bookmate game
Corc Oruell

Paris və Londonda qara qəpiksiz

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Ruslanhas quoted7 years ago
    “Yəhudiyə etibar edəcəyinə ilana etibar et, yunana etibar edəcəyinə yəhudiyə etibar et, amma erməniyə heç vaxt etibar etmə”.
  • Cavid İsmayılzadəhas quoted4 years ago
    Qışda buludsuz səma tapa bilərsən, amma X Otelində bakirə qadın tapa bilməzsən” yazılmışdı. Çox qəribə bir yerə oxşayırdı
  • Suleyman Rustamovhas quoted3 years ago
    Deyilən odur ki, dilənçilər işləmir, amma gəlin düşünək ki, bu “iş”in özü nədir? Bir fəhlə əlindəki çəkiclə nəyisə döyəcləyir və işləmiş sayılır. Mühasib nələrisə toplayır-çıxır və işləmiş sayılır. Dilənçi isə hər cür hava şəraitində küçədə dayanıb işləyir və bronxit, varikoz kimi xəstəliklərə tutulur. Bu da digərləri kimi işdir, təbii ki, bu işin heç kimə faydası yoxdur, amma bir çox hörmətli sayılan iş də ən az bunun qədər faydasızdır
  • b9066496487has quoted2 years ago
    “Bir kişi, əlinə pul keçəndə, ilk olaraq hara gedər? Təbii ki, fahişəxanaya.
  • b8468989854has quoted3 years ago
    Uşaq vaxtı hamımıza deyilib ki, səfillər alçaq insanlardır və o vaxtdan beynimizdə tipik səfil obrazı formalaşıb – çimmək və ya işləməkdənsə ölməyi üstün tutan, içməkdən, dilənməkdən və hinlərdən toyuq oğurlamaqdan başqa heç nə bacarmayan təhlükəli və iyrənc səfil obrazı. Bu tipik vəhşi səfil obrazı, əyləncə jurnallarındakı pis çinli obrazı qədər uydurma bir şey olsa da, bu düşüncədən qurtulmaq çox çətindir. Səfil sözünü eşitmək belə insanların bunları düşünməsinə bəs edir. Bu qərəzli düşüncə də yersiz-yurdsuz insanların nə kimi problemləri olduğu məsələsini kölgədə qoyur.
  • b8468989854has quoted3 years ago
    Küçədə əl elanı paylayan insan görsəz, elanlardan birini götürməklə adama yaxşılıq etmiş olarsınız. Çünki əl elanları bitdikdə adamların işi də bitmiş olur.
  • b8468989854has quoted3 years ago
    düşünür ki, bircə gün belə azad olsalar, bu insancıq sürüsü gəlib onun evini qarət edəcək, kitablarını yandıracaq, özünü də qul kimi işlədəcək, misal üçün paltar yudurdacaq. Bu insanlar düşünür ki, hər şey, bütün ədalətsizliklər belə kasıb insanların azadlığından daha vacibir. Amma onlar, varlı insan sürüsü ilə kasıb insan sürüsü arasında elə də bir fərq olmadığını görmürlər. Kasıb insanların azad olması deyə bir şey yoxdur. Kasıb insan əslində azaddır və qarşımıza varlı insan timsalında çıxır. Bunlar “dəbdəbəli” otellər inşa edib insanları istismar edirlər.
  • b8468989854has quoted3 years ago
    Hələ də, hər necəsə, dürüst düşünə bilən varlı bir insan, iş şərtlərinin yaxşılaşdırılması haqqında fikirlərini bildirsə, təxminən belə bir şey deyər: “Yoxsulluğun yaxşı bir şey olmadığını bilirik; amma əslində, bizdən çox uzaqdı deyə, biz bunun necə əzabverici bir şey olduğunu düşünüb vaxtımızı xoş keçiririk. Amma bizdən bu vəziyyətin düzəldilməsi üçün nəsə edəcəyimizi gözləməyin. Sizin bu vəziyyətinizə pis oluruq; amma bu qotur tutmuş pişik üçün üzülməklə eyni şeydir. Hətta sizin vəziyyətinizin düzəlməməsi üçün əlimizdən gələni edəcəyik. Düşünürük ki, siz elə buna da layiqsiniz. Hal-hazırda mövcud olan şərtlər bizi tam qane edir və biz risk edib sizi bir saatlıq belə boş vaxtla təmin edə bilmərik. Buna görə də, əziz qardaşlar, siz gecə-gündüz tər tökməlisiniz ki, biz pul qazanıb İtaliyaya gedə bilək. Heyvan kimi işləyin, siz buna layiqsiniz!”
  • b8468989854has quoted3 years ago
    Çünki araba çəkən adamlar və ya atlar olmadan da yaşamaq mümkündür və bunların var olma səbəbi sadəcə olaraq şərqlilərin piyada gəzməyi sevməməsidir. Bu bir lüksdür və bu arabada gəzən hər adam da bilir ki, bu elə də təmtəraqlı bir şey deyil. Kiçik bir həzzə görə insanların və heyvanların bu cür əziyyət çəkməsi qəbul edilməzdir.
  • b8468989854has quoted3 years ago
    Hal-hazırda, Parisdə, gündə on-on beş saat qab yuyan universitet məzunu insanlar var. Heç kim də deyə bilməz ki, bu insanlar avara, tənbəl olduqlarına görə bu işə məhkum olublar, çünki avara, tənbəl adam PLONGEUR ola bilməz. Bu insanlar, sadəcə olaraq içindən çıxmağın mümkün olmadığı, nəsə haqqında düşünməyə belə imkan olmayan bir çarxa düşüblər.
fb2epub
Drag & drop your files (not more than 5 at once)