Çovdarlıqda uçurumdan qoruyan, Cerom Devid Selincer
Kitablar
Cerom Devid Selincer

Çovdarlıqda uçurumdan qoruyan

Oxu
244 kağız səhifələr
  • 👍10
  • 😄5
  • 🎯2
“Çovdarlıqda uçurumdan qoruyan” romanı amerikalı yazıçı Cerom Devid Selincer tərəfindən 1951-ci ildə qələmə alınmışdır. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanmış və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində doqquz il işləmişdir. Amarika yazıçısı Cerom Devid Selincer (1919 – 2010) hələ gənc yaşlarından, Pensilvaniyada hərbi məktəbdə təhsil aldığı illərdə məktəb qəzetlərində köşə yazarı kimi çalışmış, bir müddət sonra isə o, hekayələr yazmağa başlamışdır. Yazıçının ilk əsəri “Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb. Ona dünya şöhrətini qazandıran əsəri isə 1951-ci ildə yazdığı yeganə romanı “Çovdarlıqda uçurumdan qoruyan” olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdır.
Təəssürat
Rəfə

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

  • 👍Tövsiyə edirəm10
  • 😄Əyləncəlidir5
  • 🎯Faydalı kitabdır2
Giriş və ya qeydiyyat
#Paradise☆Woman
#Paradise☆Womantəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
😄Əyləncəlidir

Her hansı bir eseri oxuyan zaman bu qeder güldüyümü heç xatırlamıram. 16 yaşlı Holdenin başına gelen ehvalatlar ve ehvalatların Holdenin dilinden şerhini oxumaq çox maraqlıdır. Ya tercümeçisi ela komik bedii tercüme edib ya da yazar komik şexsdi. Holden çox deyingendi, heç kesi beyenmir. Amma en sonda öz evvelki fikirlerinin tam tersini etiraf edir...

Şəbnəm Kurbanlı
Şəbnəm Kurbanlıtəəssüratları paylaş2 il öncə
👍Tövsiyə edirəm
🎯Faydalı kitabdır
😄Əyləncəlidir

M.Antolini- O uçurum ki sən ona doğru gedirsən, çox qorxunc və çox dəhşətli bir uçurumdur.Oraya düşən adam heç vaxt gedib dibinə çatmır. Bütün ömrü boyu üzüaşağı yuvarlana-yuvarlana qalır. Bilirsən, o adamlar ki ömür-günün hansı bir anındasa içində yaşadıqları adi mühitdə mümkünsüz bir şey axtarmağa başlayırlar, onların hamısının aqibəti bu cür olur.Daha doğrusu, onlar elə fikirləşirlər ki, yaşadıqları mühitdə özləri üçün yararlı olan heç nə tapa bilməyəcəklər.Ona görə ruhdan düşürlər.Hətta heç axtarmağa başlamamışdan əvvəl ruhdan düşürlər.Tuta bilirsən mənim fikrimi?

Fuad Sherifov
Fuad Sherifovtəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm

Hər il təkrar-təkrar oxunmalı kitabdır. Mən son 2 ildə 2 dəfə oxudum, amma hələ də doymadım bu kitabdan. Gəncsənsə, mütləq bu kitabı oxu, əks halda yaşa dolanda məncə ləzzət eləməyəcək.

P.S. Amma oxuyandan sonra Con Lennonu öldürən kimi də etmə...

“İnsanda kallıq, qeyri-yetkinlik əlaməti onun hər hansı bir iş uğrunda fədakarcasına qurban getmək istəməsi, yetkinlik əlaməti isə bu iş naminə yaşamaq istəməsidir”.

brilliant!

AytacNaz
AytacNazsitat gətirir3 il öncə
Camaata həmişə elə gəlir ki, hər şeyi düz bilirlər
Bilirsiz, bir adam bir işi həddən artıq gözəl bilirsə, onda o hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa.
Azərbaycanca kitablar, Nur
Oxunması vacib kitablar, Gunel Najafova
Gunel Najafova
Oxunması vacib kitablar
  • 18
  • 336
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 346
  • 127
Uşaqlıq və yeniyetməlik barədə kitablar, Bookmate
Azərbaycan dilində kitablar, Gulshan Jabi
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl