xüsusi malın kimi, bir-birini əvəz edən sevinc, təşviş və qüssə mənbəyi kimi sevdin. Bunlar olmasa həyat kədərli və yeknəsəq olardı. Mən bunu lap əvvəllərdə anladım. Lakin sən bədbəxt idin; ona görə də vaxtilə mənim fədakarlığımı qiymətləndirəcəyinə, heç bir şəraitdən asılı olmayan dərin nəvazişimi anlayacağına ümid bağlayaraq özümü sənin yolunda qurban verdim. O vaxtdan çox zaman keçmişdir, mən sənin ruhunun bütün əsrarına vaqif olmuş... və bu ümidimin hədər olduğuna inandım. Mən acıdım! Lakin mənim sevgim ruhumdan ayrılmazdır, sevgi qaraldı, lakin sönmədi.
    Biz əbədi olaraq ayrılırıq, lakin sən əmin ola bilərsən ki, mən heç bir zaman başqasını sevməyəcəyəm; mənim ruhum bütün sərvətini, bütün göz yaşlarını və ümidlərini sənə sərf edib bitirmişdir. Səni sevmiş bir qadın başqa kişilərə nifrətlə baxmaya bilməz, bu sənin başqalarından daha yaxşı olduğundan deyil, yox, yox! Sənin təbiətində nə isə yalnız sənə məxsus olan ayrıca bir şey var, qürura bənzər əsrarəngiz bir şey var. Sənin səsində, hər nə xüsusda danışsan belə, məğlubedilməz bir hakimiyyət var; sənin kimi heç kəs daima sevilmək istəməyi bacarmır, yamanlıq heç kəsdə bu qədər xoş olmur, heç kəsin baxışı bu qədər zövq və həzz vəd etmir, öz üstünlüklərindən bundan daha yaxşı istifadə etməyi heç kəs sənin qədər bacarmır və heç kəs bu qədər həqiqi surətdə bədbəxt ola bilməz, çünki heç kəs özünü bunu əksinə inandırmağa bu qədər çalışmır.
    İndi mən sənə belə tələsik getməyimin səbəbini izah etməliyəm: o, yalnız mənə aid olduğu üçün sənə əhəmiyyəti az bir şey kimi gələcəkdir.
    Bu gün səhər tezdən ərim yanıma gələrək Qruşnitskilə savaşdığını nağıl etdi. Yəqin mənim üzüm çox dəyişildiyi üçün o, uzun vaxt diqqətlə gözlərimin içinə baxdı; sənin bu gün atışacağını və buna da səbəb mən olduğumu fikrimə gətirdikdə, mən az qala özümdən gedəcəkdim. Mən dəli olacağımı zənn edirdim... Lakin indi ağlım başıma gəldikdən sonra sənin sağ qalacağına əminəm: sənin mənsiz ölməyin mümkün deyildir! Ərim uzun vaxt otaqda gəzindi, onun mənə nə dediyini bilmirəm; ona verdiyim cavab da xatirimdə deyil, gərək ki, səni sevdiyimi ona dedim. Ancaq söhbətimizin axırında onun məni müdhiş bir sözlə təhqir edərək otaqdan çıxdığı yadımdadır. Karetanın qoşulmasını əmr etdiyini eşitdim... Budur, üç saatdır ki, mən pəncərə qabağında oturub sənin qayıtmağını gözləyirəm... Lakin sən sağsan, sən ölə bilməzsən!.. Kareta, demək olar ki, hazırdır.. Əlvida, əlvida... mən məhv oldum, lakin buna nə ehtiyac var?.. Sənin məni həmişə yadda saxlayacağına əmin ola bilsəydim – sevəcəyini demirəm, yox, ancaq, yadda saxlayacağını deyirəm... Salamat qal, gəlirlər... Mən məktubu gizlətməliyəm...
    Sən Merini sevmirsən, deyilmi? Onunla evlənməyəcəksən? Mənə bax, sən mənə bu qurbanı verməlisən, axı sənin yolunda mən dünyada hər şeyimi itirdim!..”
  • Misir Məmmədlihas quoted7 years ago
    bir qadını nə qədər şiddətli bir ehtirasla sevsəm belə, onu almalı olduğumu mənə hiss etdirən kimi, əlvida məhəbbət! Mənim qəlbim daşa dönür və onu heç bir şey bir daha yenidən qızdırmır. Mən evlənməkdən başqa hər bir fədakarlığa hazıram; həyatımı, hətta namusumu belə iyirmi dəfə təhlükəyə qoyaram... Lakin azadlığımı satmaram... Nədən ötrü azad-lıq mənim üçün bu qədər əzizdir? Bu azadlıq mənim nəyimə lazımdır?.. Özümü haraya hazırlayıram? Gələcəkdən nə gözləyirəm?.. Doğrusu, heç bir şey. Bu, məndə fikri bir qorxu, izah edilə bilməyəcək bir ürəyədammadır... Hörümçək, pıspısa və siçandan qeyri-ixtiyari olaraq qorxan adamlar da var..
fb2epub
Drag & drop your files (not more than 5 at once)