Çingiz Abdullayev

Bakı bulvarı

Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün onların arxasında kim dayanıb…
219 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Intizar Sübhantəəssüratları paylaş5 il öncə
    🚀Ayrılmaq olmur
    😄Əyləncəlidir

    İlahi , mən necə sevirəm kitab oxumağı . Hər oxuyanda da düşünürəm ki həm tez bitsin sonunun necə olduğunu bilim , həm də gec bitsin, bu sehirdən ayrılmayım 😊😊😊

    b6973623098təəssüratları paylaş6 il öncə
    😄Əyləncəlidir

    Maraqli demek olar...xarici detektiv filmlerini xatirladir..oxuduqca sanki bilirdim ki ne bas verecek

    b0187876226təəssüratları paylaşkeçən ay
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    🎯Faydalı kitabdır
    🚀Ayrılmaq olmur

    Kitabdan sözün əsil mənasında ayrılmaq olmur çox maraqlı kitabdı tövsiyə edirəm

Sitatlar

    gülnarəsitat gətirir6 il öncə
    Ülvi məhəbbət, ağlagəlməz seks, ağıllı və tərbiyəli uşaqlar, normal mövcudluq, hər cür məişət qayğılarının, maddi çətinliklərin, mənzil-kommunal problemlərinin yoxluğunu, doğma və yaxın adamlarımızın sağlamlığını istəyirik. Mütləq xoşbəxtliyin formulu bax budur.
    nuranasitat gətirir6 il öncə
    «qadının hər şeyi, hətta başı da ürəkdir».
    Cavid İsmayılzadəsitat gətirir2 il öncə
    Ancaq bu, düzgün deyil. Dünyada elə adamlar var ki, onları heç bir məbləğə almaq mümkün deyil. Ancaq bu dünyada hər şeyin alındığını mümkün hesab edən polkovnik Sadıqov qətiyyən belələrinin cərgəsinə aid deyildi.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl