Corc Cordaq

Imam Əli

“Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım icazə vermir” deməklə Hz. Əliyə çox böyük sevgi bəslədiyini etiraf edən livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordağın “İmam Əli (ə) İnsan ədalətinin səsi” əsəri dünya müsəlmanları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Onun beş cilddən (Əli və insan hüquqları, Əli və Fransa inqilabı, Əli və Sokrat, Əli və yaşadığı mühit, Əli və ərəb etnosu) ibarət olan bu əsəri ingilis, fars, urdu və s. dillərə tərcümə edilmişdir. Əsərin Azərbaycan dilinə tərcümə etdiyimiz “Əli və insan hüquqları” adlı cildində müəllif Hz. Əli dühasının müxtəlif yönlərini təsvir etməyə çalışmışdır. Corc Cordaq ucsuz-bucaqsız, susuz və bir sözlə, həyatın özünü belə məhv edən bir səhrada Əli (ə) kimi bir şəxsiyyətin dünyaya gəlməsini möcüzə hesab edir. İnsanlığın bütün ali dəyərlərini qum dənəcikləri kimi qovurub məhv edən bir mühitdə bəşəriyyətə yüksək dəyərlər bəxş edən qüvvə yalnız möcüzə ola bilərdi. Corc Cordaq bu cilddə İmam Əlinin davranışları və kə­lamları əsasında onun bəndəçilik, zahidlik, alicənablıq, səxavətlilik, ədalətlilik və sair kimi şəxsi keyfiyyətlərini, azadlıq, demokratiya, rəhbərlik, fərd və cəmiyyət, sülh və müharibə, zalım və məzlum anlayışları ilə bağlı mövqelərini işıqlandırmışdır.
291 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Bənzər kitablar

Təəssüratlar

    Miryusif Naxcivanitəəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır

    Ləbbeyk Ya Əli (ə).
    Yazıçı çox gözəl ifadə edib.

    Fuad Allahverdiyevtəəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm

    Bir xristianin bu sozleri insani duygulandirir

    sela xeliltəəssüratları paylaş9 ay öncə
    👍Tövsiyə edirəm

    Gözəl bir əsər

Sitatlar

    Mir Ismail Alisitat gətirir5 il öncə
    Bütün yoxsulların ac qalma səbəbi varlıların onların haqqını mənimsəməsidir
    Aylin Ünalsitat gətirir3 il öncə
    Əli haqq yolunun şəhidi, insan ədalətinin səsidir, Şərq və Qərbin keçmişdə və bu gün şahidi olmadığı yeganə şəxsiyyətdir.
    Semral Sexavetoglusitat gətirirkeçən il
    Corc Cordaq İmam Əli
    “Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım icazə vermir”

Rəflərdə

    Nurcan Rzayeva Qurbanlı
    Azərbaycanca kitablar
    • 544
    • 497
    Kemale Heyderova
    Kitab refi
    • 155
    • 19
    Lətif Pircanov
    My_books
    • 86
    • 14
    Nebi Nebizade
    Besteller
    • 196
    • 8
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl