Cek London

Dəmir Daban

Məşhur fizik Kanningemin qızı olan Eviz sosialist Ernest Ever­qardla evlənməklə müasir cəmiyyətin iqtisadi əsaslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün əri ilə birlikdə amansız sərt mübarizə aparır. O, ABŞ-dakı oliqarxların hakimiyyətini “Dəmir daban” adlandırır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir.

Cek Londonun «Dəmir daban» əsəri XX əsr Amerika inqilabçısı Eviz Everqardın avtobioqrafik əlyazmasıdır. Roman milli bestseller kimi 1933-cü ildən sonra məşhurlaşdı. Bu əsərin üstünlük və nöqsanları barədə məşhur yazıçı Corc Oruell əsaslı fikirlər söy­ləmişdir. 1945-ci ildə o, roman haqqında oçerk dərc etdirərək əsərdə nəqletmənin zəifliyini vurğulamış və romanda rast gəlinən peyğəmbərcəsinə öncəgörmələri qiymətləndirmişdir. O demişdir: «London bəzi münasibətlərdə digər öncəgörənlərə nisbətən daha haqlıdır. O, yaxşı hekayəçi və yetərincə ardıcılı olmayan sosialist idi».
331 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

Kitab xoşunuza gəldi?

Giriş və ya qeydiyyat
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl