Bu kitabdan sitatlar: «Rəqəmsal Qala», Den Braun

o, Stratmora bir neçə söz deməyə macal tapdı, özü də bunu buz sakitliyi ilə tələffüz etdi:

– Bizim hamımızın öz sirrinin olması hüququ var. Və mən çalışacağam ki, bu hüququ təmin edim
– Quis custodiet ipsos custodes?
– Ədalət zəfər çaldı, ucuz pyesdə olduğu kimi, .
Cavan kriptoqraf özünü küncə qıs­nadıb, küncə qısnanmış rəqibdən isə hər şeyi gözləmək olar: o, əlacsız­casına və öncədən bilmək mümkün olmayan cür hərəkət edir.
“Keşikçilərə bəs kim ke­şik çəkəcək?”.
Və mən inanıram, vətəndaşlarımızın əksəriyyəti öz hüquqlarının bəzilərini keçməyə hazırdırlar, lakin bunun müqabilində yaramazların azadlıqda gəzmədiyinə əmin olmaq istəyərdilər.
Hökümətin ictimai təhlükəsizliyə hədə ehtiva edən informasiyanı toplamaq hüququ olmalıdır
Onu həmişə heyran edirdi ki, hətta fəlakətin astanasında da Stratmor təmkinini və sakitliyini saxlaya bilirdi. Syuzan əmin idi ki, onun karyerasını müəyyən edən və onu hakimiyyətin mərtəbələrinə yüksəldən məhz bu keyfiyyətidir.
O, Yuli Sezarın “kamil kvadra­tın­dan” başladı.

Sezar, deyə qız izah edirdi, tarixdə şifrə istifadə edən ilk adam idi. Onun qasidləri məxfi məlumatlarla birlikdə düşmənin əlinə keçməyə başlayanda, o, öz sərəncamla­rı­nın şifrələnməsinin primitiv üsulunu fikirləşdi. Sezar na­mələrini elə bir şəkildə dəyişirdi ki, tamamilə mənasız bir şey alınırdı. Amma, aydın məsələdir ki, belə deyildi. Hər bir namə, hansı həcmdə informasiya ötürmək lazım oldu­ğundan asılı olaraq, tam kvadrata bərabər olan sayda – on altı, iyirmi beş, yüz damalı – hərflərdən ibarət olurdu. Se­zar zabitlərə məxfi şəkildə izah etmişdi ki, bu, guya təsa­düfi hərflər dəstini alanda, onlar mətni elə şəkildə yaz­malıdırlar ki, kvadrat təşkil etmiş olsun. Onda, yuxarıdan aşağıya oxuyarkən, gözlərin qarşısında magik surətdə məx­fi namə peyda olurdu.
hər şey mümkündür; qeyri-müm­kün olana, sadəcə olaraq, bir az çox vaxt lazımdır
Fəsil 128

Syuzan oyananda günəşin işığı artıq hər yeri bürü­müş­dü. Onun nəvazişli şüaları pərdədən keçir və pərqu döşəyə düşürdü. O, Devidə sarı dartındı. Bunu, yuxuda görürmü? Hətta tərpənmək də çətin idi: dünənki hadisələr onun bü­tün qüvvəsini qalıqsız tükətmişdi.
– Devid... – astadan inildədi o.
Cavab gəlmədi. O, heç əlini də uzatmağa heyi olmadan, gözlərini açdı. Onun tərəfindəki mələfə soyuq idi. Devid yox olub.
Deməli, yuxuda görmüşəm, fikirləşdi Syuzan və çar­pa­yıda oturdu. Viktorian stilində otaq, büsbütün krujevalar və əntiq əşyalar – “Stoun-Menor”da ən yaxşı mehmanxana nömrəsi. Onun bura gətirdiyi çanta otağın otrasında, dö­şəmədə düşüb qalmışdı... pal-paltarı, çarpayının yanında du­ran qədimi stulunun başındadır.
Devid qayıdıbmı? O, öz bədəninə sıxılan Devidin bədənini, onun öpüşlərini xatırlayırdı. Yəni bütün bunlar yuxuda olub? Syuzan dolaba tərəf çevrildi. Onun üstündə boş şampan butulkası, iki bakal və məktub var idi.
Gözlərini ovuşduraraq, Syuzan ədyalı çiyninə saldı və oxudu:
Mənim qiymətli Syuzanım!
Mən səni sevirəm.
Mumsuz, Devid.
Onun sifəti işıqlandı və məktubu sinəsinə sıxdı. Bu, Devid idi, başqa kim ola bilərdi? Mumsuz... Bu şifrəni Syuzan hələ açmayıb.
Küncdə nəsə qımıldandı. Syuzan gözlərini qaldırdı. Devid, məxmər divanın üstündə, xalata bürünərək, günün altında qızınırdı və diqqətlə ona göz qoyurdu. Syuzan əlini uzatdı, onu hayladı.
– Mumsuz? – Syuzan onu qucaqlayaraq, astadan soruşdu.
– Mumsuz. – O, cavabında gülümsündü.
O, Devidi öpdü.
– Aç da bu sirri. Bu nə deməkdir, axı?
– Nə versən də demərəm. – O, güldü. – Sirri olmayan ər-arvad maraqsız görünür.
Syuzan utancaqlıqla gülümsündü.
– Əgər bu gecə olduğundan da maraqlı olsa, mən daha qalxa bilməyəcəyəm.
Devid, ağırlığını hiss etməyərək, onu özünə tərəf çəkdi. Dünən o, az qala ölmüşdü, bu gün isə sağdır, salamatdır və qüvvəsi aşıb-daşır.
Syuzan başını onun sinəsinin üstünə qoydu və ürəyinin necə döyündüyünə qulaq asırdı. Amma hələ dünən fi­kir­ləşirdi ki, onu həmişəlik itirib.
– Devid, – deyə Syuzan, onun məktubunu dolabın üstündə görüb, ah çəkdi. – De də, “mumsuz” nə deməkdir? Sən axı bilirsən ki, aça bilmədiyim şifrələr beynimdən çıxmır.
Devid susurdu.
– Danış. – O mısmırığını salladı. – Əgər deməsən, bir də məni görməyəcəksən.
– Yalan deyirsən.
Syuzan onu balışla vurdu.
– Danış! Lap bu dəqiqə!
Lakin Devid bilirdi ki, bunu ona heç vaxt açmayacaq. “Mumsuz” ifadəsinin sirri onun üçün həddən artıq əziz idi. Onun kökləri qədim vaxtlara gedirdi. İntibah epoxasında heykəltaraşalar qiymətli mərmər üzərində işləyərkən onu zədələyəndə, zədələnmiş yeri sera ilə, yəni mumla düzəl­dirdilər. Zədəsiz, mumla ört-basdır etmək lazım olmayan heykəl, sin sera, başqa sözlə – mumsuz heykəl adlanırdı. Vaxt ötdükcə bu ifadə düzgünlük, həqiqilik mənasını aldı.
İngilis dilində mənası həqiqi və səmimi hər şey olan “sicere” sözü, ispancada sin cera – mumsuz ifa­də­sindən əmələ gəlmişdir. Bu sirr gerçəklikdə heç giz­lin də deyildi, Devid öz məktublarını, sadəcə olaraq, “Səmimi” sözü ilə imzalayırdı. Ona nə üçünsə belə gəlirdi ki, bu filoloji rebus Syuzanı sevindirməyəcək.
– Səni sevindirmək istəyirəm. Mən evə uçanda, – o, söhbətin mövzusunu dəyişmək istəyi ilə dedi, – univer­sitetin prezidentinə zəng vurdum.
Syuzan sevinclə çırpındı.
– De ki, dekan postundan getmisən.
Devid başı ilə təsdiqlədi.
– Növbəti semestrdə auditoriyaya qayıdıram.
Syuzan yüngüllüklə köksünü ötürdü:
– Sənin əsl təyinatın elə oradır.
Devid gülümsündü:
– Hə. Çox güman. İspaniya mənə, nəyin həqiqətən də qiy­mətli olduğunu anlatdı.
– Şifrələri açmağa kömək etməyin? – O, Devidin yanağından marçıldatdı. – Hər necə də olsa, mənə öz əl­yaz­malarımdan baş çıxarmaqda kömək edərsən.
– Əlyazma?
– Hə. Onları nəşr etdirməyi qərara almışam.
– Nəşr etdirmək? – O, başını şübhə ilə yırğaladı. – Nəyi nəşr etdirmək?
– Variativ filtrlərin protokolları və kvadratik qalıqlarla bağlı bəzi ideyaları.
– Yüzfaizli bestsellerdir.
Syuzan güldü.
– Özün təəccüblənəcəksən.
Devid əlini xalatın cibinə saldı və kiçik bir əşya çı­xartdı.
– Gözlərini yum. Məndə sənin üçün nəsə var.
Syuzan gözlərini yumdu.
– Qoy tapım. Üstündə latınca yazı olan zövqsüz qızıl üzük?
– Yox. – O çəp-çəp güldü. – Fonteyndən xahiş etdim ki, onu Tankadonun varislərinə çatdırsın. – Devid onun əli­ni öz əlinə aldı və barmağına nəsə taxdı.
– Yalançı, – Syuzan gözlərini açaraq güldü. – Mən axı düz tapmış... O, sözün yarısında susdu. Barmağındakı Tankadonun üzüyü deyildi. Bu, işıldayan iri briliant qaşlı platin üzük idi.
Syuzan içini çəkdi.
Devid onun gözlərinə baxdı.
– Sən mənə ərə gələrsən?
Syuzanın nəfəsi kəsildi. O, Devidə baxdı, sonra üzüyə. Gözləri yaşlandı.
– O, Devid... mənim sözüm yoxdur.
– De “hə”.
Syuzan üzünü çevirdi. Devid səbirlə gözləyirdi.
– Syuzan Fletçer, mən sizi sevirəm. Mənim həyat yol­daşım olun.
Syuzan başını qaldırdı. Oun gözləri yaşla dolu idi.
– Bağışla məni, Devid, – pıçıldadı o. – Mən... mən bu­nu edə bilməyəcəyəm.
Devid hətta səksəndi də. O, Syuzanın gözlərində zarafat qığılcımları görmək ümidilə, onun gözlərinə baxırdı. La­kin orada bunlar yox idi.
– Syu... zan, – o, kəkələyə-kəkələyə başladı. – Mən... mən başa düşmürəm.
– Mən bunu edə bilməyəcəyəm, – təkrar etdi o. – Mən sənə ərə gedə bilməyəcəyəm. – O, üzünü çevirdi. Onun çiyinləri silkələnirdi. Syuzan üzünü əlləri ilə örtdü.
Devid özünə gələ bilmirdi.
– Axı, Syuzan... mən fikirləşirdim ki... – O, Syuzanın titrəyən çiyinlərindən tutdu və onu özünə tərəf çevirdi. Və onda gördü ki, Syuzan heç də ağlamırmış.
– Mən sənə ərə getməyəcəyəm! – Syuzan şaqqanaq çəkib güldü və balışı ona çırpdı. – Sən “mumsuz” nə de­mək olduğunu mənə izah etməyənə qədər! Sən məni day dəli eləmisən!
Daruma – buddizm panteonunu təsvir edən kukla. Onun əlləri və ayaqları yoxdur.
Virus” termininin mənşəyi Syuzana həmi­şə çox məzəli görünürdü.

Termin hələ dünyada birinci kompyuter olan “Mark-1”in vaxtında meydana çıxmışdı – bu, 1944-cü ildə Har­vardın laboratoriyasında tikilmiş, otaq böyüklüyündə bir aqreqat idi. Bir dəfə kompyuterdə pozuntu baş vermişdi və onun səbəbini heç kim müəyyən edə bilmirdi. Uzun saatlar ərzində aparılan axtarışlardan sonra onu kiçik laborant işçi tapa bildi. Bu, platalardan birinin üstünə qonan güvə imiş və bunun nəticəsində qısa qapanma baş vermişdi. Kom­pyuterdə pozuntuların günahkarlarını elə o vaxtdan virus adlandırmağa başladılar
Numatakanın işləri bu qaydada aparmağı görən gözü yox idi, vəziyyətə başqa adamın nəzarət etdiyi şəraitə o nifrət edirdi.
Bu, bizim borcumuzdur. Bizim xoşumuza gəlsə də, gəlməsə də, demokratiyanı anarxiyadan elə də möhkəm qapı ayır­mır və MTA ona keşik çəkir.
Biznes, mü­ha­ribədir, duyğuların kəskinliyi ilə heç nə onunla müqayisə oluna bilməzdi.
Dəyişən açıq mətn haqda ilk məlumat macar riyaziy­yatçısı Cozef Hernenin 1987-ci ildə etdiyi, indi artıq unu­dul­muş məruzəsində peyda olmuşdu. Harnenin – “kobud güc” prinsipi üzrə işləyən kompyuterlərin şifrənin açarını, tanınan söz birləşmələrinin olub-olmadığı predmeti üzrə açıq mətni öyrənmək yolu ilə axtardıqlarını nəzərə alaraq – təklif etdiyi alqoritm şifrələməklə yanaşı, açıq mətnin görkəmini də daima dəyişirdi. Bu cür daimi mutasiya nə­zəri olaraq buna gətirməlidir ki, şifrəyə hücum edən kom­pyuter tanıdığı “sız” birləşməsini heç vaxt tapmayacaq və axtardığı açarı tapıb-tapmadığını “başa düşməyəcək”
Bu cür kompyuterin yaradılmasının qeyri-mümkün olduğu ilə bağlı geniş yayılmış rəyin ziddinə olaraq, MTA öz devizinə sadiq qaldı: hər şey mümkündür; qeyri-müm­kün olana, sadəcə olaraq, bir az çox vaxt lazımdır.
Bir dəfə axşam, universitetdə “Şelkunçik”in tamaşasın­da, Syuzan Devidə, baza tipli şifrələrə aid etmək mümkün olan bir şifrəni açmağı təklif elədi. Bütün antraktı, o, on bir hərfdən ibarət olan namə üzərində başını sındıraraq, əlində qələm oturdu:

HL FKZC VD LDS

Əvvəl-axır, ikinci akt başlanmazdan əvvəl işıqlar artıq sön­məyə başlayanda, ona vəhy gəldi. Naməni şifrələ­yər­kən Syuzan hər bir hərfi, sadəcə olaraq, əlifbada ondan əv­vəl gələn hərflə əvəz edib. Şifrəni açmaq üçün Bekkerə la­zım olan yalnız, olan hərflərin yerinə, əlifba sırasında bilavasitə onlardan sonra gələn hərfləri qoymaq idi: H çönüb olurdu İ, L – çevrilidi M-ə və bu minvalla. Bekker bunu başqa hərflərlə də çox tez etdi. O, heç vaxt fikirləş­mirdi ki, dörd söz onu bu qədər xoşbəxt edə bilər.

IM GLAD WE MET

Namədə deyilirdi: “Mən şadam ki, biz görüşdük”. O, proqramın üstündə cavabı tez cızdı və Syuzana uzatdı:

LD SNN

Syuzan oxuyanda sifəti işıqlandı. ME TOO – “Mən də” demək idi.
Kompyuterə qədər şifrələmənin inkişafının kul­minasiyası İkinci Dünya müharibəsi dövrünə təsadüf etdi. Nasistlər, “Eniqma” adlandırdıqları, heyrətamiz şifr­ə­ləyici maşın konstruksiya etmişdilər. O, ən adi köhnə dəbli yazı ma­kina­sına oxşayırdı ki, onun misdən olan qarşılıqlı əla­qəli rotor­ları mürəkkəb şəkildə fırlanır və açıq mətni, ilk baxışda mə­nasız işarələr qrupunun qarmaqarışıq dəstinə çevirirdi. Mətni alan onu, yalnız tamamilə eyni cür kök­lən­miş bu cür şifrə maşınının köməyilə oxuya bilərdi.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl