bookmate game
Lao Ma

Fərqli adam

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Vusala Mammadovahas quoted9 years ago
    Yüksək post tutmaq istəyən adam gərək geniş fikirli olsun. Belə adamlar nitqlərində elə sözlər işlətməlidir ki, səmimi görünsünlər
  • Vusala Mammadovahas quoted9 years ago
    Bu çox pisdir ki, müasir dünyada hətta insanlar öz qonşularıyla da danışmır. İnsanlar bir-birindən çox uzaq düşüb, tamamilə təcrid olunublar. Belə bir atalar sözü var: “Sən toyuqların və itlərin səsini eşidə bilərsən, amma onlar arasında rabitə yoxdur, – professor Lian fikrini bəyan etdi.
    – İnsanlar sosial heyvanlardır. Onlar bir-biriylə ünsiyyət qurmalı, fikir bölüşməli, bir-birinə təsir etməlidir. Onlar hansısa təşkilatlara meyl edirlər. Ən dəhşətlisi də odur ki, insanlar insanlığını itirib
  • Sanan Mammadlihas quoted8 years ago
    gün elmi dərəcə olmadan universitetlərdə işləmək üzgüçü tumanı olmadan üzgüçülük hovuzuna tullanmaq kimi bir şeydir – bu vaxt necə üzgüçü olmağından asılı olmayaraq, tumansız olmaq biabırçılıq ­sayılır
  • Vusala Mammadovahas quoted9 years ago
    Böyük adamlar böyük məsələlərdən danışır, sadələr isə kiçik məsələlərdən
  • b0497577606has quoted9 years ago
    Çökmə

    Hələ bu işlər başlayanda universitetin alimləri özlərini çox pis hiss etdilər, çünki onlar illər boyu professor dərəcəsini almaq üçün dəridən-qabıqdan çıxırdılar.
    Onların çoxu onlara verilən dərs saatından gileyləndi, ya da konfranslarda mikrofonu əllərində elə tutdular ki, sanki kimsə gəlib oturduqları stulu çəkib ­aparacaqdı.
    Konfrans iştirakçılarının çoxu postmodernizm mövzusundan bezmişdilər. Əgər konfrans vaxtı fasilədə verilən qəşəng yeməklər olmasaydı, onlar müzakirələrdə heç sonacan iştirak etməz, belə ağır mövzuda müzakirə aparmazdılar.
    Hər müzakirənin sonunda daha yüksək səslə danışanı qəbul edirdilər. Rəsmilər konfransda iştirak etməyəndə konfrans təşkilatçıları səsvermənin nəticələrinə yalan deyir, ya da çıxış edənlərin vaxtını uzadırdılar.
    Elə mənzərə yaranırdı ki, guya bu mövzuda bir hamar cümlə danışa bilməyənlərin nitqini zorla yarıda kəsirlər. Evdə arvadlarına qulluqçu olanlar, tərəvəz mağazalarında oğruçu olanlar indi iddia irəli sürürdülər ki, guya dünyanın super alimidir.
    Konfransdan üç gün keçənə qədər onlar arasında heç bir sülh olmazdı. Fasilədə verilən yaxşı yeməyin sayəsində çıxış edərkən bağıranların heç biri öz yerini itirmədi.
    Master A yenidən bağırırdı. Onun boğazının damarları bağırmaqdan qabarıb çıxmışdı. Onun nitqi qusmağı gəldiyindən dörd dəfə yarıda kəsilmişdi.
    Master B bağırtıdan narahat oldu. Narazılığını bildirmək üçün Master B tribunaya qalxdı, yüksəkdən “hürməyə” başladı. Elə bağırırdı ki, onun quduzluğa yoluxduğunu güman etdik.
    Master C öz çıxışında əsl alimlərdən söz açdı. Onun səsi elə yumşaq idi ki, konfrans iştirakçılarına ayaq silmək üçün yumşaq dəsmalı xatırlatdı. Bəziləri hətta kövrəldi. Bəziləri bərkdən hönkürdü.
    Master D-nin çıxışı kəskinliyi ilə yadda qaldı. O elə səs-küylə danışırdı ki, sanki səsi daşdoğrayan maşından çıxırdı. Qoca alimlər dərhal ürək dərmanlarını ağızlarına atdılar, ancaq bəziləri bunu etməyə cəhd etmədi.
    Sonra tribunaya iki master eyni vaxtda çıxdı. Biri o qədər həyəcanlı idi ki, nə deyəcəyini də yada sala bilmədi, əllərini yuxarı qaldırdı, sanki havada nəyisə tutmağa çalışırdı. Alqış səsi eşitməyəndə özünü ələ ala bildi. O biri isə çıxışını öskürə-öskürə yekunlaşdırdı.
    Kəskin müzakirələr, döyüşkən ab-hava konfrans zalının onsuz da çökmüş tavanın daha bərbad hala saldı.
    Bir alim özünün iqtisadi prinsiplər “qılıncı”nı yelləyib fikrini bəyan etmək üçün tribunaya çıxanda tavan çökdü.
    Bəziləri elə yerindəcə canını tapşırdı. Bəziləri güclə ölümdən qurtuldular, bəziləri çökmüş tavan altda da dalaşmaqda davam etdilər.
    İlk dəfəydi ki, belə bir yüksək səviyyəli elmi konfransa dəvət olunmuşdum. Vəzifəm sadəcə alimlər üçün stəkanlara qaynanmış su tökmək idi. Əgər tavan çökməsəydi, su stəkanlarına arsen əlavə edəcəkdim. Beynim bununla çoxdan məşğul idi, ancaq yeganə problem buydu ki, arsenlə duzu bir-birindən ayıra bilmirdim.
  • Vusala Mammadovahas quoted9 years ago
    böyük adamlar elə böyük də dünyaya gəlir
  • Vusala Mammadovahas quoted9 years ago
    vəzifədə olan adamla dostluq etməkdən qorxuram
  • Vusala Mammadovahas quoted9 years ago
    kasıblıq ambisiyanı boğur
  • Vusala Mammadovahas quoted9 years ago
    Bədbəxt adam su içəndə də boğular
  • Vusala Mammadovahas quoted9 years ago
    Yalnız axmaqlar və kəmağıllar fəlsəfəni öyrənirlər, çünki fəlsəfə insanları ağıllı edən elmdir. Ağıllı adamlar kifayət qədər ağıllı olduğuna görə artıq öyrənməyə ehtiyac duymurlar. Ancaq axmaqlar ağıllı olmaq istəyir, buna görə də fəlsəfəni öyrənməyə ehtiyacları var.
fb2epub
Drag & drop your files (not more than 5 at once)