Kağiz ev, Karlos Maria Dominges
Kitablar
Karlos Maria Dominges

Kağiz ev

Oxu
65 kağız səhifələr
  • 👍4
  • 🎯2
  • 💤2
Kembric universitetində ispan ədəbiyyatını tədris edən Blyuma Lennon həlak olur. Kitab oxuya-oxuya yolu keçərkən onu maşın vurur…
Təsadüfənmi? Əlbəttə!
Amma mərhum ədəbiyyatşünas-alimin keç­mi­şində aqibətinə aparan hansısa sirr var…
Blyumanın üç keçmiş sevgilisindən biri, həmkarı, həm də sonradan kafedrada onun yerini tutmağa iddialı şəxs təsadüfi ölümə şübhə edir. Çünki qadının ölümündən sonra o, gecikmiş bir bağlama alır. Əsl sahibinə çatmamış bu qəribə bağlamada müəmmalı bir əşya var – kitab. Üzqabığı sement və inşaat tozu ilə örtülmüş nəşrdəki xatirə qeydi Blyuma Lennonun keçmişinə gedən cığır, onun “iç üzünü açan” izdir. Bəs bu xəsis sətirlər arxasında nə sirr gizlənib? O nəyin rəmzi, yaxud nəyə eyhamdır?
Yollayanın ünvanı yoxdur, tanışlar, dostlar siyahısında da onun adı keçmir…
Təəssürat
Rəfə
  • 👍Tövsiyə edirəm4
  • 🎯Faydalı kitabdır2
  • 💤Darixdirici2
Giriş və ya qeydiyyat
Hümbətova ülkər
Hümbətova ülkər təəssüratları paylaş3 il öncə

Kitab haqqında qərar verə bilmirəm... bəzi hissələri maraqlı bəzi hissələri isə olduqca darıxdırıcı idi. Ümumiyyətlə isə Bu kitabın mənə bir şey qatdığını deyə bilmərəm...

Lacivərd Məmmədova
Lacivərd Məmmədovatəəssüratları paylaş3 il öncə
🌴Məzuniyyətə

Safondan sonra kiminsə mistik kitab alması və bunu araşdırması elə də maraqlı gəlmir. Hər şey adama bəsit görünür. Həcmcə kiçikdir. O müqayisəni aparmasaydım həttə əsərdən zövq də almaq olardı. İndi siz kitabdan danışarsız, mən isə qadınlardan. Bu kitab qadınlardarın acgözlüyü haqqındadır.
Yadımdan çıxmışdı. Tərcümə bərbaddır. Hər şeyi hərfi tərcümə ediblər. Nəticədə elə sözlər çıxıb ki, öz dilimizi də lüğətlə oxumaq istəyirsən. Bunlar niyə rahat olmurlar?

Şəbnəm
Şəbnəmtəəssüratları paylaş3 il öncə

Məzmunu o qədər də ağır deyil, mətn səni özünə bağlayir və tez oxunur. Düşündürmək baximindan yararsızdır.
P.s Özü yüngül, içi yüngül..

Hümbətova ülkər
Hümbətova ülkər sitat gətirir3 il öncə
Çox vaxt kitabdan qurtulmaq onu əldə eləməkdən daha çətindi. Kitablar bizə yapışır, zərurət və unudulma haqda müqavilə əsasında. Sanki onlar həyatımızda hansısa geridönməz anın şahidi olublar. Amma kitablar mövcud olduqca bizə elə gəlir ki, bu anları hələ də yaşayırıq
Gunel Najafova
Gunel Najafovasitat gətirir4 il öncə
Yataqda kitab oxuduğumu görəndə nənəm həmişə deyərdi: “Bu işin başını burax, kitabdan ancaq xətər gələr”. İllər boyu fikirləşirdim ki, bu sözlər onun nadanlığının dəlilidir, ancaq zaman göstərdi ki, alman mənşəli nənəm əslində, müdrik qadınmış.
Sabi Bunyadlı
Sabi Bunyadlısitat gətirir3 ay öncə
Çox vaxt kitabdan qurtulmaq onu əldə eləməkdən daha çətindi.
Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 455
Sevdiyim Kitablar, Aybəniz Həsənova
Aybəniz Həsənova
Sevdiyim Kitablar
  • 35
  • 233
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 350
  • 151
   Этюды в кровавых тонах , Book AVENUE
Kitab refi, Kemale Heyderova
Kemale Heyderova
Kitab refi
  • 155
  • 17
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl