Bəlkə də bilirsiz ki, kitabı içimizdə oxuduqda hissolunmaz tezlikdə səslər çıxarırıq. Amma səs istənilən halda mövcuddu. Səs itmir, о, qısıqdı, ancaq mövcuddu. Biz sətri instrumental partitura kimi səsləndiririk və sizi inandıra bilərəm ki, onun gözlə görünən obraz kimi mövcudluğu mühüm deyil. O, sözlər və ifadələrdən keçən tonallıq, melodiya yaradır, odur ki, mütaliəyə asta səslənən musiqi əlavə etdikdə qulaq pərdəsinin dərinliyində öz şəxsi səsinizlə və musiqi kolonkaları arasında harmonik kontrapunkt50 yaranır. Səsi yalnız bir neçə desibel artırsaq, musiqi ürəyinizdəki səsi örtəcək və mətnin melodiyasını öldürəcək. Onu azdıracaq başqa şeylər də var. Zəif roman da yaxşı konsertin müşayiətində əslində olduğundan daha yaxşı oxuna bilər.