Corc Oruell

Paris və Londonda qara qəpiksiz

Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell (Erik Blair) Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış Paris və Londonda Qara Qəpiksiz əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda — tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir. Daha çox 1984 və Heyvanıstan əsərləri ilə məşhur olan Corc Oruellin bu əsəri yoxsulluq və səfalətin ən yaxşı təsvirlərindən biri kimi qəbul edilir. Paris və Londonda Qara Qəpiksiz kitabında yoxsulluq və səfalətin Oruellvarı təsvirini görəcəksiniz.
241 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Ruslantəəssüratları paylaş5 il öncə
    👎Tövsiyə etmirəm
    💩Fuuuuu
    💤Darixdirici

    Bir daha şahid oldum ki, gözəl əsərlər yazmış yazıçı da mənasız bir əsər yaza bilirmiş. Heyvanıstan və 1984 əsərlərini oxumuşam və çox bəyənmişəm. Ancaq bu əsər sadəcə vaxt itkisidir. Tövsiyyə etmirəm.

    Suleyman Rustamovtəəssüratları paylaş7 ay öncə
    👍Tövsiyə edirəm

    Corc Oruel gözəl yazır yolumuz 1984 başladı ta bura qədər gəldi. Hər bir kitabı uğurludur. Mövzuları yaşadıqların gözəl təsvir edir...

    Aytac Dəniztəəssüratları paylaş3 il öncə
    👍Tövsiyə edirəm
    🎯Faydalı kitabdır
    🚀Ayrılmaq olmur

    Çox maraqlı və axıcı bir kitabdır. Oxumağa sərf etdiyim vaxta dəydi.

Sitatlar

    Ruslansitat gətirir5 il öncə
    “Yəhudiyə etibar edəcəyinə ilana etibar et, yunana etibar edəcəyinə yəhudiyə etibar et, amma erməniyə heç vaxt etibar etmə”.
    Cavid İsmayılzadəsitat gətirir2 il öncə
    Qışda buludsuz səma tapa bilərsən, amma X Otelində bakirə qadın tapa bilməzsən” yazılmışdı. Çox qəribə bir yerə oxşayırdı
    Elçin Amirovsitat gətirirkeçən il
    Uşaq vaxtı hamımıza deyilib ki, səfillər alçaq insanlardır və o vaxtdan beynimizdə tipik səfil obrazı formalaşıb – çimmək və ya işləməkdənsə ölməyi üstün tutan, içməkdən, dilənməkdən və hinlərdən toyuq oğurlamaqdan başqa heç nə bacarmayan təhlükəli və iyrənc səfil obrazı. Bu tipik vəhşi səfil obrazı, əyləncə jurnallarındakı pis çinli obrazı qədər uydurma bir şey olsa da, bu düşüncədən qurtulmaq çox çətindir. Səfil sözünü eşitmək belə insanların bunları düşünməsinə bəs edir. Bu qərəzli düşüncə də yersiz-yurdsuz insanların nə kimi problemləri olduğu məsələsini kölgədə qoyur.

Rəflərdə

    Nurcan Rzayeva Qurbanlı
    Azərbaycanca kitablar
    • 567
    • 546
    şəms.
    Klassika
    • 339
    • 16
    b1717405793
    ref
    • 19
    • 4
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl