Lev Tolstoy

Kreyser sonatası Povestlər

Tolstoy bütün dünyanı rus ədəbiyyatı barədə danışmağa məcbur edən, dünya ədəbiyyatının böyük sənətkarları arasında fəxri yer tutan birinci rus yazıçısıdır. Tolstoy öz əsərlərində o qədər böyük məsələlər irəli sürə bilmiş, elə bir bədii qüvvət səviyyəsinə yüksələ bilmişdir ki, onun əsərləri dünya bədii ədəbiyyatında əvvəlinci yerlərdən birini tutub.
Kitabda verilmiş üç məşhur povest Tolstoy yaradıcılığında ən çox onu xarakterizə edən cəhətləri: insan hisslərinin insan əməlləri ilə münasibəti, ehtirasların təhlili və s. psixoloji prosesləri, onun qanunlarını, formalarını və insan qəlbinin dialektikasını əks etdirir…
181 kağız səhifələr

Təəssüratlar

    Elmin Seyfəddinlitəəssüratları paylaş5 il öncə
    🔮Müdrik kitabdır

    Dehsetli kitabdir

    Geray Sadiqovtəəssüratları paylaş5 ay öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır

    Dahi yazici Lev Tolstoyun insan həyatindan bəhs edən cox maraqli kitablarindan biridir. Oxumaya dəyər.

    Dj HBrisatəəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm

Sitatlar

    Vusala Mammadovasitat gətirir4 il öncə
    Axı pozğunluq heç də fiziki hal deyil, axı heç bir fiziki eybəcərlik əxlaqsızlıq deyil; əxlaqsızlıq, əsl pozğunluq — fiziki əlaqədə olduğun qadın barədə bütün mənəvi-əxlaqi münasibətlərdən özünü azad etməkdədir
    Elmin Seyfəddinlisitat gətirir5 il öncə
    Əgər arvadım əsl heyvan olsaydı, belə əzab çəkməzdi; yox, əgər əsl insan olsaydı, onda allaha inanardı və əsl allah adamı olan kənd arvadları kimi danışar, onlar kimi düşünərdi: «Allah özü vermişdi, özü də aldı əlimdən, allahın əmrindən qaçmaq olmaz». Arvadım allaha inansaydı, fikirləşərdi ki, adamların və eləcə də onların uşaqlarının həyatı insanların ixtiyarında deyil, yalnız allahın əmrindən asılıdır və onda uşaqlarının xəstələnməsi və ya ölməsinin qarşısını ala biləcəyini düşünməz, əzab çəkməzdi, o isə bunu eləmədi.
    Vusala Mammadovasitat gətirir4 il öncə
    Zənnimcə o vaxt da, indi də, həmişə və hər yerdə kübar cəmiyyət dörd növ adamlardan ibarət olmuşdur: 1) varlılardan və saray adamlarından; 2) varlı olmayan, amma sarayda doğulub boya-başa çatan adamlardan; 3) saray adamlarını təqlid edən, özlərini onlara oxşadan varlılardan və 4) həm varlıları, həm də saray adamlarını təqlid edənlərdən

Rəflərdə

    Nurcan Rzayeva Qurbanlı
    Azərbaycanca kitablar
    • 567
    • 524
    Vusala Mammadova
    Azərbaycanca ƏDƏBİYYAT
    • 358
    • 179
    şəms.
    Klassika
    • 339
    • 16
    Xalıqova Fidan
    İnner world
    • 59
    • 7
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl