Bu kitabdan sitatlar: «Bizə sevgidən danışın», Osho

siz yalnız nəyəsə malik olduğunuz zaman ondan imtina edə bilərsiniz.
Ateist Allahı inkar edir, çünki Allah məntiqi baxımdan sübut edilə bilmir. Ateist sevgini də inkar etməli olur, çünki sevgini də məntiqi şəkildə sübut etmək mümkün deyil.
Mən bir çox ateistlər tanıyırdım, onlara eyni sualla müraciət etdim: “Siz nə vaxtsa sevmisiniz?” Onlar təəccüblənib deyirdilər: “Niyə mövzunu dəyişirsiniz? Biz ki Allah barədə söhbət etmişik”.
Deyirdim: “Mən mövzunu dəyişmirəm, əksinə, mövzuya yaxınlaşıram. Nə vaxtsa sevmisiniz?”
Cavab verirdilər: “Bəli, sevmişik”. “Onda, – mən dedim, – bir daha fikirləşin. Sevginin mövcud olduğunu elmi, rasional, məntiqi surətdə sübut edə bilərsiniz?”
“Xeyr, edə bilmərik”.
Mən dedim: “Onda Allahı inkar etməyin, axı siz Allahı elə bu səbəbdən inkar edirsiniz”.
İnsanlar sevgi istəyir, amma döyülməyə, bərkiməyə, keçməli olduqları od-alova hazır olmaq istəmirlər. Onlar sevgini yalnız zövq-səfa sanırlar. Belə deyil. Sevgi bundan daha böyükdür: o, xoşbəxtlikdir, səadətdir, məmnunluqdur, qəti xeyir-duadır. Amma qorxunu atmalı olacaqsınız. Qorxu keçirən insan heç vaxt sevginin şirin dadını duya bilməz. Sevgini bilmirsinizsə, deməli, heç bir şey bilmirsiniz: sizin bütün bildikləriniz, sərvətləriniz faydasızdır. Sizin bütün nüfuzunuz
nəyə bağlanmayın – hətta sevdiyiniz insana belə. Çünki bağlanma sizin sevginizi məhv edər. Özünüzü qula çevirməyin
Bu sözləri yadda saxlayın: qoy yaxınlığınız hədsiz olmasın.
Birlikdə olun, amma bir-birinizdən üstün olmağa çalışmayın, biriniz digərinizin sahibi olmağa çalışmayın, bir-birinizin şəxsiyyətini alçaltmağa cəhd etməyin. Belə vəziyyət hər yerdə baş verir.
Səfehlərdən başqa heç kim sözəbaxan olmur.
Ağıl – qiyam deməkdir. Özünüzü xoşbəxt sanın və qiyamçı ruhu ilə doğulan insana xeyir-dua verin. Bu sizin qürurunuz olmalıdır, halbuki insanın narahatlığına çevrilir.
Həyat yalnız azadlıqda çiçəklənir. Əgər sevirsinizsə, öz sevdiyinizə getdikcə daha çox azadlıq verəcəksiniz. Sevgi heç vaxt kiminsə ona sahib olmasına imkan vermir, çünki sevgi – elə öz qəlbinizdir. Əgər kiminsə ona sahib olmasına imkan versəniz, özünüzü öldürmüş olarsınız.
Sorğu – yanğıdır. Sual – ağlın oyunudur
Əsl sual Tanrının ədalətli, kamil, rəhmli sevgi olub-olmamasında deyildi. Əsl sual sevginin sizə məlum olub-olmamasıdır
Qeyd etmək lazımdır ki, sevgi barədə yalnız qadın soruşa bilər. Kişi Tanrını tanımaq, yaxud Tanrı olmaq istəyər. Bu, qüdrətin ardınca qaçmaqdır. Sevgi qüdrətin ardınca qaçmaq deyil. Sevgi – sizin itaətkar, sadə, günahsız olduğunuz yeganə həyəcandır.
dünyada hər kəsin verdiyi və heç kimin almadığı yeganə şeydir, amma bu sizdən asılı olan uşaqların ağlını korlayır.
Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır.
Bir dəfə yanıma bir nəfər gəlib dedi: “Mən Allaha inanan böyük insanam”.
Dedim: “Əvvəllər sizi görmüşdüm. Həmişə Allahdan narazılığınızı bildirirdiniz, indi nə olub belə?”
Cavab verdi: “Narazı idim, ona görə ki övladım yox idi. Artıq on il idi fasilə vermədən ibadət edirdim, Tanrı mənim dualarıma cavab vermirdi. İbadət etməyi, kilsəyə getməyi dayandırdım. Özümü qarət edilmiş, aldanmış hiss edirdim. Allahın mövcud olmadığını düşünürdüm.
Sən demə, çox tələsirmişəm. Dünən övladım doğuldu. Əvvəlcə sizə bildirmək istədim ki, – axı siz mə­nim on il necə əzab çəkdiyimi bilirsiniz, – son dərəcə xoşbəxtəm. Lakin O özünün bizə məlum olmayan səbəblərinə görə qərarını ləngidə bilər, dualarımız isə hər zaman eşidiləcək – bu gün olmasa da, sabah eşidiləcək”.
O şəxsə dedim: “Siz hələ də tələsirsiniz. Uşaq ölə də bilər, bəs onda sizin Tanrıya olan sevginiz, etibarınız, inamınız necə olacaq? Uşağın ölümüylə sizin Tanrınız da öləcək”. Sizin Tanrıya sevginiz uşağınızla birlikdə doğulub, onunla da öləcək və siz Ona həmişəkindən daha çox nifrət edəcəksiniz”.
Kişi bağırdı: “Elə deməyin!”
Ona belə cavab verdim: “Sizin dərk etməyiniz üçün deməliyəm ki, Tanrıya sevginiz fəsildir. Eynilə mövsümi güllər kimi, yəni bir neçə həftə küləkdə oynayır, sonra yox olur. Sizin sevginiz varlığınızın məğzindən, mərkəzindən yaranmamışdı. Bu, həyəcan, narahatlıq yox, sadəcə, rüşvətdir”.
Sevgi heç vaxt kor olmur. Sevgiylə bağlı dolaşıqlıq olduğuna və anlayışların dürüst müəyyən edil­məməsinə görə insanlar “kor sevgi” haqqında danışmağa başladılar. Sevgi sizə şəffaf baxış, aydın gözlər verir. Ehtiras, şübhəsiz, kordur, çünki o, biolojidir və sizin mənəviyyatınızla ortaq olan heç nəyə malik deyil.
Nəyə görə insan ən yüksəkdə olmağa, hər şeyi öz nəzarəti altında saxlamağa çalışır? İnsan pislik, tam dəyərə malik olmamaq kompleksindən əziyyət çəkir. Daxilində o heç kim olmadığını yaxşı bilir, amma özünü xüsusi, qeyri-adi göstərəcəyi halda, acizliyinin, əhəmiyyətsizliyinin, adiliyinin insanların qarşısında aşkar olacağından qorxur.
sizə məsləhət verir; məsləhət – dünyada hər kəsin verdiyi və heç kimin almadığı yeganə şeydir, amma bu sizdən asılı olan uşaqların ağlını korlayır.
Gələcək zaman sizin təsəvvürləriniz, keçmiş zaman isə yaddaşınızdır.
Amma azadlıq – uğrunda hər şeyi qurban verməyə layiq olan bir dəyərdir.
aygund75
aygund75sitat gətirir3 il öncə
Sevgi sizi çağırırsa, onun ardınca gedin – yolları nə qədər çətin və əzablı olsa belə.
Əgər sevgini hiss etmək istəyirsinizsə, hamını, hər şeyi – arxalandığınız, bağlandığınız hər kəsi, bütün gələcək müdafiənizi təhlükə altına qoymalı olacaqsınız. Amma bağlandığını, salamatlığını və təminatlarını qurban vermək
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl