Bu kitabdan sitatlar: «İtirilmiş simvol», Den Braun

“Ordo ab chao”, “Xaosdan nizam”,

xaosdan nizam

Moiseyin (Musa peyğəmbər) qarşısında aralanan Qırmızı dənizdən tutmuş... Nyu-York ştatının şimalında tapılan qızıl lövhələrdən, sehrli eynəyin köməyilə Mormonun Kitabını tərcümə etmiş Cozef Smitə qədər.
əgər minlərlə insan fikirlərini eyni bir şeyin üzərində cəmləyərlərsə, onda necə? Bütün bu fikirlər axaraq bir vahidə çevriləcək və onun cəm kütləsi artmağa başlayacaq. Bu isə cəzbetmə qüvvəsinin artmağa başlayacağı deməkdir.
Yəni, hipotetik desək, aşkar bir qənaət özünü sırıyır: fikir kütləyə malikdirsə, onda onun cəzbetmə qüvvəsi var və o əşyaları cəzb edə bilər.
İnsanlar minilliklər ərzində zülmətdə veyilləniblər... lakin indi, peyğəmbərliklərin bildirdiyi kimi, dəyişikliklər baş verəcək. Kor kimi zülmətdə sərgərdan olan bəşəriyyət nəhayət yolayrıcına çıxıb. Qədim kitablar, elə ulduzların özü də bu anı əvvəlcədən deyib. O qarşısıalınmaz surətdə yaxınlaşırdı. Əvvəlcə gözçıxaran parıltılı bəsirət gözü açılacaq, nəhayət biliklərin gur işığı zülmətə işıq saçacaq və insanlara uçurumun kənarından çəkilmək yolunu göstərəcək.
Bu dünyada yaşamaq və onun mənasını anlamağa can atmamaq – mahiyyət etibarilə, nəhəng kitabxanada gəzişmək və kitablara əl dəyməmək kimidir.
İnsanın ruhu cismani qatın üzərində hakimiyyətə hərisidir
kifayət qədər inkişaf etmiş istənilən texnologiya magiyadan fərqlənmir”.
Yəni... əgər kifayət qədər sayda insan eyni bir şey haqqında fikirləşməyə başlasa, onda həmin fikrin cəzbetmə qüvvəsi hissedilən olacaq... Real qüvvəyə çevriləcək. – Ketrin göz vurdu. – Və maddi aləmə əhəmiyyətli təsir göstərəcək.
İndi isə təsəvvür edin ki, fikrin... beyninizdə doğan istənilən, ən xırdaca olsa da fikrin... kütləsi var. Təsəvvür edin ki, fikir maddidir və ölçülə biləcək kütləyə malikdir. Cüzi, aydın məsələdir. Bununla belə kütləyə malikdir. Bundan hansı qənaətlərə gəlmək olar?
Bu, dünyaya öz əzəmətini nümayiş etdirməyin üsuluna çevrilib: “Mən cismim üzərində hakiməm”. Fiziki cəhətdən dəyişəndə meydana çıxan ləzzətli hakimiyyət hissi milyonlarla insanı müxtəlif üsullarla öz xarici görkəmini dəyişməyə təhrik edib: plastik cərrahiyyəyə, pirsinqə, bodibildinqə, steroidlərə... hətta bulimiyaya 2 və cinsin dəyişdirilməsinə əl atırlar.

Qeyd1

Bizim hamımızın Yaradanı olub. O mövcud olub və müxtəlif adlar altında, müxtəlif görkəmdə mövcuddur, ona müxtəlif dualar ediblər, lakin bəşəriyyət özünü Tanrısız təsəvvür etmir. Tanrı – hamımız üçün ümumi, hələ öyrənilməyən hər şeyin və iradəmizdən asılı olmayan sirlərin simvoldur. Qədimdəkilər Tanrıya insan qabiliyyətlərinin həddi-hüdudu olmayan potensialının simvolu olaraq ehtiram edirdilər, lakin əsrlər ötürdü və bəşəriyyət bu simvolu itirdi. İndi isə onu yenidən əldə etdi.
Lenqdonun yadına filosof Menli Hollun işindən, qəlbində həkk olunan fraqment düşdü: “Əgər Nəhayətsiz Tanrı insanın müdrik olmasını istəməsəydi, O insanı öyrənmək qabiliyyətləri ilə təchiz etməzdi”.
Dünyanın bütün dinlərində ta qədimlərdən davamçılara inanmaq və əmin olmaq təlqin olunub. Dini köhnə fikir qəliblərinin toplusu kimi inkar edən elm isə bu gün etiraf etmək məcburiyyətindədir ki, gələcək məhz, inam anlayışlarını idarə edən sahədə – fikri cəmləşdirərək inandırmaq və niyyət etmək qabiliyyətində yerləşir. Möcüzələrə inamımızı kökündən çıxaran elm indi, elə özünün yaratdığı uçurumun üzərindən körpülər salır.
Ketrinin sözləri professoru dərin düşüncələrə
“Özümüzün-özümüz üçün elədiklərimiz bizimlə birlikdə ölür; başqalarının və bütün dünyanın xeyri üçün edilənlər ölməzlik qazanır”.
Zəka insan vücudu piramidasının zirvəsindəki qızıl taca bənzəyir. Fəlsəfi daş kimidir. Onurğa sütunu ilə, burma pilləkəndə olduğu kimi, yuxarı və aşağı qalxıb-düşərək, göylərin zəkası və fani vücudu birləşdirən enerji hərəkət edir”.
Axı zülmət üçün biganəlikdən münbit zəmin yoxdur, ona qarşı ən güclü silah isə – özünün haqlı olduğuna inamdır
– Yaxşı. İdeologiya din hesab olunmaq üçün hansı meyarlara cavab verməlidir?
– VİD, – tələbə qızlardan birinin yadına düşdü. – Vəd etmək, inanmaq, döndərmək.
– Doğrudur. Dinlər xilas vəd edir, ciddi teoloji ehkamlara inanır və inancı olmayanları öz dinlərinə döndərir. – Lenqdon susdu. – Masonlar bu müddəaların heç biri üzrə keçmir. Onlar heç kimə xilas vəd etmir, onların teologiyası yoxdur və onlar cərgələrini artırmağa can atmır. Bu azmış kimi, lojanın divarları arasında dini mövzularda söhbətlər ciddi qadağan edilib.
İnsanın ilk mənəvi missiyası özünün bağlı olmasını dərk etmək, mövcud olan bütün hər şeylə qarşılıqlı əlaqəsini duymaq olub. O, həmişə bütün kainatla vahid halda olmaq istəyib... birləşməyə və ya at-one-ment’ə nail olmağa can atıb.
əgər lazım olan şəkildə yönəldilərsə, insan fikri fiziki kütləyə təsir etmək qabiliyyətinə malikdir. Alimlər qaşıqları əymək kimi ucuz fokuslarla yox, ciddi elmi tədqiqatlarla məşğul olurdular və bunların hamısı eyni bir sarsıdıcı nəticəyə gətirirdi: fikirlərimiz ətraf aləmə dərin sirayətedici, subatom səviyyəsində təsir edir.
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl