Rəqəmsal Qala, Den Braun
Den Braun

Rəqəmsal Qala

Oxu
437 kağız səhifələr
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiber­qalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompyuteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir. Beləcə, bir neçə saat ərzində yeni kompyuter virusu ABŞ Milli Təzlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün həqiqi mənasında, fəlakətdir.
Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarına başlanılır. Lakin o, çox da uzaqda yox, elə burda, Milli Təhlükəsizlik Agentliyinin içindədir. Bunu anlayan Syuzan isə bu təhlükəli vəziyyətlə üz-üzə qalır…
Təəssürat
Rəfə
Artıq oxumuşam

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

TəəssüratlarHamısı

Dr.Kazimov
Dr.Kazimovtəəssüratları paylaşkeçən il
👍
🔮müdrik kitabdır
💡idraki kitabdır

Xosum geldi. Kişinin oğlu nece lazimdirsa ele de yazıb....

subhanaguluzade98
subhanaguluzade98təəssüratları paylaşkeçən il
👍
💞romantik kitabdır

Ruslan
Ruslantəəssüratları paylaşkeçən il
👍

Tərcümə bərbad olsa da, əsər gözəldir! Oxumağa dəyər!

SitatlarHamısı

Fəsil 128

Syuzan oyananda günəşin işığı artıq hər yeri bürü­müş­dü. Onun nəvazişli şüaları pərdədən keçir və pərqu döşəyə düşürdü. O, Devidə sarı dartındı. Bunu, yuxuda görürmü? Hətta tərpənmək də çətin idi: dünənki hadisələr onun bü­tün qüvvəsini qalıqsız tükətmişdi.
– Devid... – astadan inildədi o.
Cavab gəlmədi. O, heç əlini də uzatmağa heyi olmadan, gözlərini açdı. Onun tərəfindəki mələfə soyuq idi. Devid yox olub.
Deməli, yuxuda görmüşəm, fikirləşdi Syuzan və çar­pa­yıda oturdu. Viktorian stilində otaq, büsbütün krujevalar və əntiq əşyalar – “Stoun-Menor”da ən yaxşı mehmanxana nömrəsi. Onun bura gətirdiyi çanta otağın otrasında, dö­şəmədə düşüb qalmışdı... pal-paltarı, çarpayının yanında du­ran qədimi stulunun başındadır.
Devid qayıdıbmı? O, öz bədəninə sıxılan Devidin bədənini, onun öpüşlərini xatırlayırdı. Yəni bütün bunlar yuxuda olub? Syuzan dolaba tərəf çevrildi. Onun üstündə boş şampan butulkası, iki bakal və məktub var idi.
Gözlərini ovuşduraraq, Syuzan ədyalı çiyninə saldı və oxudu:
Mənim qiymətli Syuzanım!
Mən səni sevirəm.
Mumsuz, Devid.
Onun sifəti işıqlandı və məktubu sinəsinə sıxdı. Bu, Devid idi, başqa kim ola bilərdi? Mumsuz... Bu şifrəni Syuzan hələ açmayıb.
Küncdə nəsə qımıldandı. Syuzan gözlərini qaldırdı. Devid, məxmər divanın üstündə, xalata bürünərək, günün altında qızınırdı və diqqətlə ona göz qoyurdu. Syuzan əlini uzatdı, onu hayladı.
– Mumsuz? – Syuzan onu qucaqlayaraq, astadan soruşdu.
– Mumsuz. – O, cavabında gülümsündü.
O, Devidi öpdü.
– Aç da bu sirri. Bu nə deməkdir, axı?
– Nə versən də demərəm. – O, güldü. – Sirri olmayan ər-arvad maraqsız görünür.
Syuzan utancaqlıqla gülümsündü.
– Əgər bu gecə olduğundan da maraqlı olsa, mən daha qalxa bilməyəcəyəm.
Devid, ağırlığını hiss etməyərək, onu özünə tərəf çəkdi. Dünən o, az qala ölmüşdü, bu gün isə sağdır, salamatdır və qüvvəsi aşıb-daşır.
Syuzan başını onun sinəsinin üstünə qoydu və ürəyinin necə döyündüyünə qulaq asırdı. Amma hələ dünən fi­kir­ləşirdi ki, onu həmişəlik itirib.
– Devid, – deyə Syuzan, onun məktubunu dolabın üstündə görüb, ah çəkdi. – De də, “mumsuz” nə deməkdir? Sən axı bilirsən ki, aça bilmədiyim şifrələr beynimdən çıxmır.
Devid susurdu.
– Danış. – O mısmırığını salladı. – Əgər deməsən, bir də məni görməyəcəksən.
– Yalan deyirsən.
Syuzan onu balışla vurdu.
– Danış! Lap bu dəqiqə!
Lakin Devid bilirdi ki, bunu ona heç vaxt açmayacaq. “Mumsuz” ifadəsinin sirri onun üçün həddən artıq əziz idi. Onun kökləri qədim vaxtlara gedirdi. İntibah epoxasında heykəltaraşalar qiymətli mərmər üzərində işləyərkən onu zədələyəndə, zədələnmiş yeri sera ilə, yəni mumla düzəl­dirdilər. Zədəsiz, mumla ört-basdır etmək lazım olmayan heykəl, sin sera, başqa sözlə – mumsuz heykəl adlanırdı. Vaxt ötdükcə bu ifadə düzgünlük, həqiqilik mənasını aldı.
İngilis dilində mənası həqiqi və səmimi hər şey olan “sicere” sözü, ispancada sin cera – mumsuz ifa­də­sindən əmələ gəlmişdir. Bu sirr gerçəklikdə heç giz­lin də deyildi, Devid öz məktublarını, sadəcə olaraq, “Səmimi” sözü ilə imzalayırdı. Ona nə üçünsə belə gəlirdi ki, bu filoloji rebus Syuzanı sevindirməyəcək.
– Səni sevindirmək istəyirəm. Mən evə uçanda, – o, söhbətin mövzusunu dəyişmək istəyi ilə dedi, – univer­sitetin prezidentinə zəng vurdum.
Syuzan sevinclə çırpındı.
– De ki, dekan postundan getmisən.
Devid başı ilə təsdiqlədi.
– Növbəti semestrdə auditoriyaya qayıdıram.
Syuzan yüngüllüklə köksünü ötürdü:
– Sənin əsl təyinatın elə oradır.
Devid gülümsündü:
– Hə. Çox güman. İspaniya mənə, nəyin həqiqətən də qiy­mətli olduğunu anlatdı.
– Şifrələri açmağa kömək etməyin? – O, Devidin yanağından marçıldatdı. – Hər necə də olsa, mənə öz əl­yaz­malarımdan baş çıxarmaqda kömək edərsən.
– Əlyazma?
– Hə. Onları nəşr etdirməyi qərara almışam.
– Nəşr etdirmək? – O, başını şübhə ilə yırğaladı. – Nəyi nəşr etdirmək?
– Variativ filtrlərin protokolları və kvadratik qalıqlarla bağlı bəzi ideyaları.
– Yüzfaizli bestsellerdir.
Syuzan güldü.
– Özün təəccüblənəcəksən.
Devid əlini xalatın cibinə saldı və kiçik bir əşya çı­xartdı.
– Gözlərini yum. Məndə sənin üçün nəsə var.
Syuzan gözlərini yumdu.
– Qoy tapım. Üstündə latınca yazı olan zövqsüz qızıl üzük?
– Yox. – O çəp-çəp güldü. – Fonteyndən xahiş etdim ki, onu Tankadonun varislərinə çatdırsın. – Devid onun əli­ni öz əlinə aldı və barmağına nəsə taxdı.
– Yalançı, – Syuzan gözlərini açaraq güldü. – Mən axı düz tapmış... O, sözün yarısında susdu. Barmağındakı Tankadonun üzüyü deyildi. Bu, işıldayan iri briliant qaşlı platin üzük idi.
Syuzan içini çəkdi.
Devid onun gözlərinə baxdı.
– Sən mənə ərə gələrsən?
Syuzanın nəfəsi kəsildi. O, Devidə baxdı, sonra üzüyə. Gözləri yaşlandı.
– O, Devid... mənim sözüm yoxdur.
– De “hə”.
Syuzan üzünü çevirdi. Devid səbirlə gözləyirdi.
– Syuzan Fletçer, mən sizi sevirəm. Mənim həyat yol­daşım olun.
Syuzan başını qaldırdı. Oun gözləri yaşla dolu idi.
– Bağışla məni, Devid, – pıçıldadı o. – Mən... mən bu­nu edə bilməyəcəyəm.
Devid hətta səksəndi də. O, Syuzanın gözlərində zarafat qığılcımları görmək ümidilə, onun gözlərinə baxırdı. La­kin orada bunlar yox idi.
– Syu... zan, – o, kəkələyə-kəkələyə başladı. – Mən... mən başa düşmürəm.
– Mən bunu edə bilməyəcəyəm, – təkrar etdi o. – Mən sənə ərə gedə bilməyəcəyəm. – O, üzünü çevirdi. Onun çiyinləri silkələnirdi. Syuzan üzünü əlləri ilə örtdü.
Devid özünə gələ bilmirdi.
– Axı, Syuzan... mən fikirləşirdim ki... – O, Syuzanın titrəyən çiyinlərindən tutdu və onu özünə tərəf çevirdi. Və onda gördü ki, Syuzan heç də ağlamırmış.
– Mən sənə ərə getməyəcəyəm! – Syuzan şaqqanaq çəkib güldü və balışı ona çırpdı. – Sən “mumsuz” nə de­mək olduğunu mənə izah etməyənə qədər! Sən məni day dəli eləmisən!
Ulduzlara çatmaq müm­kün deyil, əgər özünü natamam hiss edirsənsə
tezliyini ani olaraq tanıdı və qapı çıqqıldayaraq açıldı. Syuzan yoluna davam etdi.
Mühafizəçi, beton yolla gedən Syuzandan gözünü çək­mirdi. O, fikir verdi ki, qızın qonur gözlərinin baxışları bu gün necəsə boş idi, amma yanaqlarında təravətli qızartı oy­nayırdı, çiyninə qədər olan kürəntəhər saçlar isə indicə qu­rudulmuşdu. Ondan “Conson bebi” tozunun yüngül ətri gə­lirdi. Onun baxışları qızın gözəgəlimli qamətində sü­rüşdü, altında güclə sezilən büshalter olan ağ bluzkanın, di­zə qədər xaki rəngli yubkanın və nəhayət, onun ayaq­ları... Syuzan Fletçerin ayaqları üzərində dayandı.
İnanmaq çətindir ki, bu cür ayaqlar 170 bal İQ gəzdirir. Mühafizəçi başını buladı.
O, qızın arxasınca çox baxdı. Və qız gözdən itəndə, ye­nə də başını buladı.
Tunelin axırına çataraq, Syuzan girdə seyf qapısına dirəndi, qapının üstündə çox iri hərflərlə yazılmışdı – MƏXFİ.
O, köksünü ötürərək, əlini içərisində rəqəmsal qıfıl olan yarığa saldı və beş rəqəmdən ibarət olan öz şəxsi şifrəsini daxil etdi. Bir neçə saniyədən sonra iyirmi tonluq polad maşın hərlənməyə başladı. Qız fikirlərini toplamağa cəhd elədi, amma fikirlər onu inadla Devidin yanına qaytarırdı.
Devid Bekker. Onun sevdiyi yeganə kişi. “Corctaun Uni­versiteti”nin ən cavan professoru, parlaq alim-linqvist olan Devid akademik aləmdə hamı tərəfindən tanınmışdı. Fenomenal yaddaşın və dillərə qabiliyyətin yiyəsi oldu­ğun­dan, altı Asiya dilini mənimsəmişdi, həmçinin də ispan, fransız və italyan dillərini gözəl bilirdi. Etimalogiya üzrə mühazirələrdə iynə atsaydın, yerə düşməzdi və o, saysız-hesabsız suallara cavab verərək, auditoriyada uzun müddət ləngiyərdi. O, tələbə qızların heyranlıq dolu baxışlarına fikir verməyərək, yüksək bilik və maraqla danışırdı.
Bekker otuz beş yaşlarında qarayanız, cavan görkəmli, möhkəm bədən quruluşlu, yaşıl gözləri, diqqətlə baxan və heyrətamiz yumor hissi olan kişi idi. Syuzana belə gəlirdi ki, iradəli çənə və sifətin düzgün cizgiləri mər­mər­dən çapılıb. Boyu yüz səksən santimetrdən hündür olduğu halda o, kortda universitet üzrə həmkarlarından xeyli sü­rətlə hərəkət edirdi. Növbəti tərəf-müqabilini darmadağın etdikdən sonra o,

RəflərdəHamısı

Detektiv əsərlər, Khatira Taghiyeva
Khatira Taghiyeva
Detektiv əsərlər
  • 18
  • 304
Azərbaycanca kitablar, Nur
Qoruyucu Melek, Azad M-ov
Azad M-ov
Qoruyucu Melek
  • 39
  • 106
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 342
  • 99
Dan brown, subhanaguluzade98
subhanaguluzade98
Dan brown
  • 6
  • 21
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl