Rolf Dobelli

Məntiqli düşünmə sənəti

Parvin Shahseynli
Parvin Shahseynlisitat gətirir5 il öncə
“Stəkanın yarısına qədər boş deyil, ya­rı­sına qədər dolu olduğunu görmək lazımdır”.
aasadzada
aasadzadasitat gətirir3 il öncə
Qadın modellər kosmetika aləmində reklam­lara çəkilirlər. Bu işdə bəzi istehlakçılar belə qə­naətə gəlirlər ki, kosmetika insanı gözəlləşdirir. Lakin bu qadınları model edən kosmetika deyil axı. Modellər təsadüfi olaraq dünyaya gözəl gəliblər və kosmetika reklamlarında da məhz bu qadınlar ilk növbədə işə cəlb edilirlər. Burada nə üzgüçülər, nə də gö­zəl­lik reklamında çıxış edən qadınlar nəticəni öz fəaliyyətləri ilə deyil, məhz fərdi xüsusiyyətlərinə və anadangəlmə faktorlara görə əldə edirlər.
elshadmehdiyev
elshadmehdiyevsitat gətirir4 il öncə
Parıldama effektinin, qısa müddətli olsa belə, yaxşı nəticələri də vardır. Siz nə vaxtsa nəticəsini anlamadan kiməsə can-dildən aşiq olmusunuzmu? Əgər həyatınızda bu baş vermişdirsə, onda siz parıldama effektində onun şüalarının nə qədər gözqamaşdırıcı olmasına artıq bələdsiniz. Aşiq olduğunuz qız və ya oğlan sizin üçün hər şeydir: o, cəlbedici, gözəl, ağıllı, xeyirxah və füsunkardır. Hətta ən yaxın dostlarınız sizin vurulduğunuz qızın ən ciddi qüsurlarını üzünüzə desələr belə, ülvi məhəbbət möcüzəsindən başqa gözünüzə heç nə görünmür.
Mahir Bagirov
Mahir Bagirovsitat gətirir4 il öncə
Əgər bir adam gəlirinin nədən asılı olduğunu yaxşı bilirsə, sənin onu bundan yayındırmaq üçün verdiyin izahatlar və anlatma cəhdin boş bir şeydir. Çünki o, həmişə bildiyinin marağındadır”.
b6599933314
b6599933314sitat gətirir5 il öncə
qəbiris­tan­­lıq­­lara baş çəkin, çünki ora heç vaxt karyera, sərmayə və layihələr haqqında vədlər vermir. Doğrudur, bu, qəm­­gin bir gəzintidir, lakin faydalıdır.
Bəhlul Vəliyev
Bəhlul Vəliyevsitat gətirir4 il öncə
Əgər saçını kəsdirmək istəyirsənsə, onda bunu heç bir bərbərdən soruşma. O, bildi-bilmədi, hazırdır”
Tarja S
Tarja Ssitat gətirir4 il öncə
Amerikan psixoloqu Harri Şvarts özünün “Narahatlığı ələ almaq” kitabında bunun nəyə görə bu şəkildə baş verməsini izah edir.
b6884834241
b6884834241sitat gətirir4 il öncə
İşi dayandırmaq məğlubiyyətə uğramağa bə­ra­bər­dir. Ona görə də yersiz çəkilən xərclər tez-tez “Konkord effekti”nə bənzəyir. Burada nəinki bahalıq, itki, eləcə də yersiz qərar qəbul etmə zamanı yol verilən yanlışlıqlar öz sözünü deyir.
elshadmehdiyev
elshadmehdiyevsitat gətirir4 il öncə
Pavlov metodu insanlara münasibətdə də tətbiq oluna bilər. Reklam bu və ya digər məhsulun nümayiş etdirilməsində müsbət emosiyaları bir-birinə bağlayır. Ona görə də siz heç vaxt reklamda çirkin sifətlər və ya beli bükülmüş qoca şəklini görə bilməzsiniz. Koka-kola içən, pəhləvan cüs­sə­li, gözəl adamlar insanda inanılmaz ləzzət aşılayırlar.
elshadmehdiyev
elshadmehdiyevsitat gətirir4 il öncə
Yanlış fikirlər yürütməkdən necə qurtulmaq olar? Sizin haqqınızda tam həqiqəti üzünüzə söyləyən dostunuz varmı? Əgər belədirsə, onda sizdən xoşbəxt adam yoxdur. Əgər belə dostlar yoxdursa, yəqin ki, bir düşməniniz tapılar. Onda özünüzdə güc tapın və onu bir fincan qəhvəyə qonaq edin. Ondan xahiş edin ki, sizin barənizdə nə fikirdədirsə, birbaşa sifətinizə desin. Bundan sonra siz ona minnətdar olacaqsınız.
resulbaab
resulbaabsitat gətirir4 il öncə
Məsələn, xoş­bəxt­likdə: asimmetriya bəzən yanlışlığı öncədən gör­məyə imkan verir.
Tural Ehmedov
Tural Ehmedovsitat gətirir5 il öncə
Ana dilində “r” hərfi ilə başlayan və “r” hərfi ilə bitən nə qədər söz olar? Cavab belədir: “r” hərfi ilə bitən sözlər “r” hərfi ilə başlayan sözlərdən iki dəfə çoxdur.
b5100845609
b5100845609sitat gətirir5 il öncə
Yaponlar 30 il bundan əvvəl dünya bazarını öz məhsulları ilə zən­gin­ləş­dirdilər. Digər sənaye sahibkarları isə sənaye möcüzəsinə dəqiq nəzər yetirdilər və gördülər ki, yapon fabriklərinin iş prinsipi kollektiv, qrup rejimi qaydasında təşkil edilmişdir. Məhz bir sıra dövlətlər həmin modelin surətini çıxardılar, lakin nəticədə hər şey bir-birinə qarışdı. Yaponiyada ən yaxşı çalışqan prinsip nə idisə (mənim tezisimə görə, yaponlarda sosial tənbəllik effekti baş verməmişdi), bu özlərindən razı və həyatı başqa cür düşünən amerikalılarda və avropalılarda həmin səviyyədə təkrarlanmadı. Komandalar şəklində fəaliyyət bizim ölkəmizdə də mötəbər mənbələrə görə, – əgər onlar mümkün qə­dər fərqli, ixtisaslaşmış insanlardan ibarətdirsə, – daha yaxşı nəticələr verir. Belə qruplarda ayrı-ayrı iş icraatı mütəxəssislərin üzərinə düşdüyünə görə, bu onlar üçün xüsusi məna kəsb edir.
Sosial tənbəlliyin maraqlı təsirləri vardır. Qruplarda biz özümüzü nəinki fəaliyyət prosesindən saxlayırıq, habelə yaxamızı məsuliyyətdən kənara çəkirik. Heç kim yaranmış pis nəticə üçün təqsirli olmasını istəmir.
Gunel Najafova
Gunel Najafovasitat gətirir5 ay öncə
1918-ci ildə Nobel mükafatı laureatı adını alan Maks Plank Almaniyanı başdan-başa gəz­mək üçün səyahətə çıxdı. Maraqlı burası idi ki, o, səfər zamanı hansı universitetə dəvət edilirdisə, audi­toriyalarda Kvant mexanikası üzrə eyni mühazirələri deyirdi. Aradan bir qə­dər keçəndən sonra onun sürücüsü mühazirəni hə­mişə eşit­di­yin­dən tamamilə əzbər öyrəndi. Bir dəfə sürücü dedi: “Cənab professor, bütün vaxt­larda eyni mühazirəni oxumaq sizin üçün, yəqin ki, darıxdırıcı olardı. Gəlin Münhendə sizin yerinizə mən çıxış edim, siz isə birinci sırada mənim sürücü şlyapamda əyləşin. Yəqin bu bizim üçün yüngülvarı əyləncə olardı”.
Plank buna ürəkdən güldü və razılaşdı. Beləcə sürücü ali savadlı universitet tələbələri qarşısında Kvant mexanikası üzrə uzun sürən bir mühazirə oxudu. Mühazirənin gedişində fizika üzrə professorlardan biri sualla müraciət edəndə, sürücü belə cavab verdi: “Heç bir zaman Münhen kimi intellektual şəhərdə belə sadə sual veriləcəyinə inanmazdım. Bu suala qoy mənim sürücüm cavab versin”.
Tutu Babaxanova
Tutu Babaxanovasitat gətirirkeçən il
Nəticə: dünyada hər yerdə nəyəsə can atmağa dəyən, məsələn, möhtəşəm əzələlər, gözəllik, çox­lu gəlir, var-dövlət, uzun ömür yaşamaq, aura, xoş­bəxtlik və sair qiymətləndirilirsə, siz buna də­qiq baxmalısınız. Bir işin öhdəsindən gələ bi­lə­cə­­yiniz təqdirdə ona üz tutun. Siz üzgüçülük ho­vuzuna baş vurmamışdan əvvəl, özünüzə güz­gü­də baxın və səmimi olun: bu istəyin sizdə doğrul­maq ehtimalı varmı?
Zaur Mirzayev
Zaur Mirzayevsitat gətirir2 il öncə
Əgər 50 milyon insan ağılsız hə­rəkətləri təkrar edərsə, o heç vaxt həqiqətə çev­ril­mə­yəcək”.
Alirza B-zade
Alirza B-zadesitat gətirir4 il öncə
Kiçik yalanların köməyilə biz özümüzü
necə sakitləşdiririk
b5311561131
b5311561131sitat gətirir10 ay öncə
nəyi isə itirmək təhlükəsi: o bizi nəyisə qazanmaq baxışından daha çox ümidsizliyə gətirir.
Tutu Babaxanova
Tutu Babaxanovasitat gətirirkeçən il
Nəticə: dünyada hər yerdə nəyəsə can atmağa dəyən, məsələn, möhtəşəm əzələlər, gözəllik, çox­lu gəlir, var-dövlət, uzun ömür yaşamaq, aura, xoş­bəxtlik və sair qiymətləndirilirsə, siz buna də­qiq baxmalısınız. Bir işin öhdəsindən gələ bi­lə­cə­­yiniz təqdirdə ona üz tutun. Siz üzgüçülük ho­vuzuna baş vurmamışdan əvvəl, özünüzə güz­gü­də baxın və səmimi olun: bu istəyin sizdə doğrul­maq ehtimalı varmı
Ali Alizada
Ali Alizadasitat gətirir3 il öncə
Bir neçə on illiklər ərzində bu məntiqi yanlışlığın mənbələri naməlum qalmışdı. Orqanizmimizdə yerdə qalan nə vardırsa – ürək, əzələ, nəfəs, immun sistem və s. – hamısı tamamilə səhvsiz işləyir. Bəs beyin nəyə görə bir-birinin ardınca belə yanlışlıqlar buraxır?
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl