Fərqli adam, Lao Ma
Lao Ma

Fərqli adam

Oxu
125 kağız səhifələr
Lao Ça ( Ma Junjie) müasir Çin yazıçılarından biridir. O, ölkədə bir neçə ədəbi mükafatlar, eləcə də beynəlxalq mükafatlar alıb. Onun iki hekayəsi Monqolustanda çap olunub və 2014-cü ildə bu hekayələr Monqolustan Yazıçılar İttifaqının xarici müəlliflər üçün təsis etdiyi ən yüksək mükafata layiq görülüb. Lao Ma Çin Yazıçılar İttifaqının üzvüdür. Roman yazmağa 90-cı illərdən başlayıb, bu qısa həcmli romanlar müxtəlif ədəbi orqanlarda nəşr edilib. Onun bir neçə romanı “21 əsrin ən yaxşı romanı”, “Çinin ən yaxşı romanı”, “Çinin ən yaxşı qısa romanı”, “Çinin ən yaxşı mini romanı” seçilib.
Təəssürat
Rəfə
Artıq oxumuşam

Bənzər kitablarHamısı

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

TəəssüratlarHamısı

Ruslan
Ruslantəəssüratları paylaş11 ay öncə
👍
🎯faydalı kitabdır
💞romantik kitabdır
😄əyləncəlidir

İlk dəfə idi ki, Çin ədəbiyyatından kitab oxudum. Çin hakimiyyəti və bürokratiyası haqqında gözəl heykayələr toplusudur. Maraqlı kitabdır. İtirdiyim vaxta dəydi!

Sabina
Sabinatəəssüratları paylaş11 ay öncə

Bu əsəri oxumağ istəyirəm və digərlərində amma oxuya bilmirəm yazılır ki,abone hakkı biri anlatsın nə demək ki bu????????????

#Paradise☆Woman
#Paradise☆Womantəəssüratları paylaş2 ay öncə
👎
🙈heç nə anlamadım
💤darixdirici

Oxuduğum kitablar arasında,deyesen, en maraqsız eser bu oldu. İtirdiyim vaxt ve ödediyim mebleğe yazığım geldi sözün tam anlamı ile. Kiçik hekayeler toplusudur. İnanın, oxuyandan sonra tek hadise ve ya ad yadımda qalmadı desem, daha doğru olar. Acı gülüş yaradıb,bu ise bizim satirik düşüncemize yaddır. 1 güne asanlıqla bitirmek olar. Amma,mence sadece vaxt itkisidir. Zövqler ferqlidir, ola biler, başqaları beyener. P.s. Nadir hallarda kitaba verdiyim pula ve ya zamana yazığım gelir.

SitatlarHamısı

gün elmi dərəcə olmadan universitetlərdə işləmək üzgüçü tumanı olmadan üzgüçülük hovuzuna tullanmaq kimi bir şeydir – bu vaxt necə üzgüçü olmağından asılı olmayaraq, tumansız olmaq biabırçılıq ­sayılır
Bu çox pisdir ki, müasir dünyada hətta insanlar öz qonşularıyla da danışmır. İnsanlar bir-birindən çox uzaq düşüb, tamamilə təcrid olunublar. Belə bir atalar sözü var: “Sən toyuqların və itlərin səsini eşidə bilərsən, amma onlar arasında rabitə yoxdur, – professor Lian fikrini bəyan etdi.
– İnsanlar sosial heyvanlardır. Onlar bir-biriylə ünsiyyət qurmalı, fikir bölüşməli, bir-birinə təsir etməlidir. Onlar hansısa təşkilatlara meyl edirlər. Ən dəhşətlisi də odur ki, insanlar insanlığını itirib
b0497577606
b0497577606sitat gətirirkeçən il
Çökmə

Hələ bu işlər başlayanda universitetin alimləri özlərini çox pis hiss etdilər, çünki onlar illər boyu professor dərəcəsini almaq üçün dəridən-qabıqdan çıxırdılar.
Onların çoxu onlara verilən dərs saatından gileyləndi, ya da konfranslarda mikrofonu əllərində elə tutdular ki, sanki kimsə gəlib oturduqları stulu çəkib ­aparacaqdı.
Konfrans iştirakçılarının çoxu postmodernizm mövzusundan bezmişdilər. Əgər konfrans vaxtı fasilədə verilən qəşəng yeməklər olmasaydı, onlar müzakirələrdə heç sonacan iştirak etməz, belə ağır mövzuda müzakirə aparmazdılar.
Hər müzakirənin sonunda daha yüksək səslə danışanı qəbul edirdilər. Rəsmilər konfransda iştirak etməyəndə konfrans təşkilatçıları səsvermənin nəticələrinə yalan deyir, ya da çıxış edənlərin vaxtını uzadırdılar.
Elə mənzərə yaranırdı ki, guya bu mövzuda bir hamar cümlə danışa bilməyənlərin nitqini zorla yarıda kəsirlər. Evdə arvadlarına qulluqçu olanlar, tərəvəz mağazalarında oğruçu olanlar indi iddia irəli sürürdülər ki, guya dünyanın super alimidir.
Konfransdan üç gün keçənə qədər onlar arasında heç bir sülh olmazdı. Fasilədə verilən yaxşı yeməyin sayəsində çıxış edərkən bağıranların heç biri öz yerini itirmədi.
Master A yenidən bağırırdı. Onun boğazının damarları bağırmaqdan qabarıb çıxmışdı. Onun nitqi qusmağı gəldiyindən dörd dəfə yarıda kəsilmişdi.
Master B bağırtıdan narahat oldu. Narazılığını bildirmək üçün Master B tribunaya qalxdı, yüksəkdən “hürməyə” başladı. Elə bağırırdı ki, onun quduzluğa yoluxduğunu güman etdik.
Master C öz çıxışında əsl alimlərdən söz açdı. Onun səsi elə yumşaq idi ki, konfrans iştirakçılarına ayaq silmək üçün yumşaq dəsmalı xatırlatdı. Bəziləri hətta kövrəldi. Bəziləri bərkdən hönkürdü.
Master D-nin çıxışı kəskinliyi ilə yadda qaldı. O elə səs-küylə danışırdı ki, sanki səsi daşdoğrayan maşından çıxırdı. Qoca alimlər dərhal ürək dərmanlarını ağızlarına atdılar, ancaq bəziləri bunu etməyə cəhd etmədi.
Sonra tribunaya iki master eyni vaxtda çıxdı. Biri o qədər həyəcanlı idi ki, nə deyəcəyini də yada sala bilmədi, əllərini yuxarı qaldırdı, sanki havada nəyisə tutmağa çalışırdı. Alqış səsi eşitməyəndə özünü ələ ala bildi. O biri isə çıxışını öskürə-öskürə yekunlaşdırdı.
Kəskin müzakirələr, döyüşkən ab-hava konfrans zalının onsuz da çökmüş tavanın daha bərbad hala saldı.
Bir alim özünün iqtisadi prinsiplər “qılıncı”nı yelləyib fikrini bəyan etmək üçün tribunaya çıxanda tavan çökdü.
Bəziləri elə yerindəcə canını tapşırdı. Bəziləri güclə ölümdən qurtuldular, bəziləri çökmüş tavan altda da dalaşmaqda davam etdilər.
İlk dəfəydi ki, belə bir yüksək səviyyəli elmi konfransa dəvət olunmuşdum. Vəzifəm sadəcə alimlər üçün stəkanlara qaynanmış su tökmək idi. Əgər tavan çökməsəydi, su stəkanlarına arsen əlavə edəcəkdim. Beynim bununla çoxdan məşğul idi, ancaq yeganə problem buydu ki, arsenlə duzu bir-birindən ayıra bilmirdim.

RəflərdəHamısı

Azərbaycanca kitablar, Nur
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 342
  • 99
Kitab refi, Kemale Heyderova
Kemale Heyderova
Kitab refi
  • 155
  • 6
Прочитанные, Vusala Mammadova
Vusala Mammadova
Прочитанные
  • 123
  • 5
Kitablarım, nurtac97
nurtac97
Kitablarım
  • 10
  • 1
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl