Yaddan çıxarmayın ki, öləndə siyahınızda hələ də tamamlanmamış işlər olacaq
Çox faydalı kitabdır. Deyilənləri həyatımızda tətbiq etsək xoşbəxt olarıq.
Fikrimcə gündəlik həyat tərzimizdə dərd etmədiyimiz amma bütün həyatımızda ən önəmli olan nüanslara toxunulub. Çox öyrədən kitablar silsiləsindəndir. Mən şəxsən , özüm üçün çox nəsnəni aydınlaşdırdım , özümə dərd etdiyim xırda məsələləri necə böyütdüyümü özüm üçün təsdiqlədim. Ümid edirəm oxuduqlarımı tətbiq edəcəyəm. Oxumaq istəyənlər varsa mütləq oxusun.
Bu kitabın həqiqətən nə qədər dəyərli, effektiv olduğunu bilmək istəyirsinizsə. Hirsləndiyiniz və ya stresli olduğunuz anlarda 3-4 səifə bu kitabdan oxuyun. Sizə necə möcüzəvi bir təsir göstərəcəyindən özünüzdə təcüblənəciksiniz.
Həyat çox ciddi qəbul olunmayacaq dərəcədə əhəmiyyətlidir. Həqiqətən oxumağa dəyər. Qəliz yazılmayıb, hamının oxuyub başa düşəcəyi tərzdə yazılıb. Yazılanları həyatınızda tətbiq etməyə çalışın. Nə qədər əhəmiyyətli kitab olduğunu görəcəksiniz.
Həyatda xirda şeylərə həmişə dərd etmişəm ancaq indi bu kitab mənə xirda şeylərin əhəmiyətsiz oldugunu anlatdi. Mən həyatimdi yeni adimlara başlayiram
Fikrimcə, oxuduğum kitablar arasında ən təsir edici kitablardan biri oldu.Həqiqətən motivasiya verici məzmundadır,və müəlllifində bildirdiyi "xırda şeylər" həmçinində insan münasibətlərini kitabda əks etdirmişdir.
Hamıya oxumağı tövsiyə edirəm,mənəviyyatınızın genişlənəcəyini hiss edəcəksiniz.
Düşüncə və fikirlərinizi dəyişməkdə yardımcı ola biləcək çox gözəl kitab.
Baxış bucağınızı dəyişdirəcək bir kitab....Həyata bir dəfə gəlirik və bu həyatı da doya doya yaşamalıyıq....
Çox yaxşı kitabdır . Bu vaxta qədər etdiyim səhvləri anladım .Demişkən boş yerə siyahimda olan işlərin hamısını
tamamlamaq üçün cabalamisam....
Umumilikde motivasiyaedici kitablari sevmirem, sebeb de odur ki, heyat hamiya eyni shanslari ve imkanlari vermir. Meselen yaxin shergde, qapali ailenin 6 qizindan birine dayanmadan „imkanlarini duzgun giymetlendir, chixsh yolunu sen özun yaradirsan ve ya senin heyatin senin sechimindi“ sloganlarini deye bilmerik.
Ama bu kitab daha cox daxili MEN imizle nece daha rahat dil tapib yola gede bilerik fikrini ashilayir, oyrendiklerim oldu, tercume de yaxshi idi. Her bir halda oxunmali kitabdi.
İnsanların əksəriyyəti həyati enerjilərinin böyük hissəsini “xırda şeylərin dərdini çəkərək” xərclədikləri üçün həyatın gözəlliyini və əsrarəngizliyini tamamilə gözdən qaçırırlar. 🌀
Beyendim ama pullu olmasa yaxsı olardı, qiymetini bile bilmedim.
Düşüncə və davranışlarımda yaxşı bir mənada xeyli irəliləyiş hiss etdim.Dünyaya yeni gəlmiş bir körpə kimi həyata yenidən başladım.
Şəxsi fikirlərimi, dünya görüşümü dəstəkləyən kitab olduğundan xoşuma gəldi :) özümü kitabın müəllifi kimi hiss elədim.
Düşüncələri dəyişmək üçün xeyirli kitabdır, xüsusilə də ölkə cəmiyyəti üçün. Deyilənlərə əməl edən vətəndaşlar olsa çox firavan ölkə olar
Kitabın hər səhifəsində insan öz həyatından etdiyi yanlışlardan, dərd edib gözündə böyütdüyü işlərdən və ya problemlerdən bir parça tapır.
Necə davranmağı, danışmağı, istəmədiyim şeylərdən uzaq durmağı, sağlam düşüncəyə malik olmağı və s. kimi müsbət xasiyyətləri əldə etməyimə çox təsir etdi. Gec oxuyub bitirsəm də hər oxuduğumda kitabda yazılanları həyata keçirməyə özümə borc bilirdim.
Çox yaxşı kitabdır artıq 3 dəfədir ki oxuyuram bu kitabı
Cox gozel kitabli bu kitabdan cox faydalacam oxumayanlarada meselehet gorurem bu kitablari bura pulsuz yerlesdiren insanlara derin minnetdarligimi bildirirem.
Əla idi. Fərdi inkişaf kitablarını çox oxumasam da bu kitab mənə çox şey qatdı