Bu kitabdan sitatlar: «Qar adam», Jo Nesbo

Moon Crown
Moon Crownsitat gətirir3 il öncə
Qadın onun nəfəsini öz sifətində hiss edirdi
O, başa düşməyə çalışırdı: özü necə, Rakelə görə şaddır?
Moon Crown
Moon Crownsitat gətirir3 il öncə
Qadın onun nəfəsini öz sifətində hiss edirdi.
Təcrübə göstərir ki, ən yaxşı qərar məhz qalaq-qalaq fikirlərdən, elə bir əsası olmayan gümanlardan və hətta açıq-aydın yanlış nəticələrdən yaranır.
Raul Amirov
Raul Amirovsitat gətirirkeçən il
mövcud olan yeganə bədheybət sənin beynindədi
Raul Amirov
Raul Amirovsitat gətirirkeçən il
Ona görə ki, dünyaya övlad gətirən qadınlar o biri qadınlardan fərqli olaraq, təbiəti özlərinə ram edirlər və bu da onlara həyatı daha dərindən başa düşməyə imkan verir. Həm də kişiləri.
dəb həvəskarları əslinə uyğun bergen evlərini almaq uğrunda yarışa girmişdilər, özləri isə orada hər şeyi elə dəyişmişdilər ki, köhnə mühitdən iz də qalmamışdı.
Arve Step, siz necə düşünürsünüz, norveçlilərin Corc Buşa skeptik münasibətləri nəyə əsaslanır?
– Ona əsaslanır ki, biz çox ərköyünləşmiş, həqiqətdə heç bir müharibəyə qatılmamış bir ölkəyik, çalışmışıq ki, əvəzimizə başqaları döyüşsünlər: İngiltərə, Sovet İttifaqı və ABŞ. Biz isə Napoleonun apardığı müharibələrdən bəri böyük qardaşların arxasında gizlənirik. Norveç öz təhlükəsizliyini ağır vəziyyətlər yarananda məsuliyyəti başqalarının öz üzərinə götürməsi üstündə qurur. Bu hal isə uzun müddətdir davam etdiyindən biz reallıq hissini itirmişik, yer üzərində bizə – dünyanın ən varlı ölkəsinə yalnız firavanlıq arzulayanların yaşadıqlarına ürəkdən inanırıq. Norveç özünü Bronksun arxa həyətində gəzişən çərənçi sarışın qadın kimi aparır, sonra da hiddətlənir ki, cangüdənləri ona hücum edənlərlə niyə belə sərt rəftar edirlər.
Harri Rakelin telefonunu – bacısının nömrəsindən sonra yeganə əzbər bildiyi nömrəni yığdı. O, hələ gənc və təcrübəsiz olanda fikirləşirdi ki, pis yaddaş müstəntiq üçün qüsurdur. İndi isə dəqiq bilirdi: bu məhz belədir.
– Cangüdən deyiləndə ABŞ və prezident Buş nəzərdə tutulur? – proqramın aparıcısı soruşdu.
– Bəli. Bir dəfə Lindon Conson demişdi ki, bunu heç bir ölkə boynuna götürmədiyindən ABŞ-ın başqa seçimi də yox idi. Bizim cangüdənimiz – edip kompleksi və alkoqol problemi olan gəncdir, hərbi xidməti şərəflə çəkmək üçün əql və mənəviyyat cəhətdən olduqca kasaddır. Bir sözlə, amerikalıların özlərinə seçdikləri prezident, bizim xoşbəxtliyimizdən, belə bir oğlandır.
– Mən belə başa düşürəm ki, bu bir istehzadır?
– Əslində, yox. Belə bir zəif prezidentə məsləhətçilər lazım olacaqdır. Ən yaxşı məsləhətçilər isə, inanın mənə, Ağ evdədir. Əgər kimsə oval kabinet haqqında mənasız teleseriala baxıb demokratların ağıl sahiblərini öz qanadları altına aldıqlarını düşünürsə, o, respublikaçıların ifrat sağ qolu ilə tanış olduqda onların böyük dərrakə sahibi olduqlarını görüb təəccüblənəcəkdir. Norveçin təhlükəsizliyi ən etibarlı əllərdədir.

*

Qəhvə – bu, əlbəttə, bir nəsnədir. Bütün burada olanlar kimi.
Darvinin nəzəriyyəsinə görə, suitiləri monoqam olmağa əxlaq yox, təbii seçim və yaşayış uğrunda mübarizə məcbur edir.
Hər yay onlar Berinq dənizinin sahilboyuna yığışır və burada cütləşirlər. Erkək suitilər çoxluq təşkil etdiyindən, dişi suitilər uğrunda rəqabət yetərincə amansızcasına aparılır. Ona görə də dişi suitini əldə edən erkək suiti növbəti cütləşmə dövrünəcən onunla qalır. Erkək suiti dünyaya gələn balaları müstəqil olmayınca, dişi suitinin qayğısına qalır. Bununla belə, erkək suiti dişi suitinin deyil, daha çox öz genlərinin və nəslinin davam etdirilməsinin üstündə əsir
suitilər Berinq boğazının sahilboyunu tərk etməmişdən, yem üçün açıq dənizə çıxmamışdan öncə, erkək çox vaxt dişini öldürməyə cəhd edir. Niyə? Ona görə ki, dişi suiti heç vaxt ikinci dəfə eyni erkəklə cütləşmir! Dişi suiti bunu eynən fond bazarlarında olduğu kimi risklərin bərabər bölüşdürülməsi mülahizəsinə görə edir. Promiskuitet (ibtidai insan cəmiyyətinin ən aşağı pilləsində cinsi əlaqənin tamamilə nizamsız olması) bioloji cəhətdən onun haqqıdır, bunu erkək suiti də bilir. Erkək, dişi suitini öldürməklə başqa suitilərdən törənənlərin qida əldə etmək üçün bir gün onun balaları ilə rəqabət aparmalarına mane olmağa çalışır.
Hə, – oğlan cavab verdi. – Mən onu gördüm.
Onun səsində tük ürpədən bir qorxu vardı. Yadındadır, oğlu hələ balaca olanda televizorun önündəki divanda onunla ərinin arasında oturar, əlləri ilə gözlərini qapayardı. Amma
Yerin yumru olmasına etiraz etmək – heç də onun yastı olduğuna inanmaq deyil.
Doğrudan da, əgər insan xəyala dalırsa, bunun həmişə bir səbəbi olur.
İnsanlara özlərində olan yaxşı cəhətlərə diqqət cəmləmək xasdır.
– Biz səninlə eyni adamlarıq, Harri. Biz xəstəliyə qarşı mübarizə aparırıq. Amma mənim və sənin mübarizə apardığın xəstəliyi biryolluq məhv etmək mümkün deyil, bütün qələbələr – müvəqqətidir. Mübarizə – budur bizim təyinatımız. Mənim mübarizəm burada bitəcək
Sən «kamikadze» sözünün mənasını bilirsən?
– Öz təyyarəsini amerikan aviadaşıyıcısının üstünə yönəldən ağılsız yapon.
– Mən də belə fikirləşirdim. Lakin Qunnar Hagen dedi ki, yaponlar bu sözü heç vaxt işlətmirlər, bu, amerikan şifrəaçanlarının səhvidir. Kamikadze – hardasa on birinci əsrdə monqollarla döyüşən yaponları xilas edən qasırğanın adıdır. «İlahidən gələn qəzavü-qədər küləyi» kimi tərcümə olunur. Poetikdir, hə?
Sən «kamikadze» sözünün mənasını bilirsən?
– Öz təyyarəsini amerikan aviadaşıyıcısının üstünə yönəldən ağılsız yapon.
Geoloqlar təsdiq edirdilər ki, Oslo sönmüş vulkanın kraterində salınıb.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl