Kitabi Dede Qorqud, Dastan
Kitablar
Dastan

Kitabi Dede Qorqud

Oxu
“Kitabi-Dədə Qorqud” bir müqəddimə və 12 boydan ibarət dastandır. Bir sıra alimlərin fikrinə görə, bu dastanlar əsasən, X-XI əsrlərdə Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir. Eyni zamanda, həm də “Oğuznamə” adlanan bu dastanların bir sıra başqa xalqlarda da dastan, nağıl, əfsanə şəklində yaşayan qolları ilə müqayisəsindən aydın görünür ki, bunlar məhz Azərbaycanda Azərbaycan ozanları – aşıqları tərəfindən yaradılmışdır. “Kitabi-Dədə Qorqud”un bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır. Bu nüsxə haqqında ilk məlumat XIX əsrin əvvəllərində verilmişdir. Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüs­xəsi tapılmışdır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə 12 boy – dastanın altısı vardır. “Kitabi-Dədə Qorqud” dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığı­mızın, ümumiyyətlə, mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhə­miyyətə malikdir.
171 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

Gulnare ADİSOVA
Gulnare ADİSOVAtəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm

Sitatlar

Eldeniz Haciyev
Eldeniz Haciyevsitat gətirirkeçən il
Sərp yürürkən qazılıq ata namərd yigit minə bilməz, minincə
Ali Qocayev
Ali Qocayevsitat gətirir13 gün öncə
Gəlinə ayran demədim mən Dədə Qorqud,

Ayrana doyran demədim mən Dədə Qorqud.

İynəyə tikən demədim mən Dədə Qorqud.

Tikənə sökən demədim mən Dədə Qorqud.

Rəflərdə

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 468
Ən çox satılanlar, Bookmate
KİTAB-İ DƏDƏ QORQUD DASTANI
, Nurlan Şirinov
nicat kitabxana, Nicat Nesirov
Nicat Nesirov
nicat kitabxana
  • 22
Oxu! Kitab Evi - Azərbaycan ədəbiyyatı, Rafael İlhamoglu
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl